Zelenski ABŞ bayrağı fonunda Yeni il təbriki edib
Icma.az, Sfera.az portalına istinadən məlumatı açıqlayır.
Ukrayna Prezidenti Volodimir Zelenski həmvətənlərinə Yeni il müraciətində ABŞ bayrağının rəngləri ilə işıqlandırılmış Vətən abidəsinin fonunda dayanıb.
Sfera.az xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb. Videoda Ukrayna lideri Vaşinqtonun Kiyevə dəstəyinin vacibliyini və onun davamına ümid etdiyini bildirib. Abidə Amerika bayrağı ilə yanaşı, digər ölkələrin bayraqları ilə də işıqlandırılıb.
Qeyd olunub ki, Zelenski həmçinin ukraynalılara 20 dəqiqəlik videomüraciəti zamanı Ukraynanın Sapsan əməliyyat-taktiki kompleksi ilə birlikdə Cənubi Koreya raketlərini təqdim edib. Öz növbəsində Rusiya Federasiyasının Prezidenti Vladimir Putin də Kremldən vətəndaşlara ənənəvi Yeni il təbrikləri ilə müraciət edib.
O bildirib ki, qarşıdan gələn ildə Rusiyanın hələ çox işi var, lakin indi vətəndaşlar öz nailiyyətləri ilə haqlı olaraq fəxr edə bilərlər. Dövlət başçısı çıxışında hərbçilərin də adını çəkərək qeyd edib ki, onlar fəxr etməlidirlər.
İnci
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:65
Bu xəbər 01 Yanvar 2025 16:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















