Icma.az
close
up
RU
Menu

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

Valdas Dambrauskas “Sabah”dan ayrılıb “Fənərbağça”ya keçə bilər

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

“Udineze”də istefa qərarı verildi: Zanetti gəlir

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

88 yaşlı Adriano Çelentano pərəstişkarlarını özünə heyran etməkdə davam edir

Bölgələrdə səhiyyə problemi: “Elə xəstəxana var ki, 5 6 aydır rentgen aparatı xarab olub”

A Seriyası: “Napoli” Turindən xalsız qayıdır

Azərbaycan, Gürcüstan və Ermənistan BMT yə nə qədər pul ödəyir?

Məşhur aktyorun 20 illik həyat yoldaşının görünüşü müzakirə mövzusu oldu VİDEO

Zəfərdən başlayan yol Böyük Qayıdışla davam edir

Zəfərdən başlayan yol Böyük Qayıdışla davam edir

Icma.az, Azertag portalına istinadən məlumat yayır.

İsmayıllı, 20 may, AZƏRTAC

“Bölgələrdən AZƏRTAC üçün yazırlar” layihəsi çərçivəsində İsmayıllı ziyalısı Günay Rzayevanın “Zəfərdən başlayan yol Böyük Qayıdışla davam edir” məqaləsini təqdim edirik.

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin işğaldan azad olunmuş ərazilərə – Qarabağa və Şərqi Zəngəzura hər səfəri müasir tariximizin parlaq səhifələrindən birinə çevrilir. Bu səfərlər təkcə bərpa və yenidənqurma işlərinə nəzarət xarakteri daşımır, eyni zamanda, dövlət suverenliyimizin, ərazi bütövlüyümüzün və qəti siyasi iradəmizin təntənəsi kimi dəyərləndirilir.

44 günlük Vətən müharibəsində qazanılmış Qələbə ilə başlayan Böyük Qayıdış strategiyası artıq real nəticələrlə müşayiət olunur. Prezidentin rəhbərliyi ilə azad edilmiş ərazilərdə qısa müddətdə onlarla infrastruktur layihəsi icra olunub və olunur, şəhər və kəndlər yenidən qurulur, müasir həyat şəraiti yaradılır. Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən bu layihələr xalqın illərlə arzuladığı Qayıdışın təməl daşlarıdır.

Ən mühüm hadisələrdən biri 2023-cü ildə Xankəndidə Qarabağ Universitetinin yaradılması oldu. Bu ali təhsil müəssisəsi yalnız təhsil ocağı deyil, eyni zamanda, Azərbaycanın elm və təhsil potensialının simvolu, Qarabağın intellektual dirçəlişinin əsas dayağıdır.

Mədəni dirçəlişin bir nümunəsi də Ağdam Muğam Mərkəzidir. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə təməli qoyulan bu mədəniyyət ocağında bu gün artıq milli musiqimizin sədaları səslənir. Bu səslər əslində azad torpaqlarda milli ruhun yenidən var olmağının ifadəsidir.

Bu torpaqlarda dini-mənəvi irsin dirçəldilməsi istiqamətində də əhəmiyyətli addımlar atılıb. Şuşada Aşağı Gövhər Ağa məscidi, Ağdam Cümə məscidi, Zəngilan və Suqovuşan məscidləri yenidən qurularaq istifadəyə verilib. Habelə, Xocalı Soyqırımı Memorialının təməlinin qoyulması da tarixi yaddaşın qorunmasına xidmət edən rəmzi hadisə kimi yadda qalıb.

Qarabağ və Şərqi Zəngəzurda sürətli şəkildə yollar çəkilir, elektrik və su xətləri bərpa olunur, məktəblər, xəstəxanalar, mədəniyyət evləri inşa edilir, yaşayış kompleksləri tikilərək ailələrə təhvil verilir. Bu proses bir tərəfdən fiziki infrastrukturun qurulması, digər tərəfdən isə milli ruhun yenidən bərqərar olması deməkdir.

İndi azad olunmuş torpaqlarda - Zəngilanda, Laçında, Şuşada, Cəbrayılda, Ağdərədə, Xocalıda, Füzulidə, Xankəndidə toy-bayram sədası gəlir, insanlar öz xoşbəxt həyatlarını yaşayırlar. Dövlət başçısının səfərləri zamanı bu insanlarla görüşü, onların qayğıları ilə maraqlanması ölkə rəhbərliyinin vətəndaşına olan doğma münasibətinin parlaq göstəricisidir.

Azərbaycanın bu istiqamətdə atdığı hər addım, eyni zamanda, beynəlxalq ictimaiyyətə verilən güclü mesajdır: Qarabağ əbədi Azərbaycan torpağıdır, burada yalnız sülh, inkişaf və rifah olacaq! Prezident İlham Əliyevin bu bölgələrə etdiyi hər səfər tarixdə bir iz buraxır – çünki həmin səfərlər təkcə coğrafi nöqtələrə deyil, həm də tarixin özünə yazılır.

Beləliklə, Zəfərdən başlayan yol bu gün Böyük Qayıdışla davam edir. Hər yeni layihə, hər yeni tikili, hər açılan məktəb və məscid bu torpaqlarda həyatın yenidən qaynadığını, Azərbaycanın güclü və əzmlə irəlilədiyini göstərir. Bu isə yalnız qələbənin deyil, həm də milli birliyin, əzm və iradənin təntənəsidir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:161
embedMənbə:https://azertag.az
archiveBu xəbər 20 May 2025 17:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see745

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see561

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see508

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see369

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see293

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

02 Noyabr 2026 15:11see254

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see247

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

02 Noyabr 2026 16:14see244

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

02 Noyabr 2026 14:55see243

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

02 Noyabr 2026 21:36see229

Valdas Dambrauskas “Sabah”dan ayrılıb “Fənərbağça”ya keçə bilər

02 Noyabr 2026 01:37see228

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

02 Noyabr 2026 06:42see223

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

02 Noyabr 2026 19:03see207

“Udineze”də istefa qərarı verildi: Zanetti gəlir

02 Noyabr 2026 06:43see198

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

02 Noyabr 2026 20:33see192

88 yaşlı Adriano Çelentano pərəstişkarlarını özünə heyran etməkdə davam edir

02 Noyabr 2026 16:13see192

Bölgələrdə səhiyyə problemi: “Elə xəstəxana var ki, 5 6 aydır rentgen aparatı xarab olub”

02 Noyabr 2026 16:54see183

A Seriyası: “Napoli” Turindən xalsız qayıdır

02 Noyabr 2026 01:38see180

Azərbaycan, Gürcüstan və Ermənistan BMT yə nə qədər pul ödəyir?

02 Noyabr 2026 14:51see173

Məşhur aktyorun 20 illik həyat yoldaşının görünüşü müzakirə mövzusu oldu VİDEO

02 Noyabr 2026 02:49see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri