Icma.az
close
up
RU
Zəfər dastanının son səhifəsi

Zəfər dastanının son səhifəsi

Xalq qazeti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Onu yazanlardan biri Xankəndidə asayiş keşikçisidir

2023-cü il sentyabrın 19–20-də erməni separatçılarının Qarabağda törətdikləri genişmiqyaslı təxribatların qarşısının alınması, Ermənistan silahlı qüvvələri birləşmələrinin tərk–silah edilərək ərazilərimizdən çıxarılması məqsədilə bölgədə həyata keçirilən lokal xarakterli antiterror tədbirləri Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusunun zəfər yürüşünü tamamlayan parlaq qələbə oldu.

Cəmi 1 sutka davam etsə də, tarixi qəhrəmanlıqlar sırasına qızıl hərflərlə yazılmış bu əməliyyat zamanı xarici havadarlarının dəstəyi ilə uzun illər boyu “təpədən-dırnağa” silahlanmış ermənilərin ön xətdə və dərinlikdə yerləşən əksər mövqeləri, davamlı atəş nöqtələri, döyüş vasitələri və hərbi təyinatlı obyektləri yüksək dəqiqlikli silahların tətbiqi ilə sıradan çıxarıldı. Müqavimət göstərə bilməyəcəyini, məğlubiyyətin labüd olduğunu anlayan düşmən ağ bayraq qaldıraraq təslim oldu, Qarabağda erməni separatizminə həmişəlik son qoyuldu.

Azərbaycanın ərazi bütövlüyü və suverenliyi müqəddəs torpaqlarımızın azadlığını canından əziz bilən igid oğullar sayəsində bərpa edilibdi. Belə Vətən övladlarından biri, Ağcabədi rayon sakini Rəşad Quliyev uğrunda döyüşdüyü azad Qarabağda yenə də xidmətini davam etdirir. Bu dəfə isə Daxili İşlər Nazirliyinin əməkdaşı, Xankəndi Polis Şöbəsinin polis nəfəri kimi. Antiterror tədbirlərinin ikinci ildönümü günündə onunla asayiş keşikçisi olduğu Xankəndidə görüşdük, həyatı və keçdiyi döyüş yolu haqqında “Xalq qəzeti”nə danışdı.

Öyrəndik ki, Rəşad 2000-ci ildə Ağcabədi rayonunun Aşağı Qiyaməddinli kəndində doğulub. Orta məktəbi bitirdikdən sonra həqiqi hərbi xidmətini Tovuz rayonundakı “N” saylı hərbi hissədə keçib. 2020-ci ildə ordu sıralarından tərxris olunsa da, hərbi xidmətə olan marağı, Qarabağda xuntanın cinayətləri onu yenidən ordu sıralarına qaytarıb. Bu dəfə müddətdən artıq xidmət edən (MAXE – M.R.) hərbi qulluqçu kimi xidmətə başlayan Ruslan 2021-ci ildə peşəkarlığını artırmaq üçün qardaş Türkiyədə komando kurslarına göndərilib. Kursları müvəffəqiyyətlə bitirdikdən sonra Vətənə qayıdaraq kiçik çavuş rütbəsində xidmətini davam etdirib.

Döyüş yolu 2022-ci il martın 26-da Xocalı istiqamətində qeyri-qanuni erməni silahlı dəstələrinin təxribatlarının qarşısının alınması məqsədilə həyata keçirilmiş Fərrux əməliyyatı ilə başlayıb. Məlum olduğu kimi, həmin uğurlu əməliyyat nəticəsində Xocalı rayonunun Fərrux kəndi işğaldan azad olunmuş, eyniadlı dağın ətrafındakı mühüm yüksəkliklər nəzarətə götürülmüşdü.

Daha sonra, yenə 2022-ci ilin 12-14 sentyabrında Azərbaycan-Ermənistan şərti sərhədində Ermənistanın silahlı qüvvələrinin davamlı təxribat cəhdləri səbəbindən baş verən Sentyabr döyüşlərinin də iştirakçısı olmuş Rəşad üçün ömrünün ən yaddaqalan, həyəcanlı və qürurverici anları isə antiterror tədbirlərində keçdiyi döyüş yoludur.

Həmsöhbətimiz o günləri belə xatırladı:

– Əlbəttə, Vətən müharibəsində qazandığımız şanlı qələbə nəticəsində uzun illər boyu torpağımıza göz dikmiş mənfur düşmən layiqli cəzasını almışdı. Ancaq Qarabağda hələ də separatçılar var idi və bu, belə davam edə bilməzdi. Ona görə də Ali Baş Komandanımızın əmrinə uyğun olaraq, ərazi bütövlüyümüzün və suverenliyimizin tam təmin edilməsi məqsədilə antiterror tədbirlərinin keçirilməsi hər bir azərbaycanlının ürəyindən xəbər verdi.

Fəxr edirəm ki, mən də həmin döyüşlərin iştirakçısı olmuşam. Biz Ağdərə istiqamətində döyüşürdük. Hamımızda sonsuz ruh yüksəkliyi vardı. Sanki atışmaya, təhlükəyə, savaşa deyil, toy-bayrama gedirdik. Ürəyimizdə Vətən eşqi, torpaq sevgisi o qədər güclü idi ki, hamı özünü irəli atır, hər kəs daha öndə döyüşmək istəyirdi!

Sentyabrın 20-də, antiterror tədbirlərinin sona çatmasına az qalmış, özünün dediyi kimi, yüngül yaralanan qəhrəmanımız növbəti qələbə xəbərinə hospitalda sevinib. Onun Vətən naminə xidmətləri dövlətimiz tərəfindən layiqincə qiymətləndirilib, “Şücaətə görə” medalı ilə təltif edilib. Rəşad uğrunda döyüşdüyü azad Qarabağda, Xankəndidə yaşayır, burada polis əməkdaşı kimi çalışır.

Şanlı əməliyyatın ildönümündə o bildirdi ki, taleyinə yazılmış, yeri-göyü lərzəyə salan o döyüşdə iştirakından qürur duyur:

– Qarabağın havası, suyu, təbiəti möcüzədir. Xoşbəxtəm ki, azadlığı uğrunda döyüşdüyüm torpaqlarda polis əməkdaşı kimi xidmətimi davam etdirirəm. Polis səngərsiz əsgərdir. Bu mənada Qarabağda asayişin keşiyində dayanmaq mənim üçün növbəti Vətən borcudur. Vətən borcu isə bitən deyil...

Həqiqətən də işğaldan azad edilmiş ərazilərdə polis kimi çalışmaq, qanunçuluğun keşiyində dayanmaq, hüquqi dövlət və konstitusiya prinsiplərinin bərqərar olunmasında iştirak etmək qürurverici olduğu qədər də, məsuliyyətli və şərəfli işdir. Söhbətimizin qəhrəmanı Rəşad Quliyevin timsalında bu şərəfli yolda gecə-gündüz demədən məsuliyyətlə, Vətən sevgisi ilə addımlayanların hamısına uğurlar arzulayırıq.

Mahir RƏSULOĞLU,
“Xalq qəzeti”nin Qarabağ müxbiri
Xankəndi

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:87
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 19 Sentyabr 2025 10:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlk görüşdə tez soyuyan 4 bürc: Bir cümlə belə hər şeyi dəyişə bilər

03 Oktyabr 2026 03:54see272

Fransada Mbappenin PSJ ilə bağlı şikayətinə xitam verildi

03 Oktyabr 2026 02:43see251

Fransa millisinin Zidanla “quru” seriyası başa çatdı

03 Oktyabr 2026 01:55see240

Tramp: İranın işləri yaxşı getmir

03 Oktyabr 2026 02:02see237

Levandovski yeddi ildən sonra Polşa millisində het trik etdi

03 Oktyabr 2026 01:39see212

Çağla Bozun narkotik testi müsbət çıxdı: Saçında kokain aşkarlanıb

04 Oktyabr 2026 01:38see203

Millətlər Liqası: İngiltərədən darmadağın, İspaniyadan növbəti qələbə

04 Oktyabr 2026 00:43see193

Girnə sahillərində batan gəminin daha bir sərnişinin meyiti tapılıb

04 Oktyabr 2026 05:27see192

Respublika Stadionunda möhtəşəm pankartlar FOTO

03 Oktyabr 2026 20:18see186

Azərbaycanda neçə cüzamlı xəstə var?

03 Oktyabr 2026 01:32see182

Ən zərərli qida məhsulu müəyyən edildi

04 Oktyabr 2026 09:48see177

“Rusiya İran ABŞ münaqişəsində vasitəçilik etməyə hazırdır” Medvedev

03 Oktyabr 2026 23:33see173

Duru yağ zərərlidir? Mütəxəssis açıqladı

04 Oktyabr 2026 06:09see170

Şimal bölgəsində payızın ilk qarı FOTO

03 Oktyabr 2026 08:40see168

Tuxel Xorvatiya üzərindəki tarixi qələbədən sonra: “Oyun bir an belə səngimirdi”

04 Oktyabr 2026 00:45see162

Millətlər Liqasında növbəti oyunlar: Polşadan darmadağın, Fransa və İtaliya heç heçə etdi

03 Oktyabr 2026 01:09see159

Buxarada Şərqin ruhu, Qərbin sənəti

04 Oktyabr 2026 00:29see156

Tiffani Tramp süni intellektə görə çətin vəziyyətə düşdü FOTO

04 Oktyabr 2026 11:14see156

Qızıl və gümüş ucuzlaşıb

04 Oktyabr 2026 11:04see155

Səfərbərlik Xidmətinə qəbul imtahanının nəticələri AÇIQLANDI

03 Oktyabr 2026 04:53see155
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri