Icma.az
close
up
RU
Tarixi zəfəri bizə yaşadanların ehtiramla yad edildiyi gün

Tarixi zəfəri bizə yaşadanların ehtiramla yad edildiyi gün

Icma.az, Newscenter.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.


Çar Rusiyasının məkirli siysətinin tərkib hissəsi kimi ermənilərin tarixi Azərbaycan torpağı olan Qarabağa köçürülməsindən sonra ölkəmizə qarşı başlanan düşmənçilik siyasəti zaman-zaman xalqımız və dövlətimiz üçün ağır faciələrlə nəticələnmişdir. 1905-1907-ci və 1918-ci illərdə yüz minlərlə soydaşımızın ermənilər tərəfindən vəhşicəsinə qətlə yetirilməsi, 1918-1920-ci illəri əhatə edən qırğınlar, həmin illərdə İrəvanda, Dərələyəzdə, Zəngəzurda, Göyçədə, Tiflisdə, Naxçıvanda, Bakıda, Gəncədə, Şamaxıda, Qubada, Lənkəranda, Qarabağda, Muğanda, Göyçayda on minlərlə dinc azərbaycanlının soyqırıma məruz qalması, 1948-1956-cı illərdə Ermənistandakı öz tarixi dədə-baba torpaqlarından 150 minə yaxın azərbaycanlının deportasiya olunaraq Azərbaycanın Kür-Araz düzənliyində yerləşdirilməsi ermənilərin Çar Rusiyasının da dəstək verdiyi “dənizdən dənizə Ermənistan” adlı sərsəm ideyasının tərkib hissəsi idi. XX əsrin 80-90-cı illərində ermənilərin sərsəm ideyalarını gerçəkləşdirmək istəyi yeni mərhələyə qədəm qoydu. 1987-ci ildən başlayaraq daha 300 minə yaxın azərbaycanlı öz doğma yurdundan qovuldu. Nəticədə tarixən azərbaycanlıların yaşadığı Qərbi Azərbaycanda kəndlər, şəhərlər dağıdıldı, beləliklə Ermənistanda ifrat millətçilik geniş vüsət aldı və sərsəm ideyanın həyata keçirilməsi üçün işğalçılıq siyasətinə start verildi. Azərbaycan ərazilərinin 20 faizini işğala məruz qoyan Ermənistan müasir, sivil dünyanın gözü qarşısında soyqırım siyasətini davam etdirərək xalqımıza Başlıbel, Ağdaban və Baqanis-Ayrım, Xocalı faciələrini yaşatdı.
Ermənistanın işğalçılıq siyasətinə son qoyulmaq, işğal etdiyi əraziləri boşaltmaq üçün BMT Təhülkəsizlik Şurası səviyyəsində qəbul edilmiş 4 qətnamənin icrası kağız üzərində qaldı, beynəlxalq təşkilatların ikili standartlarından dolayı münaqişəsinin nizamlanması üçün 1992-ci il 24 mart tarixində təsis olunmuş ATƏM-in (ATƏT) Minsk qrupu fəaliyyətinin 29 ili ərzində məsələnin həlli istiqamətində bir addım belə atmadı, bu istiqamətdə aparılan diplomatik fəaliyyətlər nəticəsiz qaldı. Həm cəzasızlıq mühiti, həm də “dənizdən-dənizə Ermənistan” xülyası ermənilərdə yeni ərazilər zəbt etmək istəyi yaratdı. Aprel döyüşləri, Tovuz hadisələri ermənilərin işğalçılıq siyasətinin və yeni ərazilər zəbt etmək istəyinin tərkib hissəsi idi. Nəhayət, 2020-ci ildə bütün bu siyasət və “dənizdən-dənizə Ermənistan” sərsəm ideyasına güclü Azərbaycan dövləti, qüdrətli ordu və qalib Ali Baş Komandanın sayəsində birdəfəlik son qoyuldu.
2020-ci il sentyabrın 27-də yenidən Azərbaycan ərazilərini zəbt etmək üçün hücuma keçən Ermənistan gözləmədiyi halda əkshücumla qarşılaşdı. Ali Baş Komandan, Prezident İlham Əliyevin əmri ilə əkshücum əməliyyatına keçən Azərbaycan Ordusu hərbi əməliyyatların başladığı ilk saatlarda düşmənə sarsıdıcı zərbələr vurdu və beləliklə, Azərbaycan və Ermənistan qüvvələri arasında genişmiqyaslı hərbi əməliyyatlar başladı. Beləliklə, 27 Sentyabr 2020-ci il Azərbaycan tarixində yeni mərhələnin başlanğıcı oldu.
Vətən müharibəsi kimi tarixə düşən 44 gün ərzində Azərbaycan Ordusu bir sıra istiqamətlərdə hərbi əməliyyatlar həyata keçirdi. Cəbrayıl, Füzuli, Zəngilan və Qubadlı rayonlarında yaşayış məntəqələrinin və strateji əhəmiyyətli mövqelərin nəzarətə götürülməsi ilə cəbhədə vəziyyət Azərbaycanın xeyrinə dəyişdi. Müharibənin ən mühüm hadisələrindən biri isə Şuşanın azad edilməsi oldu. 8 noyabr 2020-ci ildə Şuşanın azad edilməsi müharibənin gedişində mühüm dönüş nöqtəsi idi. İki gün sonra, noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiya liderlərinin imzaladığı üçtərəfli bəyanatla hərbi əməliyyatların dayandırılması barədə razılaşma əldə edildi. Sənədə əsasən, Ağdam, Kəlbəcər və Laçın rayonlarının Azərbaycana qaytarılması nəzərdə tutulurdu.
27 sentyabrda başlayan Vətən müharibəsi tarixi zəfərimizə gedən yolun başlanğıcı olmaqla yanaşı, eyni zamanda bu zəfəri bizə yaşadanların ehtiramla yad edildiyi Anım Günüdür. Məhz tarixi zəfəri bizə yaşadanlara yüksək ehtiramın göstəricisidir ki, Azərbaycan Prezidentinin 2 dekabr 2020-ci il tarixli Sərəncamı ilə hər il sentyabrın 27-si Azərbaycanda Anım Günü kimi qeyd olunur. Həm əməli addımları, həm də tarixi zəfərin qəhrəmanları, şəhidlərimizə ən yüksək ehtiramla yanaşan, qazilərimizə diqqət-qayğı göstərən Prezident İlham Əliyev, “Birinci Qarabağ və İkinci Qarabağ müharibələrinin şəhidləri bizim qəlbimizdə əbədi yaşayacaq. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Onların qəhrəmanlığı, fədakarlığı nəticəsində biz torplaqlarımıza qayıdırıq. Allah bütün yaralı hərbçilərimizə şəfa versin, onlar tezliklə sağalıb normal həyata dönsünlər, onların sağalması üçün də əlimizdən gələni edirik və edəcəyik. Hətta ən ağır vəziyyətdə olan yaralı əsgərimiz, zabitimiz bilməlidir, əlimizdən gələni edəcəyik ki, onu normal həyata qaytaraq. Biz bu Qələbəyə görə onlara borcluyuq”, -deyə bilmirməklə bunun bir dövlət siyasəti olduğunu açıq-aşkar ortaya qoyurdu.
Bu gün də dövlət və onun Ali rəhbərliyi hər zaman öz əsgərinin yanındadır, şəhid və qazisinə yüksək ehtiram, diqqət-qayğı göstərir. Vətən müharibəsində Qələbə münasibətilə medal və ordenlərin təsis olunması, müharibə iştirakçılarının təltif olunması, müharibə dövründə müxtəlif dərəcəli xəsarətlər almış şəxslərin dövlət tərəfindən müalicə olunması, əlini, qolunu itirmiş qazilərimiz üçün ən müasir protezlər sifariş edilməsi, “YAŞAT” Fondu tərəfindən indiyədək 19 mindən yuxarı şəxsin öhdəliyə götürülməsi, bu məqsədlə indiyə qədər 96 milyona yaxın vəsaitin müvafiq istiqamətlər üzrə xərclənməsi deyilənlərin sübutudur.
Bu gün Azərbaycan Xalqı 27 sentybar-Anım Gününü təkcə qəhrəman oğullarımızı yad etməklə deyil, həm də qürur və şərəflə qeyd edir. Onların yazdığı qəhrəmanlıq salnaməsini təkcə Qarabağ və Şərqi Zəngzurun bu günkü dirçəlişi fonunda deyil, həm də Prezident İlham Əliyevin təşəbbüsü ilə Bakıda salınmış Hərbi Qənimətlər Parkını ziyarət edərkən aydın şəkildə görürürük
Nəsib Məhəməliyev,
Milli Məclisin deputatı
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:85
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 24 Sentyabr 2026 17:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kişilərin libidosu bu yaşda zirvəyə çatır Alimlər açıqladı

22 Sentyabr 2026 20:39see290

Ceyranbatanda 1 saylı orta məktəbin həyətində bıçaqlanma olub

23 Sentyabr 2026 14:40see253

Əli İskəndərli Avropa çempionatında bürünc medal qazandı

23 Sentyabr 2026 19:47see233

Alim: Ermənistanın Eçmiədzin kilsəsi Alban kilsələrinin yox olmasına səbəb olub

22 Sentyabr 2026 20:31see232

Bu qurum vətəndaşa qanunsuz borc yazdı ŞİKAYƏT

24 Sentyabr 2026 09:41see230

Qarındakı piyləri əritməyin sirri açıldı

22 Sentyabr 2026 20:20see228

Türkiyə Prezidenti: Fələstin xalqının səsini dünyaya çatdırmağa davam edəcəyik

22 Sentyabr 2026 20:16see222

Latviya vetodan imtina etdi Rusiyaya qarşı sanksiyalar 3 il uzadılır

22 Sentyabr 2026 20:16see219

U 17 millisi Gəncədə

22 Sentyabr 2026 20:42see215

Tramp Zelenski görüşü sülh danışıqlarına çevrilə bilər? AÇIQLAMA

23 Sentyabr 2026 17:37see210

U 17 qızlar yığması “Kəpəz”in U 14 komandası ilə qarşılaşacaq

22 Sentyabr 2026 20:18see190

Ceyhun Bayramov kiprli həmkarı ilə Cənubi Qafqazda sülh prosesini müzakirə etdi

24 Sentyabr 2026 02:52see188

ABŞ ilə İran arasında nə zaman saziş əldə olunacaq? Tramp açıqladı

22 Sentyabr 2026 20:19see173

Elza fərqli tərzi ilə yenidən gündəmdə (Video)

23 Sentyabr 2026 09:51see171

Şəhid jurnalistlərin xatirəsinə həsr olunan turnirin püşkü atılıb

22 Sentyabr 2026 20:44see171

Ərdoğan: BTC və TANAP etibarlı dəhlizlərdir

24 Sentyabr 2026 03:03see170

Psixoloqlara görə, birinin sizi qısqandığını göstərən 2 kəlməlik cümlə

24 Sentyabr 2026 03:04see164

Ceyhun Bayramov: TRIPP regionda yeni imkanlar yaradacaq

24 Sentyabr 2026 03:00see164

Biləcəri qəsəbəsində daşan kanalizasiya sakinlər üçün təhlükə yaradır Video

22 Sentyabr 2026 20:31see161

Paytaxt yollarında sıxlıq: Məlumat lövhəsi olmayan qazıntı ərazisi Video

22 Sentyabr 2026 20:31see160
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri