Zelenski istədiyini onlardan ala bilər İki ölkəyə işarə
GlobalInfo saytına istinadən Icma.az xəbər verir.
Ukraynada xarici hərbi kontingentin formalaşdırılması üçün ən çox ehtimal olunan namizədlər Fransa və Böyük Britaniyanın silahlı qüvvələridir.
Globalinfo.az xəbər verir ki, bu barədə “Politiko” Avropa rəsmilərinə istinadən məlumat yayıb.
Nəşr qeyd edib ki, London və Paris dəstək almaq və hərbi resursların təmin edilməsində iştirakını təmin etmək üçün müttəfiqlərinə təzyiq göstərmək istiqamətində fəal səylər göstərirlər.
Bundan əvvəl Ukrayna Prezidenti Volodimir Zelenski ilə amerikalı həmkarı Donald Tramp arasında avqustun 18-də keçirilən görüşdən sonra təhlükəsizlik zəmanəti olaraq Ukraynaya Qərb hərbçilərinin göndərilməsi məsələsi növbəti dəfə aktiv müzakirəyə çıxarılıb.
Digər tərəfdən, avqustun 21-də Rusiyanın xarici işlər naziri Sergey Lavrov bəyan edib ki, Moskvanın Ukrayna ərazisinin bir hissəsinə xarici hərbi müdaxilə yolu ilə Kiyevin təhlükəsizliyinə zəmanət verməsi qəbuledilməzdir.
Əliyar Xəlil
Globalinfo.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:118
Bu xəbər 29 Avqust 2025 10:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















