“Zəfər muzeyi”nin binasının fasadının bərpasına xərclənəcək vəsaitin həcmi açıqlandı
Icma.az, Pravda.az portalına istinadən məlumat verir.
"Xankəndi şəhərində, Ağdərə və Xocalı Rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti" publik hüquqi şəxsi “Zəfər muzeyi”nin binasının fasadını bərpa edir.
Pravda.az-ın xəbərinə görə, bu məqsədlə 1 298 000 AZN xərclənəcək.
Publik hüquqi şəxs işləri həyata keçirəcək "Bərpa AS" MMC ilə müqavilə bağlayıb.
Qeyd: Nizamnamə kapitalı 10 AZN olan şirkətin qanuni təmsilçisi Rafiq Mübaris oğlu Şıxəliyevdir.
Cabir Həsənov

