Icma.az
close
up
RU
Zəhərli çiyələyi belə tanıyın və almayın! Sadə metod

Zəhərli çiyələyi belə tanıyın və almayın! Sadə metod

Icma.az, GlobalInfo portalına istinadən məlumatı açıqlayır.

Hazırda bəzi bazarlarda alça təxminən 11-14 manat, çiyələk isə 6-7 manata təklif olunur. Qiymətlərin əlçatan olmaması ilə yanaşı, sözügedən meyvələrin mövsümdən kənar yeyilməsi və bunun zərərləri də müzakirə obyektidir.

Globalinfo.az-a danışan sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova deyib ki, Azərbaycanda çiyələyin təbii yetişmə vaxtı may ayının əvvəllərindən başlayır:

“Bu da coğrafi mövqeyə, regiona görə dəyişir. Amma bir çox hallarda maydan əvvəl satışa çıxarılan çiyələklər istixana şəraitində yetişdirilir və zərərvericilərdən qorunması üçün pestisidlər, hormonlu gübrələrdən istifadə olunur. Belə meyvələri əsasən hamilə və süd verən qadınlar, uşaqlar alır. Bu da onların sağlamlığı üçün çox riskli qidadır. Adətən alarkən yuyulmadan yeyirlər. Dərmanlı, süni yetişdirilmiş çiyələk isə mədə-bağırsaq sisteminin, bağırsaq mikroflorasının pozulmasına, zəhərlənməyə, allergik reaksiyalara gətirib çıxarır. Uzunmüddətli, çox istifadə isə qaraciyər funksiyasının pozulmasına səbəb ola bilər. Ümumiyyətlə, mövsümündən əvvəl çiyələk yeməmək məsləhətdir”.

Ekspert bildirib ki, çiyələk alarkən təbii görünüşlü, qırmızı rəngli, bir qədər orta ölçülü, solğun olanları seçmək lazımdır:

“Yəni hamısı eyni ölçüdə olmamalıdır. Əgər çiyələk çox iridirsə, parlaqdırsa, qoxusu hiss olunmursa, hamısı eyni formadadırsa, bu, onların süni şəkildə yetişdirildiyinin göstəricisidir. Həmçinin yeməmişdən əvvəl adi suda 10 dəqiqə saxlamaq tövsiyə edilir.  Süni yetişdirilən çiyələkdirsə, suya bir qədər duz və yaxud da az miqdarda sirkə əlavə etmək olar. Bu, onun tərkibində olan pestisid qalığını azalda bilər. Çiyələyin yarpaqlarını isə yuduqdan sonra qopartmaq lazımdır. Bəzi hallarda xanımlar yarpağını təmizləyib yuyurlar, bu da səthindən kimyəvi maddə qalıqların yarpaq kökündən içəriyə nüfuz etməsinə yol açır. Nəticədə meyvənin keyfiyyəti pozulur. Eyni zamanda mütləq mənşəyi bəlli olan yerdən yerli məhsul alın. Birmənalı şəkildə xroniki xəstəliyi olan yaşlılar, uşaqlar, hamilə və süd verən qadınlar erkən satışa çıxarılan meyvələrdən istifadə etməməlidir. Əks halda təbii ki, zəhərlənmə və allergiya problemləri ortaya çıxacaq”.

Günay Rəsulqızı
Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:227
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 27 Aprel 2025 20:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see326

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see305

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see290

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see267

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see263

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see259

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see251

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see244

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see237

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see231

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see222

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see222

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see222

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see212

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see206

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see204

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see200

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see193

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see184

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri