Zəhmətimin bəhrəsini görəndə çox xoşbəxt oldum 700 bala NAMİZƏD
Icma.az bildirir, Modern.az portalına istinadən.
Tam (11 illik) orta təhsil səviyyəsi üzrə 15 mart 2026-cı il tarixində keçirilmiş buraxılış imtahanının nəticələri elan olunub. İmtahan iştirakçıları arasında 9 nəfər 300 bal toplayıb.
Modern.az xəbər verir ki, onlardan biri də Zəhra Xammədovadır.
O, zəhmətinin bəhrəsini görəndə çox xoşbəxt olduğunu qeyd edib:
"Humanitar fənlər təmayüllü məktəb-liseyin 11A sinif şagirdiyəm. İmtahan mənim üçün həyəcanlı keçdi, lakin orta səviyyəli idi və bu nəticəni də gözləyirdim. 4-cü ixtisas qrupuna hazırlaşıram. Hədəfim Azərbaycan Tibb Universitetinin Müalicə işi fakültəsində təhsil almaqdır. Qəbul imtahanından isə hədəfim 380-i keçməkdir”.
Maksimum nəticə topladığımı görəndə çox həyəcanlandım:
“Açıq suallarıma neçə bal veriləcəyini bilmirdim. Lakin zəhmətimin bəhrəsini görəndə çox xoşbəxt oldum.
Onu da deyim ki, 9 və 15 mart imtahanı arasında çox da fərq yox idi.
Abituriyentlərə tövsiyəm uğura gedən yolun əziyyətdən keçdiyini bilmələridir. Sona qədər vuruşun nəticəni gördükdə keçirdiyiniz o hiss hər şeyə dəyər".
(AzEdu)
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:144
Bu xəbər 23 Aprel 2026 23:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















