“Zelenski Milad bayramına qədər öldürülə bilər”
Qafqazinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Ukrayna Prezidenti Volodimir Zelenskinin Milad bayramınadək ya öldürüləcəyi, ya da gizli sığınacaqlarından birinə qaçacağı ehtimal edilir.
“Qafqazinfo” xəbər verir ki, bu iddianı ABŞ-nin keçmiş dövlət katibi Kolinq Pauellin aparat rəhbəri, ehtiyatda olan polkovnik Lourens Uilkerzon “RIA Novosti”yə müsahibəsində səsləndirib.
Onun sözlərinə görə, Zelenski yaxın ətrafındakı oliqarxların və tərəfdarlarının dəstəyini itirəcək:
“Bu halda isə ya gizlənəcək, ya da aradan götürüləcək. Məncə, bu hadisələrdən biri Miladadək baş verəcək. Zelenskinin bundan artıq dözə biləcəyinə inanmıram”.
Xatırladaq ki, bundan əvvəl Pentaqonun sabiq müşaviri Duqlas Makqreqor da Zelenskinin Polşaya qaçış planı hazırladığını iddia etmiş, Rusiya Dövlət Dumasında isə onun Britaniya kəşfiyyatı tərəfindən aradan götürülməsi ehtimalı irəli sürülmüşdü.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:36
Bu xəbər 10 Noyabr 2025 09:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















