Icma.az
close
up
RU
Zelenski ABŞ la görüşdən qabaq üzr istədi: Müharibə hələ indi qızışır? ŞƏRH

Zelenski ABŞ la görüşdən qabaq üzr istədi: Müharibə hələ indi qızışır? ŞƏRH

Turkstan.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Ukrayna prezidenti Vladimir Zelenski Səudiyyə Ərəbistanına səfər edib. Səudiyyə Ərəbistanı Ukrayna və ABŞ arasında danışıqların Ciddə şəhərində keçiriləcəyini açıqlayıb.
Prezident Vladimir Zelenski qeyd edib ki, Səudiyyə Ərəbistanında ABŞ nümayəndələri ilə görüşdə Ukraynanı Prezident Aparatının rəhbəri Andriy Yermak, onun müavini Pavlo Palisa, xarici işlər naziri Andrey Sıbiqa və Ukraynanın müdafiə naziri Rustem Umerov təmsil edəcək.

Bu gün yayılan digər məlumata görə isə Zelenski Ağ evdəki mübahisəyə görə ABŞ prezidenti Donald Trampdan üzr istəyib. Yəni, Tramp deyən oldu və axırda öz istədiyini elətdirdi. Bircə qaldı bu görüşdən sonra Zelenskidən arzuladığı o "metal sövdələşməsi" imzasını almaq. Görünən odur ki, Zelenski artıq çarəsiz duruma düşüb və bu yolda ABŞ-dan daha yaxşı müttəfiqi olmadığını anladı. Ona görə ya öz istəyi ilə, ya da məcbur qalıb bu addımı atmalı oldu.

Maraqlıdır görəsən, Ər-Riyadda hər 3 ölkənin bir araya gəlmə ehtimalı varmı? Yoxsa görüşlər ayrı-ayrı keçiriləcək? Ümumiyyətlə, sülh mövzusunda hər 3 ölkənin ortaq məxrəcə gəlmə ehtimalı nə qədərdir? Turkustan.az olaraq suallarımızı siyasi şərhçi Məhəmməd Əsədullazadəyə ünvanladıq. Ekspert açıqlamasında bildirdi ki, Amerikanın prezidenti Tramp Ukrayna və Rusiya arasında atəşkəsin əldə edilməsində maraqlıdır.

Biz görürük ki, Ukraynaya qarşı çox ciddi psixoloji, siyasi və digər müstəvilərdə təzyiqlər oldu. Avropa ittifaqının, xüsusi ilə də Böyük Britaniya, Fransa, Almaniyanın bu müstəvidə Ukraynanı dəstəkləməsi Amerika prezidentinin müəyyən qədər geri addım atmasına gətirib çıxardı. Artıq Ukraynaya kəşfiyyat məlumatları bərpa edilib, təbii ki, bu böyük bir uğurdur. Qeyd edilir ki, tezliklə hərbi yardım da bərpa edilə bilər. Tramp Rusiyaya qarşı ciddi qarşı sanksiyalar barədə xəbərdarlıq da etdi. Bu arada Rusiya ilə Çin arasında viza rejimi aradan qaldırıldı. Rusiya İran və Çin dəniz hərbi təlimlərinə başladı Tramp görür ki, bu Ukraynaya qarşı Rusiyanın lehinə müəyyən addımlar atır, amma Rusiya əksinə olaraq Amerikanın əlehinə addımlar atır. Rusiyanın Çinlə yaxınlaşması Amerikanı ciddi narahat edir. Düşünürəm ki, Ər-Riyadda keçirilən görüşdə müəyyən irəlləyişlər ola bilər. Çünki, Rusiya tərəfi də Amerikaya inanmır, hücum əməlliyatlarını daha da genişləndirir.

Çinlə hərbi ittifaqı daha da gücləndirir. Açığı atəşkəsin tezliklə olacağına inanmıram. Sadəcə olaraq, bu Amerika və Ukrayna arasında ortada olan bir çox problemlərə müəyyən aydınlıq gətirə bilər. Amerika tərəfindən Rusiyaya qarşı Ukraynadan çoxlu güzəştlər, kompramislər tələb olunur. Amma Rusiya tərəfi isə heç bir güzəştə getmir. Təbii ki, bu da Tramp adminstrasiyasını düşündürür. Düzdür, indiyə qədər Trampın addığı addımları demək olar ki, Kremlin normativləri kimi də xarakterizə etmək olar. Çünki, Moskva nə istədisə, Tramp onu həyata keçirtdi. Amma Rusiya atəşkəsə getmir. Yalnız sözdə bəzi çağırışlar edir, amma Ukraynana qarşı hücumları daha da intensivləşdirir. Kəşfiyyat məlumatları F16 – ların həmçinin mars raketlərinin radarlarını söndürəndən sonra Rusiya tərəfi daha da dağıdıcı hücum etdi. Bu onu göstərir ki, Rusiya atəşkəsdə maraqlı deyil, onu daha çox əraziləri işğal etmək maraqlandırır. Amma düşünürəm ki, Trampın həyata keçirtdiyi bu siyasət tezliklə yaxın prespektivdə atəşkəsə gətirib çıxarmayacaq. Ukraynaya Rusiyaya təzyiq etmək üçün müəyyən qədər yardımlar olacaq. Əgər Rusiya tərəfi güzəştə gedərsə, müəyyən ərazilərdən çəkilərsə, Avropa dövlətləri də, Ukrayna da bu məsələdə atəşkəsə gedəcək. Amma Ər-Riyadda sadəcə olaraq Amerika və Ukrayna arasında müsbət bir gedişatın şahidi olacağıq. Düşünmürəm ki, 3 ölkə hər hansısa bir ortaq məxrəcə gələcək.

Aytən Yaşar/ Turkustan.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:186
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 10 Mart 2025 22:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see333

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see300

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see293

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see287

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see282

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see278

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see275

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see264

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see257

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see250

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see236

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see235

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see233

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see232

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see231

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see228

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see224

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see213

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see204

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri