Icma.az
close
up
RU
“Zəngəzur dəhlizi Azərbaycanın strateji mövqeyini və regional rolunu gücləndirir” POLİTOLOQ ŞƏRH ETDİ

“Zəngəzur dəhlizi Azərbaycanın strateji mövqeyini və regional rolunu gücləndirir” POLİTOLOQ ŞƏRH ETDİ

Icma.az xəbər verir, Sia Az saytına əsaslanaraq.

"Zəngəzur dəhlizi Cənubi Qafqaz regionunun gələcək inkişafında və geosiyasi balansında xüsusi əhəmiyyət kəsb edən layihələrdən biridir. Bu dəhliz sadəcə bir nəqliyyat yolu deyil, əslində yeni iqtisadi imkanlar və strateji tərəfdaşlıqlar üçün açar rolunu oynayır". Bu sözləri SİA-ya açıqlamasında politoloq Tofiq Abbasov deyib.

Onun sözlərinə görə, dəhlizin açılması Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə birbaşa quru əlaqəsini təmin edəcək. Bu, həm iqtisadi, həm sosial baxımdan mühüm hadisədir. Çünki uzun illər Naxçıvan blokada şəraitində yaşayıb, kommunikasiya imkanları məhdud olub: "Dəhliz açıldıqdan sonra təkcə Naxçıvanla əlaqə bərpa olunmayacaq, həm də Azərbaycan-Türkiyə əlaqələri daha da güclənəcək. Bu, türk dünyasının inteqrasiyası baxımından tarixi əhəmiyyət daşıyır. İkinci mühüm məqam, Zəngəzur dəhlizinin beynəlxalq nəqliyyat və ticarət xəritəsində oynayacağı roldur. Bu dəhliz Mərkəzi Asiyadan Türkiyə və Avropaya uzanan “Orta Dəhliz” layihəsinin əsas hissəsinə çevrilə bilər. Nəticədə Azərbaycan beynəlxalq logistika şəbəkəsində daha mühüm tranzit ölkə statusu qazanacaq, bu da ölkənin iqtisadi imkanlarını artıracaq. Dəhlizin açılması regional iqtisadi əməkdaşlığı gücləndirəcək. Azərbaycanın təşəbbüsü ilə reallaşan bu layihədən yalnız Bakı və Ankara yox, həm də Rusiya, İran və hətta Ermənistan faydalana bilər. Ermənistanın mövqeyi hələ də ziddiyyətli olsa da, dəhlizin açılması onun iqtisadi təcridini aradan qaldıra və yeni ticarət imkanları yarada bilər. Zəngəzur dəhlizi geosiyasi baxımdan strateji üstünlüklər təqdim edir. Bu layihə vasitəsilə Azərbaycan regionun nəqliyyat mərkəzinə çevrilir, Avropa isə enerji və nəqliyyat təhlükəsizliyi baxımından daha etibarlı alternativ qazanır. Bu, Azərbaycanın beynəlxalq mövqelərini daha da gücləndirir. Zəngəzur dəhlizinin açılması yalnız kommunikasiya və ticarət məsələsi deyil, həm də regionun siyasi, iqtisadi və geosiyasi gələcəyini formalaşdıracaq amildir. Azərbaycan üçün bu layihə həm strateji üstünlüklərin, həm də tarixi ədalətin bərpası deməkdir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:64
embedMənbə:https://sia.az
archiveBu xəbər 25 Avqust 2025 14:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see180

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see177

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see175

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see158

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see155

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see153

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see148

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see148

Ucuz ev almağın YOLLARI: Sosial mənzil mexanizmləri necə işləyir?

11 Yanvar 2026 17:29see146

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see146

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see144

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see141

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see139

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see138

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see137

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see136

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see134

Qəbələ Kəpəz i məğlub edib

10 Yanvar 2026 16:39see134

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see133

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri