Zelenski ABŞ uzaqmənzilli raketlərindən Rusiyaya zərbə endirilməsinə icazə verməməsinə münasibət bildirib
Icma.az, Apa.az portalına istinadən məlumat verir.
Ukrayna Prezidenti Volodimir Zelenski Ağ evin bu il yazın sonlarında Kiyevə ABŞ uzaqmənzilli raketlərindən Rusiyadakı hədəflərə zərbə endirməyə icazə verməməsi ilə bağlı yayılan xəbərə münasibət bildirib.
APA-nın UNİAN-a istinadən verdiyi məlumata görə, Volodimir Zelenski Rusiyanın dərinliklərinə endirilən zərbələr zamanı Ukrayna istehsalı olan uzaqmənzilli silahlardan istifadə olunduğunu söyləyib.
Volodimir Zelenski deyib ki, ABŞ uzaqmənzilli raketlərindən istifadəyə qadağa qoyulması ilə bağlı mediada yayılan məlumatlar onun üçün də gözlənilməz olub: "Əgər səmimi danışsaq, biz hazırda özümüzün istehsal etdiyimiz uzaqmənzilli silahlardan istifadə edirik. Son vaxtlar ABŞ-la bu məsələləri ümumiyyətlə müzakirə etmirik".
Ukrayna Prezident həmçinin xatırladıb ki, əvvəllər ABŞ-dan Ukraynanın cavab zərbələri ilə bağlı müxtəlif siqnallar alınıb, lakin bu, çoxdan baş verib və indi gündəmdə deyil: "Bu mövzuya qayıtmırıq. Açığı, bu xəbərlər mənim üçün də yenilikdir".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:77
Bu xəbər 24 Avqust 2025 16:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















