Icma.az
close
up
RU
Zəfər Günü ilə bağlı Minskdə rəsmi qəbul təşkil olunub

Zəfər Günü ilə bağlı Minskdə rəsmi qəbul təşkil olunub

Icma.az bildirir, Azertag portalına istinadən.

Minsk, 7 noyabr, AZƏRTAC

Azərbaycanın Belarusdakı səfirliy tərəfindən 8 Noyabr-Zəfər Günü münasibətilə Minsk şəhərində rəsmi qəbul təşkil edilib.

Səfirlikdən AZƏRTAC-a bildiriblər ki, qəbulda əsas qonaq qismində Belarus Respublikasının sənaye naziri Andrey Kuznetsov, eləcə də Belarus Respublikası Prezident Administrasiyasının Xarici siyasət idarəsinin rəisi Dmitri Mironçik, Belarus Parlamenti Respublika Şurasının Beynəlxalq əlaqələr idarəsinin rəisi Andrey Taranda, Xarici İşlər Nazirliyinin Protokol idarəsinin rəisi Maksim Nesterenko, MDB ölkələri ilə ikitərəfli əməkdaşlıq Baş idarəsinin rəisi Maksim Straçko, Belarus Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq departamentinin rəisi İvan Xrapunenko, MDB Baş katibinin birinci müavini İqor Petrişenko, müavini Nurlan Seytimov, Belarusda fəaliyyət göstərən diplomatik korpusun, ictimai, mədəni, işgüzar dairələrin nümayəndələri, diaspora rəhbərləri və üzvləri iştirak ediblər.

Azərbaycan və Belarus Dövlət himnlərinin səsləndirilməsindən sonra səfir Məhərrəm Əliyev çıxış edərək Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində ordumuzun yüksək peşəkarlıq, qüdrət və əzm nümayiş etdirərək dövlətimizin ərazi bütövlüyünü, tarixi ədaləti və milli ləyaqətimizi bərpa etdiyini bildirib.

Zəfər Gününün yalnız hərbi uğurun təntənəsi deyil, tarixi torpaqlarımızın azad edilməsi uğrunda həyatlarını qurban vermiş qəhrəmanlarımızın xatirəsinə olan ehtiramın ifadəsi olduğunu vurğulayaraq, onların əziz xatirəsini minnətdarlıqla yad edib.

Daha sonra səfir son beş il ərzində işğaldan azad edilmiş ərazilərin bərpası istiqamətində həyata keçirilən irimiqyaslı layihələrdən danışaraq, bu ərazilərdə enerji təchizatının tam bərpa edildiyini, müasir şəhərlər və kəndlər yaradıldığını, təhsil müəssisələri və sənaye obyektlərinin tikildiyini bildirib və bu məqsədlə dövlət büdcəsindən 10 milyard ABŞ dollarından çox vəsait xərcləndiyini qeyd edib. M.Əliyev “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın uğurla həyata keçirildiyini vurğulayaraq, sözügedən proqram çərçivəsində minlərlə ailənin Füzuli, Laçın, Zəngilan, Cəbrayıl və digər rayonlarda öz evlərinə qayıtdığını diqqətə çatdırıb.

Səfir bərpa-quruculuq işlər ilə yanaşı regionun mühüm tədbirlərə ev sahibliyi etdiyini bildirərək, keçirilən “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalı, Vaqif Poeziya Günləri, bir sıra beynəlxalq idman yarışları, Qlobal Media Forumu, Türk Dünyasının I Mədəniyyət Forumu kimi tədbirlərin bölgəni bir daha milli mədəniyyətin mərkəzinə, sülhün simvoluna çevirdiyini vurğulayıb. Həmçinin, 2025-ci ildə Xankəndi və Şuşanın İqtisadi Əməkdaşlıq Təşkilatının Dövlət Başçıları Zirvə Görüşünə ev sahibliyi etdiyini, Laçının isə MDB-nin Mədəniyyət Paytaxtı olduğunu xatırladıb. MDB ölkələrinin Üçüncü Oyunlarının Azərbaycanın yeddi şəhərində, o cümlədən Xankəndində baş tutmasını bu regiona həyatın, inkişafın və sülhün qayıdışının aydın sübutu kimi dəyərləndirib.

Həmçinin M.Əliyev çıxış zamanı baş verən müsbət dəyişikliklərlə yanaşı, azad edilmiş ərazilərdəki mina probleminə, ekoloji problemlərə də toxunub.

Daha sonra Azərbaycanın regionda sülh, sabitlik və mehriban qonşuluğu təşviq üçün davamlı səylər göstərdiyini vurğulayan səfir il ərzində Azərbaycan Prezidenti ilə Ermənistanın Baş Naziri arasında keçirilmiş görüşlərə toxunub, cari ilin 8 avqust tarixində ABŞ-da xarici işlər nazirlərinin sülh sazişi layihəsini parafladığını xatırladıb. Həmçinin, M.Əliyev bildirib ki, bir müddət əvvəl Azərbaycan Prezidentinin Ermənistana yüklərin tranzitinə dair bütün məhdudiyyətləri aradan qaldırması Azərbaycan ilə Ermənistan arasında sülhün artıq kağız üzərində deyil, həm də praktikada tətbiq olduğunun göstəricisidir.

Sonda səfir Azərbaycan ilə Belarus arasındakı münasibətlərə toxunaraq, Belarus Respublikasının rəhbərliyinə ədalətli mövqeyi və dəstəyi üçün dərin minnətdarlığını bildirib.

Tədbirdə əsas qonaq qismində iştirak edən Belarus Respublikasının sənaye naziri A.Kuznetsov çıxış edərək Zəfər Günü münasibətilə tədbir iştirakçılarını, eləcə də Azərbaycan rəhbərliyini və xalqını təbrik edib. Prezidentlərimiz arasındakı fəal siyasi dialoqun Azərbaycan-Belarus əməkdaşlığının bütün spektri üzrə yüksək dinamikanı təmin etdiyini qeyd edən nazir, qarşılıqlı faydalı iqtisadi əməkdaşlığın ölkələrimiz arasında əlaqələrin gələcək inkişafının əsas prioriteti olduğunu bildirib. Sənaye kooperasiyasının inkişafına, birgə istehsal olunan məhsulların çeşidinin genişləndirilməsinə də diqqət çəkən A.Kuznetsov, Ağdam rayonunun Qızıl Kəngərli kəndində birgə agroşəhər layihəsi üzərində işlərin davam etdiyini vurğulayıb, ölkəsinin də sözügedən regionların dirçəldilməsində dost Azərbaycanın yanında olduğunu bildirib.

Azərbaycan və Ermənistan tərəfindən ABŞ-da sülh müqaviləsininin paraflanmasını, o cümlədən regionda inkişafın və stabilliyin təmin olunması istiqamətində atılan addımları yüksək qiymətləndirən qonaq ölkəmizə sülh, əmin-amanlıq və firavanlıq arzu edib.

Tədbirin bədii hissəsində Zəfər Günü ilə əlaqədar videoçarx nümayiş olunub, 32-ci beynəlxalq estrada musiqisi - “Vitebsk-2023” müsabiqəsinin qalibi, Belarus Respublikası Prezident Fondunun təqaüdçüsü həmyerlimiz Samir Yolçuyevin ifasında xalq mahnılarımız səsləndirilib, həmçinin “Sarı gəlin” və “Qafqaz” rəqs ansambllarının ifasında milli rəqslər təqdim olunub.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Minsk

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:226
embedMənbə:https://azertag.az
archiveBu xəbər 07 Noyabr 2025 15:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see390

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see383

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see259

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see238

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see226

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see220

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see218

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see214

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see213

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see197

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see191

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see185

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see185

İnsanlar cəmi 6 deyil, 27 fərqli emosional hal var

25 Oktyabr 2026 13:08see183

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see179

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see179

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see177

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see174

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see174

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri