Zelenski 91 gəmiyə sanksiya tətbiq etdi
Oxu.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Ukrayna lideri Volodimir Zelenski Rusiyanın "kölgə donanması"nın bir hissəsi hesab etdiyi dəniz gəmilərinə qarşı sanksiyaları nəzərdə tutan fərman imzalayıb.
Oxu.Az- ın məlumatına görə, sənəd prezidentin rəsmi saytında dərc edilib.
Siyahıya Liberiya, Palau, İndoneziya, Syerra-Leone, Panama, Komor Adaları İttifaqı və digər ölkələrin bayrağı altında üzən 91 gəmi daxildir. Sənəddə sözügedən gəmilərdən yalnız biri rəsmən Rusiya Federasiyasına (RF) məxsusdur.
Zelenski müntəzəm olaraq Rusiyanın fiziki və hüquqi şəxslərinə, eləcə də Ukraynanın RF ilə əməkdaşlıqda ittiham etdiyi digər ölkələrin vətəndaşlarına, biznes strukturlarına qarşı sanksiyalar tətbiq edir.
Nazirliklər və qurumlar müvafiq siyahıları hazırlayır, təkliflər təqdim edir, daha sonra isə Ukrayna Təhlükəsizlik Şurası müvafiq qərarlar qəbul edir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:107
Bu xəbər 13 Fevral 2026 18:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















