Sevinirəm ki, zəhmətimin bəhrəsini gördüm Qızıl medal qazanan Azərbaycan güləşçisi
Icma.az, Redaktor.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Sevinirəm ki, zəhmətin bəhrəsini gördüm.
Redaktor.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Slovakiyanın paytaxtı Bratislavada keçirilən Avropa çempionatında qızıl medal qazanan Azərbaycanın yunan-Roma güləşçisi Həsrət Cəfərov deyib.
67 kq çəki dərəcəsində uğura imza atan pəhləvan fəxri kürsünün ən yüksək pilləsinə qalxdığı üçün xoşbəxt olduğunu söyləyib:
"Ardıcıl üçüncü dəfə Avropa çempionu olduğum üçün çox sevincliyəm. Məşqlərə dayanmadan davam edirdim. Şükürlər olsun ki, zəhmətimin bəhrəsini gördüm. Ardıcıl üçüncü dəfə çempion olmaq kənardan asan görünə bilər. Lakin bu işin görünməyən tərəfləri çoxdur" .
O, dünya çempionatında da qızıl medal qazanmaq istədiyini bildirib:
"Mundialın gümüş və bürünc medallarını qazanmışam. İstəyərəm ki, bütün yarışların medallarını qazanım. O cümlədən dünya çemionu olmaq istəyərəm".
Qeyd edək ki, Həsrət Cəfərov finalda Əbu Müslim Amayevi (Bolqarıstan) məğlub edərək qızıl medala sahib çıxıb. Ümumilikdə yarışı 3 qızıl, 1 gümüş və 2 bürünc medalla başa vuran yığma 151 xalla komanda hesabında birinci yeri tutub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:103
Bu xəbər 14 Aprel 2025 21:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















