Kaya Kallas Rusiyaya beynəlxalq təzyiqi artırmağa çağırıb
Icma.az bildirir, Apa.az portalına istinadən.
Avropa İttifaqının Xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas Ukraynaya ötən gecədə kütləvi raket və pilotsuz uçuş aparatları (PUA) ilə kütləvi hücumdan sonra beynəlxalq ictimaiyyəti Rusiyaya təzyiqləri artırmağa çağırıb.
APA-nın xəbərinə görə, Kaya Kallas bu barədə X-da paylaşımında bildirib.
“Bu, bir daha göstərir ki, Moskva müharibəni dayandırmaq niyyətində deyil. Rusiya Ukraynaya yeni faciələr yaşatmağa və bu ölkənin məhvinə can atır. Bu müharibəni dayandırmaq üçün Rusiyaya ən güclü beynəlxalq təzyiq lazımdır", - deyə Avropa İttifaqının Xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi vurğulayıb.

Kallas Trampı Putinə təzyiqi artırmağa çağırıb
01 Aprel 2025 09:18
Kallas Qərbi Rusiyaya maksimum təzyiq göstərməyə çağırıb
25 May 2025 18:38
Kaya Kallas ABŞ ni Kremlə təzyiq göstərməyə çağırıb
31 Mart 2025 16:19
Makron Moskvaya təzyiqi artırmağa çağırıb
16 May 2025 19:45
Gürcüstana təzyiqi davam etdirməliyik Kaya Kallas
19 Dekabr 2024 14:58

