Icma.az
close
up
RU
Zəhərli çiyələyi belə tanıyın və almayın! Sadə metod

Zəhərli çiyələyi belə tanıyın və almayın! Sadə metod

News24 portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Hazırda bəzi bazarlarda alça təxminən 11-14 manat, çiyələk isə 6-7 manata təklif olunur. Qiymətlərin əlçatan olmaması ilə yanaşı, sözügedən meyvələrin mövsümdən kənar yeyilməsi və bunun zərərləri də müzakirə obyektidir.

Globalinfo.az-a danışan sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova deyib ki, Azərbaycanda çiyələyin təbii yetişmə vaxtı may ayının əvvəllərindən başlayır:

“Bu da coğrafi mövqeyə, regiona görə dəyişir. Amma bir çox hallarda maydan əvvəl satışa çıxarılan çiyələklər istixana şəraitində yetişdirilir və zərərvericilərdən qorunması üçün pestisidlər, hormonlu gübrələrdən istifadə olunur. Belə meyvələri əsasən hamilə və süd verən qadınlar, uşaqlar alır. Bu da onların sağlamlığı üçün çox riskli qidadır. Adətən alarkən yuyulmadan yeyirlər. Dərmanlı, süni yetişdirilmiş çiyələk isə mədə-bağırsaq sisteminin, bağırsaq mikroflorasının pozulmasına, zəhərlənməyə, allergik reaksiyalara gətirib çıxarır. Uzunmüddətli, çox istifadə isə qaraciyər funksiyasının pozulmasına səbəb ola bilər. Ümumiyyətlə, mövsümündən əvvəl çiyələk yeməmək məsləhətdir”.

Ekspert bildirib ki, çiyələk alarkən təbii görünüşlü, qırmızı rəngli, bir qədər orta ölçülü, solğun olanları seçmək lazımdır:

“Yəni hamısı eyni ölçüdə olmamalıdır. Əgər çiyələk çox iridirsə, parlaqdırsa, qoxusu hiss olunmursa, hamısı eyni formadadırsa, bu, onların süni şəkildə yetişdirildiyinin göstəricisidir. Həmçinin yeməmişdən əvvəl adi suda 10 dəqiqə saxlamaq tövsiyə edilir.  Süni yetişdirilən çiyələkdirsə, suya bir qədər duz və yaxud da az miqdarda sirkə əlavə etmək olar. Bu, onun tərkibində olan pestisid qalığını azalda bilər. Çiyələyin yarpaqlarını isə yuduqdan sonra qopartmaq lazımdır. Bəzi hallarda xanımlar yarpağını təmizləyib yuyurlar, bu da səthindən kimyəvi maddə qalıqların yarpaq kökündən içəriyə nüfuz etməsinə yol açır. Nəticədə meyvənin keyfiyyəti pozulur. Eyni zamanda mütləq mənşəyi bəlli olan yerdən yerli məhsul alın. Birmənalı şəkildə xroniki xəstəliyi olan yaşlılar, uşaqlar, hamilə və süd verən qadınlar erkən satışa çıxarılan meyvələrdən istifadə etməməlidir. Əks halda təbii ki, zəhərlənmə və allergiya problemləri ortaya çıxacaq”

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:165
embedMənbə:https://news24.az
archiveBu xəbər 28 Aprel 2025 22:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see301

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see278

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see275

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see268

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see255

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see252

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see245

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see243

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see240

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see226

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see222

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see218

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see215

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see214

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see213

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see210

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see206

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see204

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see201

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri