Icma.az
close
up
RU
Zəfəri bizə yaşadanların muzeyi FOTOREPORTAJ VİDEO

Zəfəri bizə yaşadanların muzeyi FOTOREPORTAJ VİDEO

Olke.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bakıda 8 noyabrda açılan Zəfər Muzeyi yaxın tariximizin ən mühüm mərhələlərini yaddaşlara həkk edən yeni məkanlardan biridir.

Prezident İlham Əliyevin tapşırığına əsasən, ziyarətçilər 9–11 noyabr tarixlərində Şanlı Zəfər tarixinin əbədiləşdirildiyi muzeyə ödənişsiz daxil olublar. 

Ölkə.az-ın əməkdaşları olaraq bizdə bu fürsətdən istifadə edib muzeyin salonlarını gəzib həmin anları fotoreportaj şəklində qeydə aldıq.

44 günlük Vətən müharibəsi Azərbaycan xalqının həm dirənişini, həm də qələbə iradəsini dünyaya göstərdi. Azad edilən torpaqlarda başlanan yeni həyat, dağıntıların arasında doğan ümid və qələbənin gətirdiyi birlik hissi bu tarixin əsas simvollarına çevrildi. Zəfər Muzeyi də həmin günlərin izlərini foto, maketlər və eksponatlarla gələcək nəsillərə çatdırır.

Muzeyin girişində ziyarətçiləri tarixi Qələbəmizin ən güclü simvollarından sayılan “Dəmir yumruq” instalyasiyası qarşılayır. Burada Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin həmin günlərin ruhunu yaşadan sözləri əks olunub. Muzeyi əhatə edən divarın üzərində 44 günlük Vətən müharibəsində canını Vətənə fəda edən qəhrəmanlarımızın adları həkk edilib. 

Divar boyunca axan su isə həm həyatın davamını, həm də şəhidlərimizin fədakarlıqla qazandıqları əbədiyyəti simvolizə edir, sanki hər damla onların bizə əmanət etdiyi müqəddəs tarixi xatırladır. Ekspozisiya zallarında isə Vətən müharibəsinədək və Zəfər Günündən sonra Qarabağ uğrunda şəhid olmuş igidlərimizin adları xüsusi ehtiramla təqdim olunur.

Elə muzeyi gəzirdik ki, şəhid Rəşad Mikayılzadənin ailəsi ilə qarşıladıq: atası, anası və 29 ildən sonra dünyaya gələn, qardaşının adını soyadı olaraq götürən bacısı Ayla Rəşadlı…

“Oğlum 44 günlük Vətən müharibəsinin qəhrəmanlarından biridir. Canı, qanı bahasına şəhidlərimiz torpaqlarımızı azad etdilər. Çox qürurverici andır. 30 ildən sonra biz öz torpaqlarımıza qovuşduq. Allaha çox şükür. Müzəffər ali baş komandanımızın əmri ilə torpaqlarımız azad olundu. Torpaqlarımızın azad olunmasında mənim də oğlumun payı var. 44 gün döyüşüb. Noyabrın 9-u Şuşada öz komandirini xilas edərkən şəhid olub. 4 ildən sonra bacısı dünyaya gəldi. Adı Ayla Rəşadlıdır. Əlbəttə, övlad itkisi çox ağırdır. Çox çətindir. Evin tək övladı idi. 

Bu gün də gəlmişik bu gözəl muzeyə biz də baş çəkək. Azad ölkədə yaşayırıq. Azad xalqın vətəndaşıyıq. Bu torpaqların necə azad olunduğunu bundan sonrakı nəsillər də görəcək. Gələcək nəsillər buraya gəlib görəcək ki, bu torpaqlar kimlərin qəhrəmanlığı ilə azad edilib”, - deyə R.Mikayılzadənin atası İlham Rəşadlı öz təəssüratlarını bildirdi.

Şəhər sakinləri – tələbə və şagirdlər də bizi görər-görməz fikirlərini bölüşməyi fürsət bildilər.

“Muzeyin belə gözəl olduğunu bilmirdim. Hələ ki 1-ci zaldayam. Amma çox gözəldir. Bilirəm ki, o biri zallar da çox gözəldir. Girişdə çox növbə var idi, amma buna dəyər. Muzey sanki Qarabağın hər yerindən danışır. 

Muzeyə ikinci dəfədir gəlirəm. Mənə xoş təəssüratlar yaratdı. Xoşbəxtəm ki, Azərbaycanlıyam. Qarabağ Azərbaycandır!”, - məktəblilər muzey haqqında danışarkən söyləyiblər.

“Mən İkinci Qarabağ müharibəsini görmüş, birinci Qarabağ müharibəsi ilə bağlı dərin bilikləri olan tarix tələbəsiyəm. Muzeyin açılması məndə çox xoş ovqat yaratdı. Muzeyə daxil olanda buranın Zəfər aurası o qədər möhtəşəm hisslər yaratdı ki, mən bunu dilə bilmirəm“ – Ölkə.az-a danışan tələbələrdən biri belə deyib.

Sonda isə qeyd etmək yerinə düşər ki, Zəfər Muzeyinə zəfər qazanmış Azərbaycan xalqının hər bir nümayəndəsi gəlməklə 44 günlük Vətən müharibəsində əldə edilən Qələbənin qoxusunu duya bilər.

Həmidə İbrahimova

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:708
embedMənbə:https://olke.az
archiveBu xəbər 12 Noyabr 2025 12:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see308

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see303

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

07 Noyabr 2026 00:28see262

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see246

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see244

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see237

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see235

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see226

1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

07 Noyabr 2026 02:01see224

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see218

İcbari tibbi sığorta ilə bağlı şad xəbər...

06 Noyabr 2026 22:30see216

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see212

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see211

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see207

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see205

Qadınlar niyə 40 yaşından sonra daimi yorğunluq hiss edirlər?

06 Noyabr 2026 21:51see205

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see203

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see198

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see197

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri