Zelenski Kiyev atıcısı haqqında: Bir neçə versiya üzərində iş gedir
Turkstan.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Müstəntiqlər bir neçə versiyanı nəzərdən keçirir və 18 apreldə Kiyevdə altı nəfərin öldüyü, 14 nəfərin isə yaralandığı silahlı hücumla bağlı bütün detalları araşdırırlar.
Turkustan.az xəbər verir ki, bu barədə Ukrayna prezidenti Vladimir Zelenski “Telegram” hesabında məlumat verib.
Zelenski bildirib ki, Ukrayna Milli Polisi və Təhlükəsizlik Xidmətinin əməkdaşları hadisənin bütün hallarını araşdırır. Onun sözlərinə görə, hücumçu zərərsizləşdirilib, o, əvvəlcə girovları saxlayıb, onlardan birini öldürüb, daha sonra isə küçədə dörd nəfəri qətlə yetirib. Bir qadın isə ağır yaralanaraq xəstəxanada həyatını itirib.
Prezident əlavə edib ki, girov götürülən dörd nəfər xilas olunub, yaralıların sayı 14 nəfərə çatıb və bu rəqəm arta bilər. Yaralılar arasında 12 yaşlı uşaq da var.
Məlumata görə, hücumçu hadisədən əvvəl mənzili yandırıb və onun keçmişdə cinayət məsuliyyətinə cəlb olunduğu bildirilir. O, uzun müddət Donetsk bölgəsində yaşayıb və Rusiyada anadan olub.
Zelenski qeyd edib ki, hazırda hücumun motivləri və bütün detalları araşdırılır, müstəntiqlər bir neçə versiya üzərində işləyir və bütün elektron cihazlar yoxlanılır.
Aytən Yaşar/ Turkustan.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:113
Bu xəbər 18 Aprel 2026 22:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















