Zəif nəticə göstərənlərlə bağlı məktəblərdə psixometrik test aparılmalıdır Məleykə Abbaszadə
Redaktor.az saytından alınan məlumata görə, Icma.az bildirir.
"Zəif nəticəsi olan uşağı tanımaq lazımdır. Psixometrik alətlər var, uşaqların müəyyən etmək üçün. Mən bilirəm ki, Avropa Liseyində bu psixometrik testlər aparılır. Bununla əvvəlcədən proqnoz etmək olar ki, bu uşağın nəticəsi zəifdir. Bu məktəbə gələndə də onun hansı sahədə ona kömək lazımdır. Konkret sinifdə dərs deyən müəllim tanımalıdır sinifi ki, hansı uşaqlar var o sinifdə. O uşaqların hansı psixometrik göstəriciləri var ki, o uşaqlara düzgün yanaşsın".
Redaktor.az xəbər verir ki, bunu təhsil işçilərinin sentyabr konfransında DİM sədri Məleykə Abbaszadə bildirdi.
"Kollektiv məsuliyyətə toxunmaq istəyirəm. Şəxsən mən məktəbdə oxuyanda bizim üçün çox pis idi ki, bizim sinifdə kimsə iki alan olsun. Özümüz onlarla məşğul olurduq. 5 nəfər bir qrup idisə, məsuliyyət yaranırdı. Kiməsə desən sənin uşağın sinif yoldaşı ilə məşğul olsun, bu, indi qeyr-adi səslənəcəkdir. Çünki indi hər şəxs, hər şagird və hər valideyn istəyir ki, onun uşağının vaxtı yalnız onun şəxsən öz inkişafına həsr olunsun".
Aytəkin TOFİQQIZI
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:126
Bu xəbər 11 Sentyabr 2026 12:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















