Icma.az
close
up
RU
“Zəfər seçkisi” Yeni dövrün başlanğıcı

“Zəfər seçkisi” Yeni dövrün başlanğıcı

Xalq qazeti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Sentyabr ayında biz elə bir dövrə yekun vurmuşuq ki, bu, epoxal bir hadisədir. Yəni Azərbaycanın çoxəsrlik tarixində mən hesab edirəm ki, buna oxşar Zəfər olmamışdır. Bütün amilləri – siyasi, hərbi və 30 illik işğalı, ərazinin relyefini, müdafiə xətlərinin çox olmasını nəzərə alsaq hesab edirəm ki, bu, xalqımızın, dövlətimizin ən parlaq Qələbəsidir. Təbii ki, bu yeni dövr başlayarkən, əlbəttə, prezident seçkiləri də bu yeni dövrün başlanğıcı olmalıdır.

Azərbaycan Prezidenti İlham Əliyevin yerli televiziya kanallarına müsahibəsindən

10 yanvar 2024-cü il

Bu gün – fevralın 7-də Azərbaycanın yeni tarixinin mühüm çağırışlarına cavab vermək üçün keçirilən növbədənkənar prezident seçkilərindən bir il ötür. Xalqın “Zəfər seçkisi” adlandırdığı bu siyasi tədbir bilavasitə Prezident İlham Əliyevin təşəbbüsü ilə reallaşdırılmışdı.

Xatırladaq ki, Seçki Məcəlləsi və Azərbaycan Respublikasının Konstitusiyasına əsasən, son seçkidən 7 il sonra, yəni 2025-ci ildə növbəti prezident seçkilərinin keçirilməsi gözlənilirdi. Lakin Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı 7 dekabr 2023-cü il tarixli sərəncamla Azərbaycanda növbədənkənar prezident seçkiləri günü 7 fevral 2024-cü ilə təyin olundu. Yəni ilk dəfə idi ki prezident seçkiləri qışda keçirilirdi.

Onu da əlavə edək ki, bu, sayca 3-cü növbədənkənar prezident seçkiləri idi. Xüsusilə vurğulanmalı məqamlardan biri də odur ki, Qarabağın işğaldan azad olunmasından sonra ilk dəfə prezident seçkiləri bütün ölkə ərazisində keçirilmişdi. Belə ki, işğaldan azad edilmiş ərazilərdə yaradılmış seçki məntəqələrində 20 min seçici səsvermədə iştirak edə bilmişdi. Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 19 dekabr 2023-cü il tarixli iclasında qəbul olunan qərarla işğaldan azad edilmiş ərazilərdə 26 seçki məntəqəsi yaradılmışdı.

Seçki gününün təyin edilməsindən sonra ciddi hazırlıq işləri getmiş və məlum olmuşdu ki, ortada Qarabağ və Şərqi Zəngəzurun düşmən işğalından azad edilməsi faktı olduğuna görə, iqtidarlı-müxalifətli bütün insanlar yeni seçki keçirilməsini dəstəkləyir. Mərkəzi Seçki Komissiyasının 16 dekabr 2023-cü il tarixli iclasından sonra sədr Məzahir Pənahov bildirmişdi ki, bu il ilk dəfə işğaldan azad olunmuş Xankəndi şəhərində də seçkilər keçiriləcək.Sədr bununla bağlı müvafiq seçki məntəqəsinin yaradıldığını və seçki məntəqəsinin keçmiş Azərbaycan Kommunist Partiyası Dağlıq Qarabağ Muxtar Vilayət Komitəsinin inzibati binasında yerləşəcəyini açıqlamışdı. Həmçinin, yeni seçici siyahısı sisteminin tərtib olunduğu, bu layihənin Ədliyyə Nazirliyi ilə birgə hazırladıqlarını açıqlamışdı. Qeyd olunmuşdur ki, işğaldan azad edilən rayonlarda 9 seçki dairəsi üzrə 26 seçki məntəqəsi yaradılmışdır.

Bəlkə də bu faktların sadalanması kiməsə qəribə görünə bilər. Ancaq onlar adi faktlar deyildi. Əvvəla, ona görə ki, ermənilərin “güclü” himayədarlarının köməyi ilə işğal etdikləri qədim torpaqlarımızda 30 ildən sonra seçki qutuları Azərbaycanın Dövlət Bayrağı altında düzülmüşdü. İkinci, cənab Prezident Xankəndidə dövlət televiziyasına müsahibə verərkən demişdi ki, bu arxa tərəfdə görünən bina on illər boyu terrorçu və işğalçıların məskəni olsa da, vaxtilə Azərbaycan dövlətinin vəsaiti hesabına tikilmişdir. İndi həmin binada Azərbaycan Prezidentinin seçilməsi üçün səsvermə təşkil edilməsi, beynəlxalq müşahidəçilərin iştirakı ilə seçki keçirilməsi hay qövmünə gözdağı, Türk dünyasına isə üzağlığı idi.

Fevralın 7-də prezident seçkiləri keçirildi. Həm də böyük uğurla. Cəmi bir həftədən sonra – fevralın 14-də isə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Milli Məclisdə andiçmə mərasimi oldu. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev çıxış edərək dedi ki, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 2024-cü il 13 fevral tarixli qərarı ilə növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinə dair Mərkəzi Seçki Komissiyasının nəticələrini təsdiq edərək, cənab İlham Heydər oğlu Əliyevi Azərbaycan Respublikasının Prezidenti elan etmişdir.

Ekspertlərin fikrincə, növbədənkənar prezident seçkilərinin elan edilməsi, həmin siyasi tədbirə hazırlıq prosesi, səsvermənin ölkəmizin bütün şəhər və kəndlərində təşkil edilməsi, MSK rəsmilərinin və mətbuat təmsilçilərinin seçkilər günü Xankəndidən, Xocalıdan, Şuşadan, Laçından, Kəlbəcərdən ... operativ məlumatlar göndərməsi sevindirici və qürurverici idi. Ancaq cənab Prezidentin 14 fevral 2024-cü il tarixli andiçməsində səsləndirdiyi fikirlər daha çox mötəbər idi. Əvvəla, ona görə ki, həmin fikirlərə bütün dünya qulaq asdı, bədxahlarımız qarışıq hamı eşitdi. İkinci, ona görə ki, Prezident İlham Əliyev artıq Zəfər çalmış qalib sərkərdə, müzəffər dövlət başçısı kimi and içirdi.

Dövlət başçımız andiçməsində dedi: “2003-cü ildə verdiyim bütün vədlər yerinə yetirildi. Əldə edilmiş bütün nailiyyətlərin mənbəyi Azərbaycan xalqıdır, onun mənə göstərdiyi inam və onun vahid amal ətrafında birləşmə bacarığıdır. Biz, doğrudan da, bütün dünyaya sübut etmişik ki, böyük xalqıq, biz öz taleyimizi özümüz həll edirik, ölkə qarşısında duran problemləri özümüz heç kimin köməyi olmadan həll edirik və əsaslı şəkildə həll edirik”.

Təbii ki, cənab Prezidentin verdiyi vədlər arasında ilk yerdə, ölkəmizin ərazi bütövlüyünün bərpası dururdu. O, ilk dəfə andiçməsindən sonrakı illərdə, o cümlədən 2018-ci ildə (o seçkilər də növbədənkənar təşkil edilmişdi – red) həmin kürsüdən and içərkən demişdi ki, Ermənistan – Azərbaycan münaqişəsi yalnız və yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır: “ Heç vaxt Azərbaycan xalqı öz ərazisində ikinci erməni dövlətinin yaradılmasına imkan verməyəcək və nəyin bahasına olursa-olsun biz öz doğma torpaqlarımızı azad edəcəyik. O gündən cəmi 2 il yarım keçdi və Azərbaycan xalqı bir yumruq kimi birləşərək Vətən müharibəsi nəticəsində torpaqlarımızın böyük hissəsini azad etmişdir, 300-dən çox şəhər və kənd azad olunmuşdur, o cümlədən bizim mədəniyyət paytaxtımız Şuşa şəhəri işğalçılardan azad edilmişdir. Biz qan tökərək, şəhidlər verərək tarixi ədaləti bərpa etdik”.

Prezident İlham Əliyevin fikrincə, İkinci Qarabağ müharibəsi bizim şanlı tariximizdir. Dövlət başçımız andiçməsində növbəti dəfə xatırlatdı ki, əgər böyük dövlətlər Ermənistana onun işğalçılıq siyasətinə görə sanksiyalar tətbiq etsəydilər, heç olmasa, onların işğalçılıq siyasətini pisləsəydilər, bəlkə də müharibəyə ehtiyac qalmazdı. Azərbaycan dövləti uzun illər ərzində təmkinlilik göstərirdi, eyni zamanda, aparılan danışıqlara sadiqlik göstərirdi. Baxmayaraq ki, illər keçdikcə bizim ümidlərimiz də tükənirdi, işğalçı dövlət daha da azğınlaşırdı, hesab edirdi ki, bizim torpaqlarımızı əbədi işğal altında saxlaya bilər.

Bəli, 2024-cü ilin 7 fevral prezident seçkiləri milli tariximizin ləyaqət səhifələrindən birinə çevrildi. Ancaq təkcə həmin seçkilər yox, ölkəmizdə keçirilən digər seçkilərin nəticələri də xalqın inam və etimadını əks etdirir. Cənab Prezidentin dediyi kimi, Azərbaycan yeni dövrə, müasir epoxaya doğru gedir. Dövlətimizə və liderimizə bu möhtəşəm yolda daha böyük uğurlar arzulayırıq!

İttifaq MİRZƏBƏYLİ,
Əməkdar jurnalist

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:134
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 07 Fevral 2025 09:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya siyasətində sabitlik pozulub

01 Sentyabr 2025 08:07see344

Araz Bağırovun ardınca Difai ni 2 futbolçu da tərk etdi

01 Sentyabr 2025 22:59see166

Türk qəhvəsi sevənlər OXUSUN Sən demə...

01 Sentyabr 2025 01:45see138

Rusiyada saxlanılan miqrant futbolçuları deportasiya gözləyir

01 Sentyabr 2025 01:13see138

İsrail Rusiyaya səfir təyin etdi

01 Sentyabr 2025 00:02see135

La Liqa: Barselona dan xal itkisi

01 Sentyabr 2025 01:40see131

Bakıda zəncirvari qəza: İki KamAZ və dörd minik avtomobili toqquşub

01 Sentyabr 2025 01:01see129

Avropa Komissiyası: Gürcüstanın cavabı alınıb, qiymətləndiriləcək

01 Sentyabr 2025 19:54see128

Yer niyə fırlanır və ya fırlanmasa, nələr baş verər?

31 Avqust 2025 19:39see126

İsrail ordusu HƏMAS ın xaricdəki liderlərini hədəf alacaq

31 Avqust 2025 22:01see125

Teleqramda möhtəşəm yenilik...

01 Sentyabr 2025 01:17see125

Şirvanda toyda kütləvi dava 2 nəfər həbs edildi

02 Sentyabr 2025 02:01see122

Suriya son 14 ildə ilk dəfə neft ixrac etdi

02 Sentyabr 2025 01:54see120

“Nüvə məsələsi üçün diplomatik pəncərə açıqdır”

02 Sentyabr 2025 02:31see120

Ağdamda baş vermiş yol qəzasının təfərrüatları məlum olub FOTO YENİLƏNİB

31 Avqust 2025 19:50see118

Moskvada müəllim şantaja görə həbs olundu

02 Sentyabr 2025 04:00see118

Flamingo nun təqdimatı ilk dəfə onlayn nümayiş olunub...

01 Sentyabr 2025 00:05see116

Ər arvad bir birinə psixi pozğunluq yoluxdura bilərlər Təsir nəsillərə ötürülür

02 Sentyabr 2025 05:47see115

Biz çox böyük iş görmüşük İmişli nin baş məşqçisi

31 Avqust 2025 22:12see115

Bakıda və Abşeron yarımadasında tozlu hava şəraiti müşahidə olunur

31 Avqust 2025 19:39see114
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri