Zelenski Mark Karni ilə Rusiyaya təzyiqi artırmağın yollarını müzakirə edib
Icma.az, Azpolitika.az portalına istinadən məlumat yayır.
Ukrayna Prezidenti Volodimir Zelenski Romada Kanadanın baş naziri Mark Karni ilə görüşüb.
“Report” xəbər verir ki, bu barədə V.Zelenski X-dəki səhifəsində yazıb.
Zelenski, görüş zamanı dəstəyə görə təşəkkür edib.
“Ən vacibi Rusiyaya elə təzyiq göstərməkdir ki, onu müharibəni bitirmək üçün real addımlar atmağa sövq etsin”, - Ukrayna lideri qeyd edib.
Görüş zamanı müdafiə sahəsində əməkdaşlıq və tərəfdaş ölkələrin koalisiyasının genişləndirilməsi məsələlərinə xüsusi diqqət yetirilib.
Prezident, həmçinin teleqram kanalında qeyd edib ki, o, Rusiyanın raket və pilotsuz təyyarələrinin mülki hədəflərə endirdiyi zərbələr barədə baş nazirə məlumat verib və Ukraynanın hava hücumundan müdafiəsini gücləndirməsinin vacibliyini vurğulayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:89
Bu xəbər 17 May 2025 23:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















