Icma.az
close
up
RU
Menu

Lerikdə iki nəfər arasında pul davası cinayətlə nəticələndi TƏFƏRRÜAT

“Dövlət qurumlarında AI əsaslı səsli agentlərin tətbiqi doğru yanaşmadır” REAKSİYA

Qabon hökuməti Obameyanqa və milliyə qarşı sanksiyaları ləğv etdi

Ermənistan İrana düşmən qüvvələrin fəaliyyət mərkəzinə çevrilib İran səfiri

Azərbaycanda doğumlar kəskin azaldı rəqəmlər nə deyir?

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

Kadırov səhhəti ilə bağlı yayılan şayiələrə belə cavab verdi

Rostova dron hücumu edilib: Çoxmərtəbəli binalar və sənaye müəssisəsi yanğına məruz qalıb.

Çin Rusiya ilə ticarəti beş ildən sonra ilk dəfə azaldır...

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

Türkiyədə süni intellekt bu yaş qrupundan olan şəxslərə qadağan edilir

Xankəndi təcrübəli futbolçusu ilə yollarını ayırıb

Bu BÜRCLƏR onları əbədi dəyişdirəcək sevgi ilə qarşılaşacaqlar

İspaniyada həkimlər etiraz aksiyasına başlayıb, Həmkarlar dəstək verdi Görəsən AHİK belə hallarda hansı addımı atar?

Üç ölkə Qəzzanın idarə olunması üzrə Fələstin Komitəsinin yaradılmasını ALQIŞLADI

İsrail bu aviabazadan personalı təxliyə edir

Hərbi bazalar boşaldılır, uçuşlar dayandırılır İrana görə

Sumqayıt ın Antalya toplanışı

Bizə məlumat verdilər ki, İranda qətllər dayanıb, yoxlayacağıq

Zelenski ilə bağlı qalmaqal böyüyür: Silahlar yoxa çıxdı, Moskvanın əsas tələbi qəbul edildi

Zelenski ilə bağlı qalmaqal böyüyür: Silahlar yoxa çıxdı, Moskvanın əsas tələbi qəbul edildi

Icma.az, GlobalInfo saytına istinadən bildirir.

Son zamanlarda Ukraynada ard-arda baş verən istefalar və Prezident Voldimir Zelenski əleyhinə səsləndirilən ittihamlar diqqət çəkir. Vəzifədən ayrılan hökumət nümayəndələrinin Zelenski ilə bağlı açıqlamaları, o cümlədən korrupsiya ittihamları daxili gərginliyi daha da artırır.

ABŞ-ın təklif etdiyi sülh planı ətrafında danışıqlar fonunda hətta Ukraynada hökumət dəyişikliyi siqnalları verilir. Artıq xalqın da narazı olduğu, Zelenskinin reytinqinin düşdüyü bildirilir və seçkilərlə bağlı çağırışlar səsləndirilir. Vaşinqton və Moskvanın Zelenskinin hakimiyyətdən getməsi tələbləri nəzərə alınaraq, Ukraynada baş verənlər Avropada xüsusi narahatlıq doğurur.

Ukraynada nə baş verir? Yaxın tarixdə Zelenskinin vəzifədən getməsi mükündürmü?

Globalinfo.az-a danışan siyasi şərhçi Şəhla Cəlilzadə deyib ki, hələ 2023-cü ildə dünyanın aparıcı media orqanları, o cümlədən “New York Times” Ukraynanın göndərilən silahlardan bəzilərini əldə etmədiyini, bəzilərinin isə istifadəyə tamamilə yararsız olduğunu yazırdı:

“Bu, özlüyündə Rusiya ilə müharibə aparması üçün Ukraynaya göndərilən silahların və yardımların ünvanına nə dərəcədə çatıb-çatmadığını, hansı formada üçüncü ölkələrdə peyda olduğunu sorğulamağa əsas verirdi. Məsələ ilə bağlı yayılan xəbərlərdən sonra müvafiq olaraq 2023-cü ilin sonu, 2024-cü ilin əvvəlində Ukrayna Müdafiə Nazirliyinin xeyli yüksək rütbəli məmurları, o cümlədən nazir, nazir müavini, baş qərargah rəisi və s. vəzifələrindən azad edilmişdilər. Lakin proses səngimədi. Bu ilin may ayında yayılan məlumatlara görə 770 milyon dollarlıq “silah sızması” baş vermişdi. Bu, sadəcə korrupsiya məsələsi deyildi. Post-müharibə dövründə Ukraynanın yenidən qurulması prosesinin kimlərlə aparılacağına dair qərar qəbul edilməli idi. Görünür, Qərb və Ukrayna arasında aparılan danışıqlara əsasən, Zelenskinin özünün “vurulmaması” üçün hazırda onun komanda yoldaşları bir-bir istefaya məcbur edilir”.

Siyasi şərhçi bildirib ki, Ukrayna Prezident Ofisinin rəhbəri Andrey Yermak ötən günlərdə “korrupsiya” qalmaqalı ilə əlaqədar istefa verdi və dərhal cəbhəyə yollanacağını açıqladı:

“Zelenski ən yaxın adamlarından birinin istefasına reaksiya olaraq belə demişdi: “Biz hər şeyi itirmək riski ilə üz-üzəyik: özümüzü, Ukraynanı, gələcəyimizi”. Lakin Zelenskinin yaxın silahdaşları ilə yollarını ayırması qlobal təzyiqlər fonunda Ukraynanı qorumaqdan daha çox, özünü və postunu qorumağa xidmət təəssüratı doğurur. Halbuki o, bu ilin əvvəlində ABŞ Prezidenti Donald Trampla Ağ Evdə görüşü zamanı sərt reaksiyalarla üzləşdikdən sonra bildirmişdi ki, Ukrayna üçün sülh və NATO üzvlüyü vəd edilərsə, postunu tərk etməyə hazırdır. O dövrdə də Tramp Zelenskini Rusiya ilə danışıqlara, NATO xülyasından qopmağa sövq edirdi, Ukrayna lideri isə inad göstərirdi. Tramp hələ fevralda Ukraynada seçkilərin keçirilməsinə çağırış etmişdi. Üstündən demək olar ki, bir ilə yaxın vaxt keçib”.


Şəhla Cəlilzadə 

Ş.Cəlilzadə qeyd edib ki, sülh şərtlərində dəyişən heç nə yoxdur:

“Cəbhədəki mövqe masadakı mövqeni təsbit edir. Belə ki, Ukraynanın müharibə cəbhəsində də hər hansı irəliləyişi demək olar ki, yoxdur. Lakin Rusiya–Ukrayna müharibəsinin başa çatdırılması üçün Tramp tərəfindən irəli sürülən 28 maddəlik sülh planına Zelenski hələ də qəti qarşı çıxır. Avropa dövlətlərinin dəstəyi ilə 19 maddəlik sülh planı gündəmə gəlsə də, aydındır ki, burada Rusiyanın “qırmızı xətt” hesab etdiyi məqamların üstündən xətt çəkilib. Bu plan əsasında isə sülh müqaviləsini Moskva ilə razılaşdırmaq çətin məsələdir. Odur ki, Zelenskiyə təzyiqlər artır. Ukrayna lideri ya hakimiyyəti, ya da ölkəsini, yəni onun bir hissəsini təhvil verməlidir. Yaxın zamanda Ukraynada seçkilərin keçirilməsi gözlənilir, Tramp da ikinci dəfə prezident seçildiyi ilk zamanlardan bunu istəyirdi.

Proses Ukrayna üçün sülh dövrünün başlanması ilə paralel şəkildə baş tutacaq. Sülh sazişi əslində mahiyyət etibarilə Ukraynanın ərazilərinin parçalanmasının rəsmiləşdirilməsi demək olacaq. Çünki Rusiyanın hazırkı təmas xətti üzrə işğal etdiyi torpaqlara nəzarəti özündə saxlayacağı və bunun sülh sazişində qeyd olunacağı məlumdur. Beləliklə, fərdi olaraq Zelenski və daha geniş anlamda onun dövləti Rusiya ilə ABŞ-ın siyasi al-verinin, o cümlədən Qərbin fərqli siyasi elitalarının prioritetləri və maraqları arasındakı çəkişmələrin qurbanına çevrilmiş olur. Yanlış hesablar isə hər zaman nəinki fərdlər, o cümlədən dövlətçilik üçün faciələrlə nəticələnir”.

Turan Rzayev
Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:82
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 01 Dekabr 2025 18:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lerikdə iki nəfər arasında pul davası cinayətlə nəticələndi TƏFƏRRÜAT

14 Yanvar 2026 11:17see274

“Dövlət qurumlarında AI əsaslı səsli agentlərin tətbiqi doğru yanaşmadır” REAKSİYA

14 Yanvar 2026 15:58see253

Qabon hökuməti Obameyanqa və milliyə qarşı sanksiyaları ləğv etdi

14 Yanvar 2026 08:24see251

Ermənistan İrana düşmən qüvvələrin fəaliyyət mərkəzinə çevrilib İran səfiri

14 Yanvar 2026 13:34see249

Azərbaycanda doğumlar kəskin azaldı rəqəmlər nə deyir?

14 Yanvar 2026 18:32see216

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see206

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see184

Kadırov səhhəti ilə bağlı yayılan şayiələrə belə cavab verdi

14 Yanvar 2026 19:33see183

Rostova dron hücumu edilib: Çoxmərtəbəli binalar və sənaye müəssisəsi yanğına məruz qalıb.

14 Yanvar 2026 08:10see180

Çin Rusiya ilə ticarəti beş ildən sonra ilk dəfə azaldır...

15 Yanvar 2026 06:34see174

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see170

Türkiyədə süni intellekt bu yaş qrupundan olan şəxslərə qadağan edilir

15 Yanvar 2026 00:45see169

Xankəndi təcrübəli futbolçusu ilə yollarını ayırıb

14 Yanvar 2026 09:41see169

Bu BÜRCLƏR onları əbədi dəyişdirəcək sevgi ilə qarşılaşacaqlar

14 Yanvar 2026 19:11see158

İspaniyada həkimlər etiraz aksiyasına başlayıb, Həmkarlar dəstək verdi Görəsən AHİK belə hallarda hansı addımı atar?

14 Yanvar 2026 16:47see155

Üç ölkə Qəzzanın idarə olunması üzrə Fələstin Komitəsinin yaradılmasını ALQIŞLADI

15 Yanvar 2026 00:28see142

İsrail bu aviabazadan personalı təxliyə edir

15 Yanvar 2026 04:22see141

Hərbi bazalar boşaldılır, uçuşlar dayandırılır İrana görə

15 Yanvar 2026 04:37see139

Sumqayıt ın Antalya toplanışı

14 Yanvar 2026 21:27see138

Bizə məlumat verdilər ki, İranda qətllər dayanıb, yoxlayacağıq

15 Yanvar 2026 04:23see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri