Zəhra Bədəlbəylidən ETİRAZ: Uşaqlarımız ya rus, ya türk, ya da ingilis dilində cizgi filmlərə baxır
Icma.az, Moderator.az saytına istinadən bildirir.
Azərbaycanlı şairə, pianoçu Zəhra Bədəlbəyli vətəndaşlarımızın öz dilində danışa bilməməsindən gileylənib.
Moderator.az xəbər verir ki, o bu barədə sosial şəbəkədə öz narazılığını bildirib:
"Məsələ kitab və ümumi kontentdən başlayır. Azərbaycan dilinə tərcümələr bir neçə ildir ki, düzəlib.
Bundan əvvəl bizim klassik əsərlərin tərcüməsində çox sayda səhvlər vardı. Hələ də Azərbaycan dilində yazılan dərslikliklər də əksər hallarda bərbad gündədir.
Cizgi filmlər, uşaqlar üçün filmlər - öz dilimizdə istehsal olunmur! Və ən böyük faciə budur.
Uşaqlarımız ya rus, ya türk, ya da ingilis dilində cizgi filmlərə baxır. Bu həm dil baxımından, həm də kimlik baxımından böyük məsafələr yaradır. Uşaqlarımız azərbaycan dəyərlərində böyümür. Bizim dəyərlərimiz qalıbmı? O da qalmayıb".
Baxış sayı:259
Bu xəbər 13 Dekabr 2024 09:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















