Xankəndidə “Zəfər parkı” və Zəfər muzeyi”nin yaradılmasına başlanıldı
Teleqraf.com saytından alınan məlumata görə, Icma.az bildirir.
Xankəndi şəhərində əhalinin istirahəti və şəhərin görkəminin yaxşılaşdırılması məqsədilə “Zəfər parkı”nın, “Zəfər muzeyi” və “Mədəniyyət mərkəzi”nin yaradılması istiqamətində işlərə başlanılıb.
Bu barədə Teleqraf.com-a Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətindən məlumat verilib.
Bildirilib ki, hazırda dünyada nüfuzlu şirkətlərdən biri olan “Chapman Taylor” tərəfindən Xankəndi şəhərinin Baş planının hazırlanması istiqamətində işlər davam etdirilir.
Məlumata görə, 2025-ci ildə Xankəndi, Xocalı və Ağdərədə bir sıra mühüm infrastruktur obyektlərinin istismara verilməsi, yeni xidmət obyektlərinin fəaliyyətə başlaması və yaşayış məntəqələrində bərpa-quruculuq işlərinin aparılması ilə keçmiş məcburi köçkünlərin geri qayıdışı planlaşdırılır.
Baxış sayı:103
Bu xəbər 28 Dekabr 2024 16:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















