Icma.az
close
up
RU
Menu

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

Şuşa qəhrəmanlığın rəmzi

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

Bunları hər kəs bilməlidir!

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

Rauf Dadaşovun anım günüdür

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

İmmuniteti gücləndirməyin ən asan yolu...

Azərbaycanlı həkim bu ölkənin səhiyyə nazirinin müşaviri təyin edildi FOTO

Avropa Komissiyası: Ukrayna Aİ yə üzvlük yolunda Moldovadan geri qalır

SON DƏQİQƏ! İrəvan və Ankara bu ölkəyə qarşı BİRLƏŞİR KONKRET

SON DƏQİQƏ! İrəvan və Ankara bu ölkəyə qarşı BİRLƏŞİR KONKRET

Konkret.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

İranda Zəngəzur dəhlizi ilə bağlı fikir ayrılığı davam edir. Belə ki, İranın ali rəhbəri Seyid Əli Xameneinin müşaviri Əli Əkbər Vilayəti bu istiqamətdə ardıcıl neqativ fikirlər səsləndirib. Məsələn, o iddia edib ki, Zəngəzur dəhlizinin məqsədi yalnız İranı şimal istiqamətindən təcrid etmək yox, eyni zamanda Rusiyanı cənubdan mühasirəyə almaqdır. Prezident Məsud Pezeşkian isə dəhlizin açılamasının Tehran üçün sanksiyalardan çıxış yolu ola biləcəyini vurğulayıb. Paralel olaraq, Tehranın Ermənistanla bağlı narahatlığı diqqət çəkir. Düşünülür ki, Zəngəzur dəhlizinin açılması İrəvanı itirmək deməkdir, çünki Ermənistan İranla Avropa arasında bağlantı rolunu oynayır.

İranın Zəngəzur dəhlizi ilə bağlı son günlər ortaya qoyduğu mövqe nəyi dəyişdirəcək? Prosesə mane olmaq potensialı qalıbmı? Tehranın elan etdiyi “qırmızı xətt” tapdandımı?

KONKRET.az xəbər verir ki, globalinfo.az məsələ ilə bağlı politoloq Oqtay Qasımovla müsahibə edib.

– İranın Zəngəzur dəhlizi ilə bağlı ortaya qoyduğu mövqe nəyi dəyişdirəcək?

– Bu, destruktiv mövqedir və bölgədə sabitliyə xidmət etmir, süni gərginlik yaratmaq cəhdidir. İranın burada iki əsas məqsədi var. Birincisi, dəhlizin Ermənistandan keçməsinə mane olmaqdır. İkincisi, koridorun İran ərazisindən keçməsini təmin edərək, Çini Avropaya bağlayacaq orta dəhlizdə yer almaq, habelə bu yol vasitəsilə Azərbaycan və Türkiyəyə təzyiq rıçaqları əldə etməkdir. Tehran bu addımlarla öz geosiyasi, geostrateji və geoiqtisadi maraqlarını təmin etməyə çalışır. Bu dəhlizdən keçəcək avtonəqliyyat vasitələri və qatarların yük həcmini nəzərə alaraq, hər il tranzit keçidlərindən təxminən 350-400 milyon dollar gəlir əldə edilməsi gözlənilir. İran həm maliyyə, həm də iqtisadi maraqlarını təmin etmək istəyir.

– Tehran Zəngəzur dəhlizinin açılmasında rəsmi Bakını niyə ittiham edir?

– Burada əsas səbəb İranın Azərbaycanın güclənməsini istəməməsi və bunu özünə bir təhdid kimi görməsidir. İranın keçmiş xarici işlər naziri və hazırda dini liderin müşaviri olan Ələkbər Vilayəti son iki həftədə bir neçə dəfə açıqlamalar verib. O, Zəngəzur dəhlizinin açılmasının həm İranın, həm də Ermənistanın maraqlarına zidd olduğunu bildirib. Vilayəti bunu böyük güclərin layihəsi və bəzi “pantürkist dairələrin” planı kimi təqdim edir. İran bu dəhlizin açılması ilə Türkiyənin Cənubi Qafqazda, xüsusilə Azərbaycanla və Orta Asiya ilə əlaqələrini gücləndirəcəyini düşünür və bunu öz maraqlarına zidd hesab edir. Buna görə də, Tehran bu prosesi əngəlləməyə çalışır.

– İranın buna gücü yetəcəkmi?

– Bu məsələdə Tehran ciddi problemlərlə qarşılaşa bilər. Çünki Zəngəzur dəhlizinin açılmasında Azərbaycan və Türkiyə ilə yanaşı, Ermənistan hakimiyyəti də maraqlıdır. Dünən Ermənistan Prezidenti keçirdiyi görüşdə bu dəhlizin ölkəsi üçün faydalı olacağını bildirib. Əgər Ermənistan müstəqil şəkildə qərar verə biləcəksə, o zaman Zəngəzur dəhlizinin açılması ilə bağlı İranın edə biləcəyi heç bir şey yoxdur. Tehranın “Zəngəzur dəhlizi açılarsa, mühasirəyə düşəcək” iddiaları isə manipulyasiya və əsassız fikirlərdir. İranın Avropaya ən rahat yolu Türkiyə üzərindən keçir. Bu səbəbdən İranın iddiaları qəbul edilə bilməz.

– Zəngəzur dəhlizinin reallaşması üçün İranın mane olmaq potensialı qalırmı?

– İranın Azərbaycana qarşı konkret mövqeyi və güclənməsini istəməməsi Zəngəzur dəhlizinin açılmasında maneə yaratmasının əsas səbəbidir. Vilayəti Azərbaycana qarşı düşmən münasibəti olan şəxslərdən biridir və 1992-ci ildə yazılmış İranın xarici siyasət konsepsiyasının müəllifidir. Orada açıq şəkildə qeyd olunur ki, Azərbaycanın mövcudluğu, İran İslam Cümhuriyyətinin təhlükəsizliyinə təhdid yaradır, buna görə də güclənməsinə imkan vermək olmaz və şimaldan gələn təhdidləri İranın daxilində deyil, Azərbaycan ərazisində qarşılamaq lazımdır. Ölkəmizdə separatçı qurumlar və terrorçu qruplaşmaların yaradılması cəhdləri də Tehranın uzun müddət apardığı siyasətin nəticəsidir və bu, münasibətlərimizə zərər vurub. İran Ermənistana dəstək verərək, ərazilərimizin 30 il müddətində işğalda qalmasına şərait yaradan əsas ölkələrdən biridir. Bu siyasətin əsas ideya müəlliflərindən biri də həmin Vilayətidir. O, İranla qonşu dövlətlərdə proksi qüvvələr yaradaraq müqavimət oxu qurmaq istəyirdi. Lakin bu ox artıq darmadağın edilib. “Hizbullah”, HƏMAS və İraqdakı qüvvələr Suriyada Əsəd rejimi ilə birlikdə ciddi şəkildə zəiflədilib və sıradan çıxarılıb. Bu siyasətin nəticələri 12 günlük İsrail-İran müharibəsində də özünü göstərdi. Bu savaşda ciddi şəkildə zərbə alan İran hələ də qələbə qazandığını iddia edir. Ən maraqlı və unikal məqam isə bu müharibədə bunkerdə gizlənənlərin arasında Xamenei ilə yanaşı, Vilayətinin də olmasıdır. İndi isə onlar bunkerdən çıxıb, savaş dövründə meydanda olan Prezident Məsud Pezeşkian və digər dövlət rəsmilərini tənqid edir, onlara təzyiq göstərirlər. Bu vəziyyət, İranın paradoksal siyasətini bir daha üzə çıxarır.

– Tehranın elan etdiyi “qırmızı xətt” tapdandımı?

– İranın “qırmızı xətt” məsələsi manipulyasiyadır. Digər tərəfdən, İran Zəngəzur üzərindəki yolu min illik kimi təqdim edir və guya bu, Ermənistanla İranı birləşdirir. Lakin nəzərə alsaq ki, Ermənistan 34 ildir müstəqildir və iki ölkəni birləşdirən yolun tarixçəsi yalnız 45 ildir, bu iddiaların əsası yoxdur. Mehridən İrəvana gedən yol 1980-ci ildə istifadəyə verilib. Beləliklə, bütün bunların yalan məlumatlara əsaslanan manipulyasiya olduğunu deyə bilərik.

– Ermənistanın artıq İranın himayəsinə ehtiyac duymaması və Bakı ilə vasitəçi olmadan anlaşmalarını necə qiymətləndirirsiniz?

– Hesab edirəm ki, Ermənistan hakimiyyəti Zəngəzur dəhlizinin həm əhəmiyyətini, həm də ölkə üçün vacibliyini dərk edərək qərarını verməlidir. Lakin görünür, bu qərarın qəbulunda hələ çətinlik çəkirlər. Əgər Ermənistanda keçiriləcək seçkilərdə hazırkı rəhbərlik qalib gələrsə, bu, dəhlizin açılması prosesini sürətləndirə bilər. Bununla yanaşı, Qərbdə, xüsusən də ABŞ və digər aparıcı güclər Zəngəzur dəhlizinin açılmasında maraqlıdır. Bu, heç də İranın istədiyi deyil.

– Zəngəzur dəhlizinin açılması məsələsinin ən optimal həlli necə olmalıdır?

– Düşünürəm ki, Azərbaycanın təklif etdiyi kimi Bakı və İrəvan arasında ikitərəfli formatda müzakirələr aparılmalı və həll tapılmalıdır. Burada üçüncü tərəflərə ehtiyac yoxdur. Kənar müdaxilə yalnız prosesi əngəlləyir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:230
embedMənbə:https://konkret.az
archiveBu xəbər 31 İyul 2025 12:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see909

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see500

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see356

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see322

Bunları hər kəs bilməlidir!

04 Noyabr 2026 13:30see296

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see292

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

04 Noyabr 2026 17:05see278

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

04 Noyabr 2026 19:15see267

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

04 Noyabr 2026 14:24see266

Rauf Dadaşovun anım günüdür

04 Noyabr 2026 14:48see259

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

04 Noyabr 2026 20:13see251

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

04 Noyabr 2026 16:59see248

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

04 Noyabr 2026 17:42see246

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

04 Noyabr 2026 15:40see235

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

04 Noyabr 2026 17:23see230

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

04 Noyabr 2026 23:23see228

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

04 Noyabr 2026 23:08see228

İmmuniteti gücləndirməyin ən asan yolu...

05 Noyabr 2026 02:13see206

Azərbaycanlı həkim bu ölkənin səhiyyə nazirinin müşaviri təyin edildi FOTO

04 Noyabr 2026 20:36see198

Avropa Komissiyası: Ukrayna Aİ yə üzvlük yolunda Moldovadan geri qalır

05 Noyabr 2026 00:13see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri