Icma.az
close
up
RU
Ruhum, gözlərini yum... Romandan parça

Ruhum, gözlərini yum... Romandan parça

Icma.az, 525.az portalına istinadən məlumat yayır.

Hüseynbala MİRƏLƏMOV
yazıçı-publisist

Sənin “Ruhum, gözlərini yum...” misran indi daha ülvi məna kəsb edir, ustad Nazim Hikmət. Çünki bəşəriyyət gözlərini açdıqca, ruhunu qaranlığa qərq edir. Ona görə də, ruh bəzən işığını itirməmək üçün gözlərini yumsa, yaxşıdır... İndi süni zəka və elm insanı ucaltmaqdansa, daha da uzaqlaşdırır - Allahdan, insandan, ailə ocağından, sevgidən... Bəlkə də bu çağda bəşəriyyətin sürətlə faciəvi sonuna doğru yüyürməsini,  özünü məhv etmək yolunda çabalamasını, özündən getməsini  görməmək üçün  ruhun gözlərini yumması,  indilik ən yaxşı çıxış yoludur... Ən azından bəşəriyyət özünə gələnə kimi...

(Dördüncü fəsil) Qapının zəngi gecənin dərin və vahiməli sükutunda yenidən ucadan səsləndi. Sanki bu səs rezidansın hər küncünə nüfuz edərək kölgələrin arasına qarışdı, səssizliyi yox edən bir işarə kimi titrədi. Leon qapının ağzında izaholunmaz bir həyəcan içində donub qalmışdı, sanki qapını açsa, həyatında nə isə köklü surətdə dəyişəcəkdi.

Qapının yanındakı kiçik monitora gözlərini zillədi, ürəyi təlaşla döyündü. Orada Lioranın gənc və gözəl siması görünürdü. Qadının baxışları monitorda qəribə bir alovla şölələnirdi, sanki içindəki ehtiras və sirr hər an partlamağa hazır idi.

Qapını açdı. Liora astaca içəri daxil oldu, addımları sanki havada süzülən bir gizli ritmlə uyğunlaşırdı. O, bir söz belə demədən, sadəcə öz varlığı ilə Leonun bütün düşüncələrini silkələdi. Nəyisə izah etməyə ehtiyac da yox idi; baxışları hər şeyi açıqca söyləyirdi. Onun gözlərində həm qadağan olunmuş, həm də qarşısıalınmaz bir hissin çağırışı görünürdü – bu baxışda həm təhlükə və ehtiras, həm də vaz keçilməyəcək bir cazibə vardı. Hər bir detal, hər bir mimika, hər bir sükut anı sanki gələcəkdə unudulmayacaq bir hekayəni pıçıldayırdı...

- Axşamınız xeyir, professor... - Liora asta səslə salamlaşdı.

Leon söz tapa bilmədi. Qadın bir addım yaxınlaşdı, barmaqları Leonun qoluna toxundu. Onun səsində və hərəkətində elə bir istilik vardı ki, Leon etiraz edə bilmədi. Sanki günlərlə qəlbində gizlətdiyi, ağlı ilə susdurmaq istədiyi duyğular bu anda qəfəsdən çıxan quş kimi azadlığa buraxılıb havada qanaq çırparaq uçdu.

Qısa zamanda aralarındakı məsafə yoxa çıxdı. Liora qapının ağzındaca  Leonu qucaqladı, dodaqları titrəyirdi, amma səsi qəti idi:

- Mən sizə olan hissimi gizlədə bilməyəcəyəm, Leon... Sizinlə görüşməzdən əvvəl haqqınızda oxumuşam, araşdırmışam,  intellektinizə, varlığınıza heyranam. İnan, aylar əvvəldən bu günün xəyalını qurmuşam. Sizə qovuşacağım günün. Dodaqlarınızdan öpəcəyim məqamı səbirsizliklə gözləmişəm. Yaxşı ki, biz qarşılaşdıq... Sənə necə aşiq olduğumu təsəvvür edə bilməzsən...

Lioranın həyəcandan titrəyə-titrəyə gah “sən”, gah “siz” deyərək danışması, sirayətedici duyğuları Leonun damarlarında qanını coşdurdu. O an gənc alim çılğın bir ehtirasla qadının incə belindən yapışıb möhkəmcə özünə doğru çəkib qucaqladı.

İkisi də bilirdi ki, bu, sadəcə o anın həyəcanı deyil. Göz-gözə gəldikləri ilk gündən hər ikisinin daxilində alovlanacağı günü gözləyən bir qığılcım vardı. Leon onu qucağına alıb saçlarından öpdü, özü də bilmədi ki, içindəki bu qədər həyəcan, ehtiras haradan peyda oldu...

Liora qucağında sürətlə yataq otağına doğru getdi. Bu anda bütün elmi mövzular, bəşəriyyətin gələcəyini müəyyənləşdirən ixtiralar, laboratoriyalardakı robotlar – hər şey sanki uzaq üfüqlərə qədər uzaqlaşmışdı; yalnız iki insanın bütün varlıqları ilə bir-birinə sığınma istəyi qalmışdı.

Yatağının yanında yavaşca qadını qucağından endirib dodaqlarına yapışdı. Gah aralanıb bir-birilərinin gözlərinin içinə baxır, gah da yenidən birləşib çılğın öpüşlərlə dəlicəsinə sarılırdılar.

Liora yavaşca Leonu yatağa itələdi, o isə  bilərəkdən özünü boş tutub çarpayıya yıxılıb ehtiras içində güldü, arxası üstə uzanıb dirsəkləndi, Lioranın soyunmasını zövqlə izləməyə başladı.

Qadın əynindəki donun zəncirbəndini arxadan açıb yavaşca əvvəlcə bir çiynini, sonra isə o biri çiynini sürüşdürdü. Yumru və bəmbəyaz çiyinləri, şümal boynu paltarın altından quzey qarı kimi üzə çıxdı. Paltarı bədənindən sürüşdürə-sürüşdürə aşağı saldı, sonra incə ayağının ucu ilə topuqlarına düşən donu bir kənara itələdi.

Əynində incə qara alt paltarı dəsti vardı. Gözlərini Leonun gözlərindən çəkmədən büstqalterini çıxardı, məmələri məcrasından çııxan çay kimi büstqalterdən çölə daşdı... Sulu armuda bənzəyən şux döşlərin ucları cəhrayı giləyə bənzəyirdi. Bu gilələr Leonun gözlərinin qarşısındaca dikləşib baş qaldırdı. Sanki bu dəqiqə onlardan bal damlayacaqdı... Leon o balın dadına baxmaqdan özünü güclə saxlayırdı...

Liora dolu və ağappaq ombalarını ritmik tərzdə yelləyərək nazik alt paltarını da əynindən çıxardı. Leon bilərəkdən yerindən tərpənmir, yaruzanıqlı vəziyyətdə, heyrətdən dili tutulmuş bir şəkildə onu izləyirdi. Lioranın çılpaq əndamı bütünlüklə gözlərinin qarşısında xəzinə sandığı kimi açılmışdı. Qalırdı bu xəzinədən  ürəyin istəyəni sevgiylə götürüb özününkü eləmək...

Liora yüngülcə gülümsəyərək ona yaxınlaşdı, ayaqlarının ucunda çarpayıya çıxdı, elə o cür çılpaq şəkildə Leonun başının üzərində dayandı. Leon arxası üstə uzandı, sanki başının üzərində dik dayanıb ehtirasla, amiranə bir tərzdə onu süzən bu gözəl, ağıllı qadına canını da təslim edəcəkdi. Ayaqlarını aralayıb ona yuxarıdan aşağı baxan bu qadın birdən-birə onun həyatına şimşək kimi daxil olmuşdu. O təkcə ağlı ilə deyil, çılğınlığı və ehtirası ilə də Leonu özünə heyran etməyi bacarmışdı.

Sonra Liora yavaşca çarpayıda dizləri üstə çökdü, barmaqlarının və dilinin ucunu onun üzündə, sinəsində və bütün bədənində gəzdirməyə başladı. “Mən buradayam, sənin olmaq istəyirəm... Mənə sahib ol, Leon, dəlicəsinə seviş mənimlə, hər şeyi, hər kəsi unudaraq...” – deyən səsi yavaş və sakit idi, amma hər sözü dərin bir iz buraxan tonla söylədi, hər kəlməsində dəli bir ehtiras gizlənmişdi.

O an zaman dayandı. İşıqların yumşaq parıltısı otaqda gölgələr və işıq oyunları yaradaraq onların varlığını əhatələyirdi. Lioranın bədəninin incə harmoniyası və zərifliyi Leonun baxışında əbədi bir təsvir kimi donmuşdu. Onlar yalnız bir-birilərinə baxır, nəfəs ritmləri bir-birinə qarışır, hər toxunuş bir söz, hər baxış bir hekayə olurdu. Bir-birilərinə toxunduqca sanki əbədiyyətin bilinməzliyinə qərq olurdular...

Hər iki ürək, hər iki nəfəs bu anın içində birləşmişdi – sözsüz bir tablo  nümayiş etdirilirdi elə bil,  hər şey deyilib tamamlanmış kimi idi. Otaqda yalnız onların varlığı vardı; zaman, dünya və hər şey sanki geri çəkilmiş, yalnız bu iki varlığın ehtiraslı bədən ritmləri qalmışdı.

Liora çiyninə tökülən saçlarını arxaya atıb Leonun üzərinə oturdu. Leon ikiəlli onun ombalarını oxşayır, üzərində yerini rahatlamasına kömək edirdi. Gözləri ehtirasın atəşi ilə alışıb yanır, bütün bədəni həyəcandan əsirdi, hiss olunurdu ki, içində fırtınalar qopur. Qadının nəfəsi sinəsinə toxunan kimi ürəyinin ritmi daha da sürətləndi.

Liora asta hərəkətlə Leonun üzünə yaxınlaşdı, sanki gözlərindən oxumaq istəyirdi – “hazırsanmı mənimlə birgə olmağa?” Leon isə cavabı sözlə yox, baxışları və hərəkətləri ilə verirdi. Onların arasında artıq sözə ehtiyac yox idi. Liora ritmik bir şəkildə Leonun üzərində yırğalanır, hər hərəkətlə ikisi də zövqün zirvəsində birləşib bir can olurdular. 

Nəfəsləri, saçları və bədənlərinin təri bir-birinə qarışmışdı. Zaman sanki dayanmışdı – nə kənar aləm vardı, nə də başqa bir səs. Yalnız ürək döyüntülərinin bədənin silkələnməsinə uyğun  ritmik sədası və bir-birinə qovuşmuş iki canın cazibəsindən başqa heç nə yox idi...

O gecə bitəndə Leon bir müddət yataqda gözlərini tavana dikib susdu. Lioranın nəfəsi hələ də onun çiynində idi, amma beynində başqa bir səs danışırdı.

“Bu nə idi, Leon? Zəiflikmi, yoxsa axtardığın istiliyi tapmağınmı? Mən özümü texnologiyanın soyuq dəhlizlərinə həbs etmişdim. İllərlə ailəmin sevgisini belə uzaqlaşdırmışdım. Amma indi bircə qadın baxışı və ehtirası  məni bütün prinsiplərimdən ayırdımı? Mənim yaratmaq istədiyim humanoidlər də bir gün eyni cür toxuna, eyni cür hiss etdirə biləcəkmi? Əgər onlar bunu bacaracaqsa, onda mən indi gördüyüm, yaşadığım şey insaniyyətdən kənara çıxmaqdırmı, yoxsa sadəcə bəşərin təkrar etdiyi bir həqiqət?.. Mən içimdəki alovu elmə təslim etdiyimi düşünürdüm, amma bədənim  bir az əvvəl başqa bir həqiqətin əsirinə çevrildi… Görəsən, bu yaşadıqlarıma görə sonra peşman olmayacağam ki?..”

Səhər Lion gözünü açanda Liora çıxıb öz rezidansına getmişdi. İki sattdan sonra o artıq laboratoriya geyimində, saçları tarım yığılmış halda işinin başında idi. Özünü elə aparırdı ki, sanki gecə heç olmamışdı. Leon onun özünü bu cür aparmasına təəccübləndi. Lioranın peşəkar soyuqqanlılığı, yaşananlardan sui-istifadə etməməsi, hər şeyi sadəcə ürəyində saxlaması onu heyrətləndirdi və sevindirdi. Liora getdikcə Leonun daha çox xoşuna gəlirdi. Bir neçə saat boyunca hər kəs sakit və işgüzar şəkildə öz işinə diqqətini verdi.

Günortadan sonra Leon Lioraya laboratoriyada tapşırıqlar verib şəxsi avtomobilinə minib malikanəsinə yollandı. Yarımadanın küçələri boyunca maşının hərəkəti ona uzun illərdən bəri tanış olan səhnələri göstərirdi: parıldayan şüşə binalar, sahil boyu gəzişən boş-bekar insanlar, çığırışan albatroslar...

Malikanəyə çatanda həyətdə oynayan Darin qaçaraq atasının üstünə atıldı. Leon oğlunu qucağına aldı, onun qəhqəhəsi ürəyinə günəş işığı kimi yayıldı.

- Atacan, bax! - deyə uşaq əlindəki oyuncaq robotu göstərdi. - Özüm düzəltdim!

Leon güldü, oğlunun saçlarını qarışdırdı. Elora da səs-küyə həyətə çıxdı. Onun baxışlarında hələ də inciklik vardı, amma eyni zamanda ümid işığı da parıldayırdı. Birlikdə nahar etdilər, Darin atasına suallar yağdırdı. Leon isə uzun müddətdən bəri ilk dəfə özünü həqiqətən ata kimi hiss etdi. Həm rahat idi, həm də özünü fərəhli hiss edirdi. Gecə düşüb ulduzlar sayrışanda Sinlanda qayıtmağa hazırlaşdı. Darin qucağındaca yuxuya getmişdi, onu yatağına uzadıb yanağından öpdü. Eloranın üzündən öpüb sağollaşanda, arvadı əlindən yapışdı, yalvarıcı tərzdə “bəlkə bu gün bir yerdə qalaq, əzizim?”- dedi. Leon yumşaq ifadəylə Eloranın gözlərinə baxdı, o da eyni sakit səslə “getməliyəm, canım, bu gecə dostum kompleksdə məni gözləyəcək, elmi müzakirə etməliyik...” söylədi. Elora susdu, sağollaşıb Leonu avtomobilinə qədər yola saldı.

Malikanədən ayrıldıqdan sonra maşının pəncərəsindən gecə işıqlarına baxan Leonun içini qəribə bir peşmanlıq sardı. Darinin gülüşü, Eloranın yaşla dolu gözləri hələ də yaddaşında idi.

“Darin... onun gülüşü dünyadakı bütün laboratoriyaların uğurunu kölgədə qoya bilir. Elora... amma mən niyə ona geri dönə bilmirəm. Mənim yolum artıq Sinlandadır, taleyim oraya məhkum olub. Amma mən bu məhkumiyyətdən narazı deyiləm. Mən özüm də bilmirəm ki, niyə taleyimi  Tanrının yaratdığı insanla yox, öz yaratmaq istədiyim varlıqlara bağlamışam. Mənim beynim deyir: davam et, Leon, gələcəyin qapısını aç. Amma qəlbim pıçıldayır: dayan, Leon, ailən  sənin əllərindən sürüşüb gedir. Hansı səs mənimdir? Hansı səsə qulaq asmalıyam? Hansı səsin ardnca getməliyəm, bilmirəm!..”

Yeraltı kompleksin geniş zalında, metal və şüşənin parıltısı bir-birinə qarışırdı. Divarlara quraşdırılmış interaktiv panellər müxtəlif genetik dizayn nümunələri və süni neyron şəbəkələrin canlı görüntülərini göstərirdi. Zalda asılmış böyük holo-proyektor insan bədəninin daxili strukturlarını 3D göstərir, hər bir hüceyrənin dinamik dəyişimini vizual olaraq izləməyə imkan verirdi. Şüşə liftdən çıxan Drayk gülümsəyərək Leonun yanına yaxınlaşdı, qucaqlaşdılar və onlar kompleksin böyük, təmiz və işıqlı  zalında üz-üzə əyləşdilər.

Drayk həyəcanla sözə başladı:

- Leon, son təcrübələrim çox irəlilədi. Somatik hüceyrələri tam reproqramlayaraq artıq onları sadəcə embriona çevirmək deyil, optimallaşdırmaq mümkündür. Genetik kodu dəyişdirməklə, xəstəliklərə qarşı müqaviməti artırmaq, yaşlanma prosesini yavaşlatmaq, hətta bəzi fizioloji üstünlüklər vermək olar. Bu artıq sadəcə klon deyil, yeni bir insan növünün dizaynıdır. Bədən və genetik potensial artıq təkamülün təsadüfi prosesinə bağlı deyil.

Leon başını yüngülcə tərpədərək cavab verdi:

- Maraqlıdır, Drayk. Mənim layihəm də eyni məqsədə xidmət edir, amma fərqli şəkildə. Mən biologiyanı deyil, süni zəkanı təkmilləşdirirəm. Mənim yaratdığım humanoid robotlarım  insan beyninin neyron strukturunu təqlid edir, amma öyrənmə sürəti min qat yüksəkdir. Onlar yalnız analiz etməyəcək, həm də hiss edəcəklər, intuitiv qərarlar verəcək, empatiya göstərəcəklər. Biz sadəcə “daha ağıllı texnika” yaratmırıq; biz düşüncə və duyğu qabiliyyətini proqramlaşdırırıq.

Drayk maraqla soruşdu:

- Maraqlıdır. Amma əgər sənin humanoidin və mənim klonlaşdırılmış insanım qarşılaşsa, səncə, onların hansı üstün olacaq?

Leon sakitcə cavab verdi:

- Onları ayrı-ayrılıqda təhlil etməyin tərəfdarı deyiləm. Məncə, onların birləşməsi daha yaxşı olar, çox ehtimal ki, bu vəhdət yeni bir varlıq yaradacaq. Bədən baxımından sənin yaratdığın klon möhkəm və dayanıqlı olacaq, amma düşüncə və yaradıcılıq baxımından mənim humanoidim sürətli və çevik olacaq. Bir tərəfdə genetik üstünlük, digər tərəfdə intellektual sərhədsizlik. Belə bir varlıq insanlığın bugünkü limitlərini aşacaq. Bunun xəyal etmək belə möcizəlidir, elə deyilmi, Drayk?!

Drayk dərin nəfəs aldı:

- Amma etik məsələ necə olacaq? Bilirsən ki, gələcəkdə layihələrimizi təqdim edəndə Etika Şurası mütləq öz qaydalarını diktə etməyə, etiklik haqqında nağıllar oxumağa başlayacaq... Bu varlıqların özünü idarə etmək hüququ olacaqmı? İnsan və maşın arasındakı sərhəd necə qorunacaq? Bunlar bəşəriyyətin sonunu gətirməyəcək ki?! Məsələnin bu tərəfi üçün də bir həll yolu tapmalıyıq.

Leonun gözləri işıqlandı:

- Risk həmişə var, risk elmin təbiətində var. Əsas məsələ balans yaratmaqdır. Genetik kodu optimallaşdırarkən, eyni zamanda süni intellekti etik qaydalarla proqramlamaq mümkündür. Humanoidlər empatiya, sosial davranış və etik qərar qəbul etmə qabiliyyətinə malik olacaq. Genetika və süni zəka bir-birini tamamlayacaq; bədən və ağıl harmoniyada inkişaf edəcək.

Zalda quraşdırılmış holo-proyektorun işığı onların üzünü işıqlandırdı. Proyektor canlı olaraq hüceyrələrin, neyron bağlantılarının və genetik məlumat axınının 3D modellərini göstərirdi. Drayk əlini proyektora uzatdı, bir hüceyrənin daxili mexanizmini ekran üzərində əyərək göstərdi:

- Bax, Leon. Burada bir mutasiyanın necə önlənə biləcəyini göstərirəm. İnsan genomu dəyişdirildikdə, xəstəlik riski minimal səviyyəyə düşür. Bununla, klon sadəcə təkrar deyil, daha sağlam, daha dayanıqlı və adaptiv olur.

Leon isə holoqramın digər tərəfində süni neyron şəbəkənin işləmə prinsipini izah etdi:

- Mənim humanoidlərimdə neyronlar bir-biri ilə çox sürətlə əlaqələnir. İnsan beynində bir sinaps min saniyədə siqnal ötürə bilərsə, bizim neyronlarımız bir saniyədə milyonlarla əlaqəni qiymətləndirir. Bu, onların öyrənmə və adaptasiya sürətini min qat artırır. Eyni zamanda, emosional modul proqramlaşdırması onları yalnız məlumat emal edən deyil, həm də hiss edən varlıqlar  olmasını təmin edəcək.

Drayk təsdiq mənasında başını yellədi, gözləri işıqlandı:

- Yəni sən deyirsən ki, gələcəkdə insanın bioloji və intellektual sərhədləri artıq bizim dizayn etdiyimiz varlıqların imkanları ilə ölçüləcək? Genetika və süni zəka artıq ayrı sahələr olmayacaq; onlar birləşərək yeni bir canlı-məntiq sistemini yaradacaq?

Leon sakitcə dedi:

- Bəli, Drayk. Təbiət min illərdir özünü sınayır, amma indi biz bu sınamaları daha sürətli və məqsədli şəkildə həyata keçirə bilərik. Biz gələcəyin insanını və düşüncəsini dizayn edirik. Ən maraqlısı isə, bu prosesdə etik qərarları, empatiyanı və sosial davranışları proqramlayaraq, yalnız güclü deyil, həm də məsuliyyətli, sədaqətli, sevgi dolu varlıqlar yarada biləcəyik...

Drayk bir anlıq susdu, sonra həyəcanla əlavə etdi:

- Səncə, Leon, əgər biz birgə işləsək, ilk klon-humanoid hibridi yarada bilərik? Yəni genetik üstünlüyü və süni zəkanı birləşdirən bir varlıq?

Leon gülümsəyərək proyektora toxundu:

- Bəli və bunu mərhələli şəkildə etmək olar. İlk addım genetik və neyron məlumat bazalarını uyğunlaşdırmaqdır. Drayk, sənin klonunun genomunu optimallaşdıracağıq, mən isə neyron modulunu və öyrənmə sürətini tənzimləyəcəyəm. Sonra isə onların interfeysini quraraq, həm bioloji, həm də süni şüur elementlərini harmoniyada birləşdirəcəyik. Bu hibrid varlıq həm fiziki üstünlüyə, həm də əqli çevikliyə sahib olacaq.

Drayk başını salladı, gözləri parıldadı:

- Yəni bu ilk birləşmiş varlıq, gələcəyin insanını təmsil edəcək: həm güclü, həm ağıllı, həm də məsuliyyətli. Gələcək artıq bizim beyinlərimizdə qurulub, Leon... 

Zalın səssizliyi içində onların fikirləri ekranda parlayan hüceyrələr və neyron bağlantıları ilə qarışırdı. Drayk və Leon bilirdilər ki, burada sadəcə elmi təcrübə aparmırlar – onlar insanlığın gələcəyini, biologiya və şüurun harmoniyasını yenidən kəşf edirlər.

Söhbət gecəyarısına qədər davam etdi. Sonra Drayk sağollaşıb getdi.

Leon bir müddət zalda tək oturub holo-proyektorlardakı görüntüləri və çevrilmələri izlədi. Amma bir azdan sonra buradakı hər şeydən ürəyi sıxıldı, birdən-birə ürəyi Lioranı arzuladı... Dünənki ehtiraslı öpüşlərini, qadının hərarətli toxunuşlarını xatırladı. Özü də bilmədi ki, ayaqları nə vaxt onu Lioranın rezidansının qapısının ağzına apardı. Köməkçisi onu qapıda əlində qırmızı şərabla dolu  qədəhlə qarşıladı. Gülümsəyib sakitcə dedi:

- Professor, gələcəyini bilirdim... Gəl, bu dəfə robotlardan yox, özümüzdən danışaq...

Şərabın bədəndə yaratdığı istilik ağızlardan çıxan sözlərin hərarətinə qarışırdı...

Leon gülümsəyərək:

- Mən səni dinləməyə hazıram, canım, - dedi.

Leon qədəhini yavaşca qaldırdı və şərabın qırmızısı işığın altında titrəyərkən, Lioranın baxışlarında bir parıltı gördü – orada sadəcə  ehtiras deyil, həm də dərin bir ağırlıq, həyatın imtahanlarının izləri vardı. Liora sakitcə onunla üzbəüz divanda oturub başını  qaldırdı, sanki söhbətin ritmini müəyyən etmək üçün bir anlıq durdu.

- Bilirsən, mənim həyatım heç də bu qədər sadə olmayıb.

Leon diqqətlə onu dinləməyə başladı. İçində həmişəkindən fərqli bir sükutla. Buradakı hər şey - şərabın qoxusu, yumşaq musiqi, qaranlıqdan sızan işıq - elə bil onların danışığı üçün bir fon yaradırdı.

- Uşaqlığım... – Liora dərindən nəfəs aldı, – heç də rahat olmayıb. Atam  həyatımdan erkən çıxıb getmişdi. Anam isə iki iş arasında bizə baxmağa çalışırdı. Həmişə evdə boşqab səsi ilə oyanırdım, anam səhərlər bizə sıyıq bişirirdi, qardaşımla o sıyığı yeməsək, az qala özünü bədbəxt hesab edirdi. Amma elə bil ki, onda da içimdə sönməz bir işıq vardı. Oxumaq, anlamaq, dünyanı dəyişmək arzusu... Elm öyrənmək həvəsi məni heç vaxt tərk etmədi.

Leon onun sözlərini dinlədikcə, gözlərində yalnız ehtiras deyil, həm də dərin bir empatiya, şəfqət doğdu. Liora davam etdi:

- Məktəbdə çətinliklərim çox idi. Kitablarım az, müəllimlər isə bəzən kobud olurdular. Amma mən geri çəkilmədim. Hər gecə kitab oxuyurdum. Təcrübələr aparırdım, səhvlərimdən öyrənirdim. Bəzən elə hiss edirdim ki, elə bil bütün dünya mənə qarşıdır, amma elm mənim üçün bir qurtuluş idi. Universitetə qəbul olunduğum gün, əslində, özümə və ailəmə ilk dəfə demişdim ki, “Baxın, mən bacardım”.

Leon soruşdu:

- Bəs süni intellekt sahəsinə gəlməyi nə üçün istədin?

O, əlindəki qədəhi Leonun diqqətli baxışları qarşısında yüngülcə silkələdi, sözünə davam etdi:

- Sonra... – səsi daha da yumşaldı, – süni zəka sahəsini araşdırdım, insan zehninin ən mürəkkəb məqamlarını anlamaq, ona yeni imkanlar yaratmaq mənim üçün həm elmi, həm də şəxsi bir missiya oldu. İndi isə buradayam, sənin yanında, çox sevdiyim bir sahədə... Və buna görə necə xoşbəxt olduğumu təsəvvür edə bilməzsən, Leon!

Leon bir anlıq dayandı. Bu qadın yalnız gözəl və ehtiraslı deyil, həm də misilsiz bir iradəyə, əzmə və zəka gücünə sahib idi. Onun həyat hekayəsi hər sözü ilə Leonun qəlbində şəfqət və hörmət yaratdı. Onun üçün Liora artıq yalnız bir arzu obyekti deyildi; o, həm də bir qəhrəman idi, hər bir çətinliyə qarşı əzmlə dayanan bir insandı.

Şərabın bədəndə yaratdığı istilik, sözlərin hərarəti ilə qarışdı. Leon diqqətlə Lioraya baxdı, sanki onun ağzından çıxan hər bir sözü öpmək istəyirdi. Və o an aralarında  ehtiras ilə empatiyanın incə bir qarışığı, həm də dərin bir bağlılıq hissi yaranmağa başladı.

- Sənin hekayən... – Leon səsləndi, – inanılmazdır. Sən yalnız elm qadını deyilsən, həm də insanlıq nümunəsisən.

Liora gülümsədi, amma gözlərindəki dərin duyğu heç bir sözlə ifadə oluna bilməzdi. Bu gecə yalnız şərab və xatirələrdən ibarət deyildi; bu gecə, iki ruhun bir-birinə həm ehtirasla, həm də hörmət və şəfqətlə toxunduğu an idi...

(ardı var)

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:100
embedMənbə:https://525.az
archiveBu xəbər 17 Oktyabr 2025 22:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nəticələr Türkiyənin Suriyada möhkəmlənməsinə xidmət edəcək

16 Oktyabr 2025 10:26see370

Rusiya hakimiyyəti Vəfa Quluzadəni haqlı çıxardı KONKRET

16 Oktyabr 2025 15:04see284

Ağsuda yollar təmir ediləcək

16 Oktyabr 2025 14:54see178

Stəndapçı: “Uill Smit bacarmasa, Yannik Sinner rolunu oynamağa hazıram” FOTO

18 Oktyabr 2025 03:13see158

Erkən ölüm riskini artıran əsas amillər BƏLLİ OLDU TERAPEVT AÇIQLADI

16 Oktyabr 2025 16:17see148

“Ağır çantalar uşaqlarda onurğa əyriliyinə gətirib çıxarır” EKSPERT DANIŞDI

17 Oktyabr 2025 11:50see137

Xəstəxanada əməkdar artistə infeksiya keçib Durumu ağırdır

16 Oktyabr 2025 15:58see137

Kreml Tramp Putin danışıqlarını dəyərləndirib

16 Oktyabr 2025 23:31see134

Məhkəmədə Ermənistan vətəndaşlarının cinayət xarakterli məlumatlar tədqiq olunub FOTO

17 Oktyabr 2025 20:37see132

Tramp Putinə təzyiqləri artırmağa hazırdır Britaniyalı ekspert

16 Oktyabr 2025 18:31see132

Məktəblərdə məktəb psixoloqlarının sayı niyə azdır? EKSPERT AÇIQLADI

16 Oktyabr 2025 15:18see131

Yanacaqdoldurma məntəqələri benzini qatqılarla kəsməyə başlayıb...

16 Oktyabr 2025 18:26see130

“Qqlobal savaş baçlaya bilər” ŞƏRH

16 Oktyabr 2025 14:56see126

“Trampla 2 saatlıq danışıq zamanı Putin Moskvanın sülhün əldə edilməsində maraqlı olduğunu vurğulayıb” Uşakov

16 Oktyabr 2025 23:19see124

Hava ilə bağlı XƏBƏRDARLIQ EDİLDİ Leysan yağacaq

16 Oktyabr 2025 13:23see123

Bakıda bal yarmarkası fəaliyyətə başlayır

17 Oktyabr 2025 13:46see123

Finlandiyalı aktyor İsa Məsih obrazını canlandıracaq...

16 Oktyabr 2025 22:45see123

Tramp: ABŞ Tomahawk raketlərinin ehtiyatlarını tükədə bilməz

17 Oktyabr 2025 01:09see122

Orban Putin Tramp görüşü barədə: Biz hazırıq!

17 Oktyabr 2025 04:35see122

Tramp: Hazırda Rusiyaya qarşı yeni sanksiyaların tətbiqi üçün ən münasib vaxt deyil

17 Oktyabr 2025 03:21see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri