Icma.az
close
up
RU
Zəfər tarixinə adını yazan Sənan ŞƏRH

Zəfər tarixinə adını yazan Sənan ŞƏRH

Icma.az bildirir, Ses qazeti saytına əsaslanaraq.

Zəfər şəhidi Sənan Ağazadənin 26 yaşı tamam oldu

Mənfur erməni dığaların işğal etdiyi Qarabağın taleyi Lənkəran rayonu, Göyşaban kəndində doğulub boya-başa çatan Sənan Nizami oğlu Ağazadəni çox düşündürürdü. Bunu heç cür müdriklər beşiyi, qəhrəmanlar yurdu, canından artıq sevdiyi doğma Azərbaycanın qeyrətinə, şöhrətinə sığışdıra bilmirdi . Odur ki, sinəsini yanar od edib yağıdan öc almaq məqsədilə 2019-cu il iyulun 22-də hərbi xidmətə yollanır. Əsgərliyi cəbhə bölgəsinə düşən Sənan hərbi paltar geyinib müqəddəsliyini hər şeydən əziz bildiyi Vətəninin daşına, torpağına qurban deyib onun keşiyində dayanır.

İlk gündən adına öyündüyü Azərbaycana nümunəvi xidmət göstərməklə hərbi hissədə zabitlərin, əsgərlərin sevimlisi olur. Cəsurluğu, mərdliyi, igidliyi, vətənpərvərliyi, saflığı qatıldığı təlimlərdə Sənana uğur qazandırır. Həmişə də deyir ki, Qarabağımızı işğalda saxlayan yağı düşməndən tezliklə qisas alınmalıdır. Bu yolda ölmək belə hər bir qeyrətli oğul üçün şərəfdir. Çünki şəhid qanı axmayan torpaqdan Vətən olmaz.

Nəhayət Sənanın Vətənə olan sonsuz məhəbbət hissi İkinci Qarabağ müharibəsində tam özünü göstərir. 30 il həsrətində olduğumuz haqq savaşımızın ilk günündə Azərbaycan Silahlı Qüvvələrin əsgəri Sənan qeyrətli oğullar sırasında ölümün gözünə dik baxmaqla, Vətənin harayına səs verir, odlu-alovlu səngərdə yerini alır. İştirak etdiyi bir-birindən ağır müharibə meydanlardan yalnız qələbə sorağı gəlir. İgid əsgərin Vətənə, torpağa bağlılığı sanki döyüşdən-döyüşə ona yeni güc verir. Erməni dığalarına qarşı sərraf tuşlayıcı kimi vuruşur, onlara göz açmağa imkan vermir. Göstərdiyi hünər, düşmənə vurduğu sarsıdıcı zərbələr gündən-günə artır. Cənnət-məkan Qarabağımızın hər kəndi uğrunda gedən qanlı müharibədə yağının çoxsaylı canlı qüvvəsini, saysız-hesabsız texnikasını məhv etməklə ürəyində bəslədiyi qisasını ondan ala bilir.

Sənanın axırıncı savaşı dığalarla oktyabrın 14-də olur. Füzuli rayonunda başlanan ağır müharibə meydanında son damla qanına qədər döyüşür. Canını Vətəninə, torpağına fəda edəndə ömrünün 20-ci baharına qədəm qoymuşdu.

Bəli, milyonların ürəyində öz şərəfli ölümü ilə mərdlik, igidlik, simvoluna çevrilən Sənan Ağazadə dövlət tərəfindən “Vətən uğrunda”, “İgidliyə görə”, “Füzulinin azad olunmasına görə” medallarla təltif edilib

Zəfər Orucoğlu,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:179
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 04 May 2026 12:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see325

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see261

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see252

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see221

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see217

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see212

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see208

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see206

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see204

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see201

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see196

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see193

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see192

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see186

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see185

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see184

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see184

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see178

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see176

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri