Icma.az
close
up
RU
Şəhidlərimizin xatirəsi Azərbaycan xalqının yaddaşında əbədi yaşayacaq FOTOLAR

Şəhidlərimizin xatirəsi Azərbaycan xalqının yaddaşında əbədi yaşayacaq FOTOLAR

Demokrat.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Cəmşid Naxçıvanski adına Hərbi Liseydə Vətən müharibəsi şəhidləri Qərib Baxşəliyev və Asiman Əliyevin anım tədbiri keçirilib.
Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra Ümummilli Lider Heydər Əliyevin və respublikamızın ərazi bütövlüyünün bərpa olunması, tarixi torpaqlarımızın işğaldan azad edilməsi uğrunda döyüşlərdə şəhid olan Vətən oğullarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Vətən Müharibəsi Qəhrəmanı, Cəmşid Naxçıvanski adına Hərbi Liseyin rəisi  Anar Mirzəyev çıxış edərək  İkinci Qarabağ müharibəsinin Azərbaycanın hərb tarixinə qızıl hərflərlə yazıldığını bildirib. Xalqımız, Silahlı Qüvvələrimiz həmrəylik göstərərək möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin ətrafında sıx birləşərək 44 günlük Vətən müharibəsində parlaq qələbə qazandı. Bu gün hər birimiz qürurluyuq. 30 il düşmən tapdağı altında qaldıqdan sonra azad olunan torpaqlarımızda bu gün Azərbaycanın şanlı  Bayrağı dalğalanır.  Qərib Baxşəliyev və Asiman Əliyev kimi şəhidlərimizin xatirəsi Azərbaycan xalqının yaddaşında əbədi yaşayacaq.
Xətai Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev çıxışında bildirib ki, Vətən müharibəsinin başladığı ilk günlərdən Azərbaycan xalqı Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında qələbə qazanacağımıza tam əmin idi. Bu əminlik 44 gün davam edən savaşda özünü tamamilə doğrultdu. Azərbaycanın igid əsgər və zabitləri döyüş meydanında düşmənə layiqincə cavab verərək, onları doğma torpaqlarımızdan qovdular. Qısa zaman kəsiyində – 44 gün ərzində Qələbəyə nail olmaq hərb tarixində bir yenilikdir. Bu Qələbənin qazanılmasında Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, Azərbaycan Ordusunun gücü, qüdrəti, xalqımızın birliyi, həmrəyliyi əsas rol oynadı.  R.Quluyev qeyd edib ki, Vətənin bütövlüyü, torpaqlarımızın azadlığı uğrunda şəhadətə ucalan bütün qəhrəman oğullarımız daim Azərbaycan xalqının qəlbində yaşayacaq, onların göstərdikləri qəhrəmanlıq isə tarixdə əbədi qalacaq.
Milli Məclisin deputatı Vüqar Rəhimzadə bildirib ki, 2020-ci ilin 27 sentyabr tarixində başlayan və 44 gün davam edən Vətən müharibəsində Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə rəşadətli ordumuzun döyüş meydanında göstərdiyi şücaət və qəhrəmanlıq nəticəsində parlaq Qələbə qazandıq. Əlbəttə, bu tarixi Zəfər asan əldə edilmədi, şəhidlər verdik, xeyli sayda döyüşçülərimiz qazi oldular. Bu gün şəhidlərimizin Vətən uğrunda göstərdikləri fədakarlıqlar, onların torpaq sevgisi, döyüş yolu hər birimiz üçün bir örnəkdir. Şəhidlərimizin ruhuna hörmət və ehtiram hər birimizin vətəndaşlıq borcudur. Hər bir Azərbaycan vətəndaşı bundan sonra da bu ideyaları, irsi qorumalı, onlara sadiq qalmalı, gələcək nəsillərimiz bu amallarla böyüməlidirlər. Şəhidlərimizin valideynləri qürur hissi keçirə bilərlər ki, Vətənini, xalqını sevən belə cəsur övladlar böyüdüblər.
Şəhid Asiman Əliyevin atası Vaqif Əliyev çıxış edərək Azərbaycanın qazandığı möhtəşəm Zəfərdən, Asimanın həyat yolundan danışıb. Bildirib ki, Asiman, Qərib kimi qəhrəmanların həyat yolu gənc nəslə örnəkdir. Şəhidlərimizin xatirəsi kiçikdən böyüyə hər bir Azərbaycan vətəndaşının ürəyində əbədi yaşayacaq. Şəhidin atası göstərilən diqqət və qayğıya görə dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlığını bildirib.
Şəhid Asiman Əliyevin yaxın dostu Rayət İmaməliyev çıxışında qeyd edib ki, şəhidlərimizin qəhrəmanlıqlarından, şərəfli döyüş yolundan saatlarla, günlərlə danışmaq olar. Vətən uğrunda canını fəda edən qəhrəmanlarımızın əziz xatirəsi əbədiyyətədək xalqımızın yaddaşında yaşayacaq, onların adları dövlətimiz tərəfindən daim uca tutulacaq və ehtiramla yad ediləcək.
Tədbirin sonunda şəhidlərimizlə bağlı hazırlanan video-rolik nümayiş olunub.











Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:70
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 06 Noyabr 2024 14:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Tramp 17 Patriotun Ukraynaya çatdırıldığını açıqladı

14 İyul 2025 22:13see151

Bu gün 40 dərəcə isti olacaq PROQNOZ

14 İyul 2025 07:30see129

Kiyevdə polkovniki güllələyən azərbaycanlılar öldürülüblər FOTO/VİDEO

14 İyul 2025 12:56see118

Ağstafa: “Suverenlik yolunun başlanğıcı”

14 İyul 2025 18:51see117

İlqar Mirzəyevin şəhidlik zirvəsinə ucaldığı gündür

14 İyul 2025 09:45see116

Çimərlikdə batma təhlükəsi ilə üzləşən uşaq xilas olundu

15 İyul 2025 00:50see116

Dolların bahalaşması manata necə təsir edəcək? AÇIQLAMA

14 İyul 2025 18:51see116

Attestasiyadan keçməyən musiqi müəllimləri üçün xüsusi müsabiqə təşkil ediləcək

14 İyul 2025 14:10see115

Rusiya təbliğatının qəhrəmanı rusların onu döyməsindən şikayətlənib...

14 İyul 2025 21:39see113

Üçqat çempiondan Tur de Frans ın təşkilatçılarına etiraz

15 İyul 2025 00:59see113

“Milan” Modriçi açıqladı

14 İyul 2025 23:01see113

Merilinin pasport fotosu bu qiymətə satıldı Fotolar

15 İyul 2025 00:27see113

Alim Qasımov yenidən rep deməsi ilə gündəmdə Video

15 İyul 2025 10:54see112

Mərkəzi Asiya Avrasiyanın əsas regionuna çevrilir

15 İyul 2025 20:21see112

18 yaşını xüsusi parti ilə qeyd edən Lamin Yamal hakim qarşısına çıxmalı olacaq

14 İyul 2025 08:49see112

Səbail in yerli oyunçulardan ibarət 11 liy i məlumdur ADLAR

15 İyul 2025 17:49see111

Zelenski Kelloqla görüşdü

14 İyul 2025 16:20see110

Gözəl danışır, sonra insanları bombalayır Tramp Putinə əsəbiləşdi

14 İyul 2025 10:47see109

Ukraynada polkovniki Azərbaycan vətəndaşları qətlə yetirib?

14 İyul 2025 10:28see109

Hansı atalar qız övladlarına daha çox qayğı göstərir?

15 İyul 2025 20:22see109
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri