Zelenski Trampa “Tomahawk” raketləri qarşılığında yüzlərlə dron təklif etdi VİDEO
Icma.az bildirir, Bizim media saytına əsaslanaraq.
Zelenski Trampa “Tomahawk” raketləri qarşılığında yüzlərlə Ukrayna istehsalı dron təklif edib.
Bizim.Media xəbər verir ki, Ukrayna Prezidenti bunu Ağ Evdə Trampla danışıqların açıq hisssəsi zamanı deyib.
“Əgər sən hərbi hədəfi vurmaq istəyirsənsə, yüzlərlə dronu “Tomahawk”larla birlikdə istifadə etməlisən. Bizdə dronlar var, amma “Tomahawk”lar yoxdur”, - Ukrayna lideri qeyd edib.
O əlavə edib ki, Kiyev ABŞ-a bir müqavilə təklif edir - pilotsuz uçuş aparatlarını “Tomahawk” və digər silahlar qarşılığında təmin etməyi.
ABŞ prezidenti Donald Tramp təklifə müsbət reaksiya verib: “Bəli, biz bu müqavilədə maraqlıyıq, sizin dronlarınız çox yaxşıdır. Amma heç nə qırıcılara bərabər ola bilməz”.
Bizim.Media


