Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Qadınlarla kişilərin maaşları arasında fərq nədən qaynaqlanır?

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

Zəfər andı: Şuşaya aşiq olan Zəfərin hekayəsi

Zəfər andı: Şuşaya aşiq olan Zəfərin hekayəsi

Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakı, 4 noyabr, AZƏRTAC

Noyabrın 3-də Heydər Əliyev Sarayında 44 günlük Vətən Müharibəsində qazanılmış tarixi Zəfərimizin 5 illiyinə həsr olunmuş “Zəfər andı” adlı ədəbi-bədii gecə keçirilib.

AZƏRTAC xəbər verir ki, Gənclər Fondu, Mədəniyyət Nazirliyi və Veysəloğlu Şirkətlər Qrupunun dəstəyi, “Böyük Qayıdış” Gənclər Təşkilatı və “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin birgə təşkilatçılığı keçirilən tədbirdə dövlət və hökumət rəsmiləri, şəhid ailələri və qazilər, ziyalılar, gənclər təşkilatlarının nümayəndələri, könüllü gənclər və media təmsilçiləri iştirak ediblər.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və ərazi bütövlüyümüz və suverenliyimiz naminə canlarından keçmiş qəhrəman şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Tədbirdə çıxış edən “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Sevinc Orucova Şanlı Zəfəri qazanmaq üçün Azərbaycan xalqının 30 il ərzində mübarizə apardığını, bu illər ərzində Qarabağ sevdasından, ərazi bütövlüyümüzün bərpası istəyindən heç zaman dönmədiyini bildirib.

"Azərbaycan Ordusu Aprel döyüşlərindən Zəfərə gedən yolun başlanğıcını qoydu. 4 gündən başlayan torpaqlarımızın azadlıq mübarizəsi 44 gündə Şuşa zirvəsi ilə yekunlaşdı. 2023-cü ilin sentyabrında 24 saatlıq antiterror tədbirləri ilə isə Azərbaycanın dövlət suverenliyini bərpa etdi. Müqəddəs amal uğrunda mübarizə bizə itkisiz başa gəlmədi. Bu yolda qəhrəman oğullarımızı qurban verdik. Biz qələbə qazandıqca Şəhidlər xiyabanlarına axışaraq 30 il ərzində bu yolda canını fəda edən qəhrəmanları müjdələməyə axışdıq. Bundan sonra da görəcəyimiz işlər onların əziz xatirəsinin yaşadılması, gənc nəslin onları örnək alaraq yetişməsinə xidmət etməlidir".

Xüsusi Təyinatlı Qüvvələrin şəhid baş leytenantı Vətən Müharibəsi Qəhrəmanı Valeh Bədəlovun anası Südabə Qazıyeva 5 il əvvəl Azərbaycan xalqının dünyaya necə qürurlu xalq olduğunu sübut etdiyini qeyd edib: " 44 gün ərzində oğullarımız cəsarəti ilə dünyaya meydan oxudular. Haqq savaşımızdan xalqımızın birliyi, cəsur oğulların qəhrəmanlığı sayəsində üzüağ çıxdıq. Şərəfli tarixin yazıldığı günlərdə biz ən doğmalarımızı itirdik. Bizim təsəllimiz xalqımızın özünə qaytarılmış qüruru, bütövləşən Vətən torpağı, güclənmiş dövlət oldu. Övladlarımızın xatirəsinin yaşadılması, adlarının əbədiləşdirilməsi şəhid ailələri üçün ən böyük təsəllidir. Şəhidlərin döyüş və həyat yolunun gənc nəslə öyrədilməsi onların düzgün istiqamətdə təlim-tərbiyəsi üçün çox vacibdir. Oğullarımızın alovlandırdığı güclü dövlət, qürurlu xalq, qalib Ordu ruhunu nəsillərdən-nəsillərə ötürmək gənclərin birbaşa vəzifəsidir".

Vətən Müharibəsi Qəhrəmanı, Xüsusi Təyinatlı Qüvvələrin ehtiyatda olan mayoru, “Böyük Qayıdış” Gənclər Təşkilatının fəxri üzvü Zaur Hüseynov deyib: "Azərbaycanın qəhrəman oğul və qızlarının canı qanı bahasına onun torpaqları hər zaman qorunub və bizlər onların irsini yaşadaraq bu günlərə addımlamışıq. Beş il bundan əvvəl başlayan Vətən müharibəsində qəhrəman şəhid və qazilərimizin, silahdaşlarımın göstərdiyi şücaətlər danılmazdır. Biz Ali Baş Komandanın dediyi kimi bu torpaqlarda öz bayrağımızı sancmışıq. Vətən müharibəsində qəhrəman döyüşçülərin şücaəti, xalqımızın birliyi, dövlətin qüdrəti nəticəsində biz qələbə qazandıq. Uşaq vaxtı Xocalı haqqında sənədli filmləri izləyəndə, qız-gəlinlərin, qocaların, uşaqların başına gətirilən faciələri, Azərbaycan xəritəsində işğalda olan ərazilərin qırmızı çərçivəyə salındığını görəndə bir Azərbaycan övladı kimi qüruruma toxunurdu. Mən bu torpaqları işğaldan azad edən, Xocalının intiqamını alan qüdrətli Azərbaycan dövlətinin hər zaman xəyalını qururdum. Vətən müharibəsində biz Qarabağın azadlığı ilə suverenliyimizə yenidən qovuşduq. Biz xalq olaraq qələbəni birlikdə qazanmışıq".

Tədbir bədii hissə ilə davam edib.

Bədii hissədə əməkdar artist Nicat Kazımovun rejissorluğu və şair, yazıçı, kinodramaturq İlqar Fəhminin ssenarisi əsasında, incəsənət xadimlərinin və istedadlı gənclərin ifasında hazırlanmış "Zəfər andı” bədii kompozisiyası nümayiş olunub. Kompozisiyada Vətən müharibəsində iştirak etmiş döyüşçü şairlərin şeirlərindən istifadə edilib, Zəfərə gedən yol və tarixi qələbəmiz ədəbi-bədii formada tamaşaçılara çatdırılıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:201
embedMənbə:https://azertag.az
archiveBu xəbər 04 Noyabr 2025 08:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see354

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see268

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see264

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see258

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see242

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see239

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see222

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see218

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

10 Noyabr 2026 16:08see213

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see209

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see205

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see201

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see197

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see195

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see187

Qadınlarla kişilərin maaşları arasında fərq nədən qaynaqlanır?

10 Noyabr 2026 18:56see186

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see182

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see182

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see176

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri