Icma.az
close
up
RU
Zelenski hərbi geyimdən niyə İMTİNA EDİB...

Zelenski hərbi geyimdən niyə İMTİNA EDİB...

Icma.az, Modern.az saytına istinadən bildirir.

Ukrayna Prezidenti Volodimir Zelenski müharibə dövründə simvola çevrilmiş hərbi üslubdakı geyimlərindən tədricən imtina edərək daha rəsmi, klassik üsluba keçib.

Modern.az-ın məlumatına görə, Zelenskinin geyimlərini hazırlayan tanınmış dizayner Viktor Anisimov Ukraynanın "Telegraf" nəşrinə müsahibəsində deyib ki, bu dəyişiklik təsadüfi deyil. Qeyd olunur ki, bu addımın arxasında həm şəxsi, həm də siyasi səbəblər dayanır.

Dizaynerin sözlərinə görə, Zelenskinin həyat yoldaşı Yelena Zelenskaya rəsmi tədbirlər zamanı ərinin hərbi tərzdə geyinməsinin artıq uyğun olmadığını dilə gətirib. O, prezidentin protokola uyğun və estetik baxımdan daha müasir görünməsini istəyib. “Bir tərəfdə klassik, zərif geyimdə birinci xanım, digər tərəfdə isə hərbi tərzdə prezident, bu artıq balanssız görünürdü”, - deyə Anisimov bildirib.

Yeni geyimin ilk təqdimatı Ukrayna liderinin Vatikan səfəri zamanı baş tutub. Zelenski burada hərbi “hoody” əvəzinə tamamilə qara rəngli, müasir kəsimli formaya bənzər, lakin rəsmi görüntülü kostyumda görünüb. Anisimov bu dəsti “estetik, funksional, lakin bir o qədər də təmkinli və güclü” olaraq xarakterizə edir.

Dizayner deyir ki, prezidentin razılığını almaq asan olmayıb. “Zelenski illərlə hərbi üsluba sadiq qalıb, bu, sadəcə geyim deyil, həm də onun mövqeyinin və mesajının bir hissəsi idi. Ancaq dəyişiklik üçün artıq vaxt yetişmişdi,” – deyə o qeyd edib. Dizayner prezidentə sınaq üçün xüsusi “total black” (tam qara) geyim kapsulu hazırlayıb, o da bu variantla razılaşıb.

Xüsusi hazırlanmış kostyumun əsas elementi NATO sammiti üçün dizayn edilən “jaket-pidjak” olub. Bu geyim klassik kostyumla hərbi sadəliyin sintezini əks etdirir, müasir formalar, yumşaq yaxa xətləri və minimalizm ön plandadır. Dizayner qeyd edir ki, prezident üçün həm də klassik kostyumlar, köynəklər və gündəlik geyimlər hazırlanıb.

Zelenskinin dəyişikliyi yalnız görünüşdə deyil, həm də ictimai siqnalda hiss olunur, artıq o, təkcə döyüş meydanında olan lider deyil, həm də beynəlxalq diplomatiyada balanslı və sabit dövlət başçısı obrazını formalaşdırır.

Dizayner Anisimov sonda bildirib ki, bu kapsul geyim kolleksiyası yalnız prezident üçün deyil, həm də ictimaiyyət üçün nümunə ola bilər: “Bu geyimlərdə məsuliyyət və dəyərlər var. Onları daşımaq yalnız stil deyil, həm də mövqe deməkdir.”

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:154
embedMənbə:https://modern.az
archiveBu xəbər 28 İyul 2025 12:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see506

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see458

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see357

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see297

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see293

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see281

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see263

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see240

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see234

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see229

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see222

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see219

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see217

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see213

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see212

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see208

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see197

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see188

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see180

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri