Zelenski ABŞ ı Rusiyaya təzyiqi artırmağa çağırıb
Apa.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ prezidenti Donald Trampın administrasiyasını Rusiyanın Ukraynaya müdaxiləsini dayandırması üçün təzyiqi artırmağa çağırıb.
APA xəbər verir ki, Zelenski bu barədə Münxen Təhlükəsizlik Konfransında jurnalistlərə açıqlaması zamanı danışıb.
O, Konqresin müharibədən sonrakı təhlükəsizlik zəmanətlərini gücləndirmək üçün tədbirlər görməli olduğunu bildirib.
Zelenski müharibəni dayandırmaq üçün yalnız ABŞ-ın siyasi və maliyyə gücünə malik olduğunu bildirib.
"Düzünü desəm, bu gün yalnız Avropa Ukraynanı müdafiə edir. Bu gün yalnız Avropa Ukraynaya pul və yardım verir. Amma Putini yalnız ABŞ dayandıra bilər", - o bildirib.
Zelenski Kremldən heç bir qurban tələb etmədən ukraynalıları Donbasdakı əraziləri güzəştə getməyə məcbur etməyə çalışdığına görə də ABŞ-ı tənqid edib.
"ABŞ tərəfindən, prezident Trampdan bəzi siqnallar gəlir. Onlar deyirlər ki, kompromis vaxtıdır. İrəli doğru addımlar atmalıyıq. Biz bir çox güzəştə getdik. Putin və dostları hələ də həbsdə deyillər. Bu, dünyanın indiyə qədər etdiyi ən böyük güzəştdir. Biz atəşkəsə razılaşdıq, Putin isə imtina etdi", - Zelenski əlavə edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:104
Bu xəbər 14 Fevral 2026 08:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















