Icma.az
close
up
RU
Zelenski Budapeşt sənədini xatırlada bilər Millət vəkili

Zelenski Budapeşt sənədini xatırlada bilər Millət vəkili

Icma.az, Metbuat portalına istinadən məlumat verir.

“Putin müəyyən mərhələdə Trampdan sülh prosesini ləngitməsini və Ukraynaya silah satışını dayandırmasını istəyə bilər. Lakin belə addımların ABŞ daxilində hansı siyasi nəticələr doğuracağı hələlik qeyri-müəyyəndir”.

Bu fikirləri Metbuat.az-a açıqlamasında millət vəkili Qüdrət Həsənquliyev bildirib. Onun sözlərinə görə, öz növbəsində Ukrayna prezidenti Volodimir Zelenski ABŞ ictimaiyyətinə Budapeşt Memorandumunu xatırlada bilər:

“Zelenski deyə bilər ki, Budapeşt Memorandumuna əsasən Vaşinqtonun öhdəliyi Ukraynanın ərazi bütövlüyünü qorumaq olsa da, əksinə, Rusiyaya torpaq güzəşti tələb olunur. Bununla belə, bu arqumentlərin Tramp qarşısında açıq şəkildə səsləndirilməsi ehtimalı olduqca zəifdir”.

Millət vəkilinin qənaətincə, Avropa liderləri hərçənd nüvə silahına malik ölkələrdir, lakin Rusiyanın təhdidlərindən çəkinərək daha çox ABŞ-nin üzərindən siyasət yürütməyə üstünlük verirlər:

“Tramp bu reallığı yaxşı görür və zaman-zaman onları açıq şəkildə kiçiltməkdən çəkinmir. Halbuki Böyük Britaniya, Fransa, Almaniya və Polşanın Ukraynaya daha ciddi hərbi dəstək göstərmək imkanları mövcuddur, amma hazırda bu potensial tam şəkildə istifadə edilmir”.

Qüdrət Həsənquliyev həmçinin vurğulayıb ki, ABŞ prezidenti Donald Trampın Ukrayna prezidenti Volodimir Zelenskiyə və Avropa liderlərinə münasibəti kifayət qədər soyuqdur:

“Zelenski onların özünün seçilməsini dəstəkləmədiklərini yaxşı bilir. Bununla yanaşı, Putinin mövqeyi daha fərqli idi və bu amil də Trampın münasibətinə təsir göstərir. Hesab edirəm ki, Trampın danışıqlarda Zelenskiyə və Avropa liderlərinə təzyiq edərək onları Rusiyanın istəklərinə uyğun sülh variantına yönəltməyə çalışması mümkündür. Lakin Ukrayna Konstitusiyasına zidd hər hansı qərarın Zelenski tərəfindən qəbul olunması ehtimalı çox aşağıdır”.

Gülbəniz Hüseynli / Metbuat.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:157
embedMənbə:https://metbuat.az
archiveBu xəbər 18 Avqust 2025 17:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see344

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see315

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see308

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see295

Uşaqda insultu necə tanımalı?

29 Oktyabr 2026 17:48see275

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

29 Oktyabr 2026 20:15see269

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

29 Oktyabr 2026 19:38see265

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

29 Oktyabr 2026 18:21see263

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see243

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see235

ChatGPT nin məsləhətinə qulaq asan epilepsiya xəstəsi öldü

29 Oktyabr 2026 18:54see230

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

29 Oktyabr 2026 21:36see226

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see216

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see210

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see207

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see202

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see201

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see195

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see193

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see187
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri