Icma.az
close
up
RU
Zelenski: Donald Tramp yaxşı bilir ki, Ukrayna təslim olmaq və ya müharibəni dondurmaq istəmir AZƏRTAC

Zelenski: Donald Tramp yaxşı bilir ki, Ukrayna təslim olmaq və ya müharibəni dondurmaq istəmir AZƏRTAC

Icma.az bildirir, Azertag saytına əsaslanaraq.

Kiyev, 18 dekabr, AZƏRTAC

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp yaxşı bilir ki, Ukrayna təslim olmaq və ya müharibəni dondurmaq istəmir. Eyni zamanda, Tramp ölkəmizdəki münaqişə məsələsinin həlli üçün tez hərəkətə keçmək istəyir.

AZƏRTAC xəbər verir ki, bu barədə “Le Parisien”ə müsahibəsində bunu Ukrayna Prezidenti Volodimir Zelenski deyib.

Zelenski Parisdə Trampla danışıqların nəticələrini şərh edərkən bildirib: "Tramp mənim Ukraynanın ziyanına heç bir yerə tələsməmək istəyimi bilir. Ölkə uzun müddətdir öz suverenliyi üçün mübarizə aparır. Nə qədər prezident və ya baş nazir müharibənin bitdiyini elan etmək istəsə də, biz getməyəcəyik. Sadəcə təslim olmaq və müstəqilliyimizdən imtina etməyəcəyik. Təhlükə ondan ibarət olar ki, biz müharibəni donduraq və ruslarla razılığa gələk”, - deyə Zelenski əlavə edib.

Zelenski vurğulayıb ki, Tramp müharibənin həlli istiqamətində çox sürətlə hərəkət etmək istəyir. Bununla belə, onun ehtiyac duyduğu bütün məlumatları hələ əldə etmək imkanı yoxdur.

“Hazırda Tramp hələ Ağ Evdə deyil və bütün məlumatlara çıxış əldə edə bilməz - kəşfiyyat, Müdafiə Nazirliyi, müəyyən diplomatik kanallar və sair məlumatlar”, - deyə Ukrayna Prezidenti bildirib.

Zelenski həmçinin qeyd edib ki, Trampın Ağ Evə gəlişi ilə Amerika Birləşmiş Ştatlarında baş verən dəyişikliklərin Ukraynanın xeyrinə olması vacibdir. İndi Ukrayna komandaları artıq Trampın komandaları ilə işləyir.

"Biz ABŞ-ın Ukraynaya daha güclü dəstəyini görmək istərdik. Komandalarımız artıq Prezident Trampın komandası ilə işləyir. Biz yeni Administrasiya ilə əlaqələr quracağıq, bu, bizim prioritetimiz olacaq. ABŞ bu müharibədə bizim aparıcı donorumuz olub və olaraq qalır. Ukrayna üçün həm Avropa, həm də ABŞ vacibdir. Biz heç kimi bir-birindən üstün tutmuruq", - deyə Zelenski qeyd edib.

Ukrayna Prezidenti həmçinin əlavə edib ki, Amerika Vladimir Putinə təsir edə bilər.

Xatırladaq ki, daha əvvəl Volodimir Zelenski Rusiyanın Ukraynaya qarşı müharibəsini dayandırmaq üçün səylərin 2025-ci ilin yanvarında gücləndiriləcəyini bildirib. Dövlət başçısının sözlərinə görə, bu, Trampın yanvarın 20-də baş tutacaq andiçmə mərasimindən sonra baş verəcək.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:128
embedMənbə:https://azertag.az
archiveBu xəbər 18 Dekabr 2024 03:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see619

Marneulidə “Borçalı Xalçası Keçmişdən Gələcəyə” adlı tədbir təşkil olunub

01 Fevral 2026 14:20see251

Tramp uzun müharibəyə girmədən İrana sürətli zərbə endirmək istəyir WSJ

01 Fevral 2026 12:43see230

Gəncədə 18 yaşlı gənc bıçaqlandı

31 Yanvar 2026 23:51see227

Trampdan İrana sərt mesaj: “Daha pis ssenari mümkündür”

01 Fevral 2026 02:28see210

Bizə diktə etməyə çalışırlar İranlı nazirdən AÇIQLAMA

01 Fevral 2026 03:09see210

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see208

Manatı saxta puldan necə ayırd etmək olar? Bunları bilənlər aldanmır

01 Fevral 2026 06:08see186

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see183

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see178

Antonio Konte: “Bu matçlar oyunçuları və futbolu öldürür”

01 Fevral 2026 01:49see173

Neftçi Araz Naxçıvan a, Qarabağ Turan Tovuz a qarşı

01 Fevral 2026 09:33see168

“KATV”nin interneti minlərlə insana əzab verir

01 Fevral 2026 07:21see167

Bu ölkədə siyasi məhbus qalmadı

31 Yanvar 2026 20:26see167

Qaz sayğacında olan problemə görə fantastik məbləğdə borc GƏLDİ

01 Fevral 2026 00:06see163

Starmer: Britaniya kralının qardaşı Endryu Epşteyn işinə görə ifadə verməlidir

01 Fevral 2026 02:05see152

Gündə bir xörək qaşığı damarları təmizləyir

31 Yanvar 2026 20:44see147

“Anamı cavanlığımda başa düşmürdüm...” Barat Şəkinskayanın 94 yaşlı qızı

01 Fevral 2026 17:10see147

Əl gücünün zəifləməsi nəyə işarə edə bilər?

01 Fevral 2026 05:11see145

Müğənni Rüfət Mehdiyevin vəfatından 15 il ötür

01 Fevral 2026 12:11see143
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri