Icma.az
close
up
RU
Zəif nəticə cəza səbəbi deyil, araşdırma mövzusudur AYDINLIQ GƏTİRİLDİ

Zəif nəticə cəza səbəbi deyil, araşdırma mövzusudur AYDINLIQ GƏTİRİLDİ

Icma.az, Sia Az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"Uşağın zəif qiymət almasına və ümumilikdə davranışlarına valideynin və ya müəllimin verdiyi reaksiya təkcə situativ cavab deyil, eyni zamanda onun şəxsiyyətinin formalaşmasına yönəlik mühüm tərbiyə vasitəsidir. Burada əsas məsələ reaksiyanın emosional yox, məqsədyönlü və psixoloji baxımdan sağlam olmasıdır". Bu sözləri SİA-ya açıqlamasında psixoloq, Psixologiya Elmi Tədqiqat İnstitutunun sədri Elnur Rüstəmov deyib.

O bildirib ki, zəif nəticə cəza səbəbi deyil, araşdırma mövzusudur: "Uşağın zəif qiymət alması onun tənbəlliyindən daha çox digər faktorların nəticəsi ola bilər. Buraya biz diqqət pozuntusu, motivasiya əksikliyi, emosional yüklənmə, müəllim-şagird münasibətinin zəifliyi və ya fənnə marağın olmaması kimi amilləri daxil edə bilərik. İlk addım səbəbi birlikdə araşdırmaq, uşağı mühakimə etmədən ona özünü ifadə etmə imkanı verməkdir. Bu, həm valideyn-uşaq arasında güvəni artırır, həm də uşağın öz məsuliyyətini dərk etməsinə şərait yaradır.

Burada müsbət və mənfi davranışlara balanslı münasibət vacibdir. Tərbiyə yalnız nəticəyə fokuslanmamalıdır. Əgər uşaq yalnız yaxşı qiymətə görə mükafatlandırılırsa, o zaman onda prosesə deyil, nəticəyə yönəlmiş davranışlar formalaşır. Halbuki davamlı səy, əzm, məsuliyyət və dürüstlük kimi dəyərlər də dəstəklənməlidir.

Nəzərə almaq lazımdır ki, tərbiyənin əsasında ardıcıl münasibət durur. Təsadüfi reaksiyalar xüsusən də emosional və dəyişkən münasibətlər uşağın psixoloji sabitliyini poza bilər. Sağlam tərbiyə ardıcıl və sabit davranış nümunələri ilə formalaşır; sakit, anlayışlı və istiqamətverici rəftar modeli uşağın daxili nizamını formalaşdırır".

"Əgər reaksiya şüurlu şəkildə qurulubsa, bəli. Ancaq emosional partlayışlar, müqayisələr (“filankəs belə etdi, sən edə bilmədin”), ya da qorxu ilə tərbiyə yalnız qorxu və etibarsızlıq doğurur. Reaksiya vasitəsilə deyil, münasibətlə tərbiyə daha uzunmüddətli və dəyər yönümlü olur.

Hər bir davranışın arxasında ehtiyacı anlamaq lazımdır. Uşağın neqativ davranışı müvəqqəti reaksiyadır, arxasında isə ehtiyac, duyğu və çatışmazlıq gizlənə bilər. Məsələn, diqqət çəkmək, dəyər hissi əldə etmək, qorxusunu ifadə etmək və ya etiraz bildirmək buraya aiddir. Əgər valideyn və ya müəllim bu davranışın arxasındakı ehtiyacı anlaya bilirsə, o zaman doğru və effektiv yanaşmanı tətbiq edə bilər.

Reaksiya ilə yox, sağlam münasibətlə tərbiyə formalaşır. Uşaq təkcə qiymətlə deyil, şəxsiyyət olaraq dəyərli olduğunu hiss etdikdə o zaman böyüyər, məsuliyyət daşıyar və özünə güvənən fərd olar" - deyə o, əlavə edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:147
embedMənbə:https://sia.az
archiveBu xəbər 21 May 2025 12:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see405

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see351

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see347

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see317

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see307

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see307

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see293

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see276

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see274

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see256

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see246

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see244

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see243

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see242

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see232

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see221

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see216

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see202

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see185

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri