Zelenski: ABŞ Ukraynadakı münaqişənin həlli üçün 15 illik müqavilə təklif edir
Operativmedia portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
ABŞ Ukraynadakı vəziyyətin həlli üçün 15 illik müqavilə təklif edib.
Operativ Media xəbər verir ki, bu açıqlama ilə Ukrayna Prezidenti Volodimir Zelenski Amerikanın “Axios” xəbər agentliyinə verdiyi müsahibədə çıxış edib.
Kiyev üçün təhlükəsizlik zəmanətlərinə toxunan Zelenski bildirib ki, “düşünürəm, bu sənədlərlə hazırıq”. Bununla yanaşı, o qeyd edib ki, daha ətraflı müzakirə olunmalı olan bəzi “texniki məsələlər” mövcuddur. Həmin məsələlərdən biri müqavilənin müddətidir. Zelenskinin sözlərinə görə, ABŞ 15 illik müqavilə təklif edir və sonradan bu müqavilənin uzadılması mümkündür.
“Düşünürəm ki, bizə 15 ildən daha uzun müddət lazımdır”, – deyə Zelenski vurğulayıb. O əlavə edib ki, əgər ABŞ Prezidenti Donald Tramp görüş zamanı onun mövqeyi ilə razılaşarsa, bunu “böyük uğur” hesab edəcək. Zelenski həmçinin bildirib ki, həm ABŞ, həm də Ukrayna təhlükəsizlik zəmanətlərini təsdiqləmək üçün müvafiq sənədləri qanunvericilik orqanlarına təqdim edəcək.
Zelenski daha əvvəl, dekabrın 28-də Floridada Trampla keçirilməsi planlaşdırılan görüşdə Ukrayna Silahlı Qüvvələrinin Donbasdan çıxarılması və Zaporojye Atom Elektrik Stansiyasından istifadə də daxil olmaqla ərazi məsələlərini gündəmə gətirmək niyyətində olduğunu açıqlamışdı. O, eyni zamanda, 20 maddəlik planın Ukrayna ilə ABŞ arasında “90 faiz” razılaşdırıldığını iddia edib.
Bu arada, Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov bildirib ki, Zelenskinin sözdə planı, “əgər onu ümumiyyətlə plan adlandırmaq mümkündürsə”, Rusiyanın son həftələrdə, dekabrın əvvəlindən etibarən Amerika tərəfi ilə təmaslar çərçivəsində üzərində işlədiyi 27 bənddən köklü şəkildə fərqlənir.

Bu mövzuda digər xəbərlər:
Baxış sayı:107
Bu xəbər 27 Dekabr 2025 00:18 mənbədən arxivləşdirilmişdir

Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur

Günün ən çox oxunanları