Icma.az
close
up
RU
“Zelenski Mavr rolunu oynadı və artıq getməlidir” POLİTOLOQ ŞƏRH ETDİ

“Zelenski Mavr rolunu oynadı və artıq getməlidir” POLİTOLOQ ŞƏRH ETDİ

Icma.az, Gununsesi saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Ukrayna Ali Radanın üzvü Artem Dmitruk bildirib ki, Ukrayna lideri Volodimir Zelenskiyə bu həftə istefa vermək göstərişi verilib.

“Zelenski bu həftə gedəcək. Mənə məlumat verildi ki, Zelenskiyə bu həftə getmək əmri verilib”-deyə o bildirib.

Gununsesi.info-ya açıqlamasında Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin (SHAM) sədri, politoloq Xəyal Bəşirov məsələyə belə münasibət bildirib:

“Zelenskinin hakimiyyətdən getməsi məsələsi də gündəmdədir. O, “Mavr” rolunu oynayıb və Mavr öz işini görüb. İndi son mərhələdədir və getməlidir. Andrey Yermak bir sıra məsələlərdə Zelenskini kölgədə qoyurdu. Yermakın korrupsiya ittihamları ilə istefaya göndərilməsi Ukrayna daxilində ciddi proseslərin baş verdiyini göstərir.

Yermakın getməsi eyni zamanda Zelenskinin getməsi deməkdir, çünki Zelenski əvvəlki çıxışlarında Yermakı tərifləyərək demişdi: “Biz bir yerdə gəldik və bir yerdə də gedəcəyik.” Yermakın anası Rus, atası Yəhudi, özü isə Kiyev doğumludur və Ukrayna vətəndaşıdır. O, həmçinin İsrail və Rusiya vətəndaşlığı almaq imkanına malikdir, lakin vəzifəsi və Ukrayna vətəndaşlığı səbəbindən bu imkanlardan istifadə etməyib.

ABŞ-ın Donald Tramp administrasiyası Ukraynada 2014–2015-ci illərdə yaradılmış NABU və SAPO vasitəsilə Zelenski və komandası üzərində ciddi dinləmələr aparıb. 1000 saatlıq dinləmələr nəticəsində, 100 milyon dollardan bəhs edən məlumatlar ictimaiyyətə çıxarıldı”.

Politoloq qeyd edib ki, bu proses Zelenskini geri addım atmağa məcbur edir:

“Avropa liderləri də geri addım atmalıdır, çünki korrupsiya xəttinin digər ucları Avropa və İsrail liderlərinə gedib çıxır. Zelenski ya razılaşmaya getməli, ya da imzalamadan hakimiyyətdən getməlidir. İmzalanandan sonra isə onun seçkilərdə prezident seçilmək ehtimalı aşağıdır. Nəticədə, bu prosesdə ən çox zərər çəkən tərəf Ukrayna xalqı və dövləti olacaq”.

Şəbnəm Rəhimova

Gununsesi.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:107
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 02 Dekabr 2025 15:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see268

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see225

Çin Rusiya ilə ticarəti beş ildən sonra ilk dəfə azaldır...

15 Yanvar 2026 06:34see221

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see206

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see198

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see171

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see167

Bizə məlumat verdilər ki, İranda qətllər dayanıb, yoxlayacağıq

15 Yanvar 2026 04:23see161

İsrail bu aviabazadan personalı təxliyə edir

15 Yanvar 2026 04:22see160

Astroloqların proqnozu: 2026 cı ildə hansı bürclər ən yaxşı maliyyə perspektivi və gəlirə sahib olacaq?

15 Yanvar 2026 04:21see159

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see154

Hərbi bazalar boşaldılır, uçuşlar dayandırılır İrana görə

15 Yanvar 2026 04:37see151

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see149

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see149

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see147

Qaraciyəri toksinlərdən təmizləyən təbii vasitə

15 Yanvar 2026 04:52see145

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see145

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see143

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see142

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri