Zelenski PUA istehsal edən bu şirkətlərə sanksiya tətbiq etdi
Yeniavaz saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Ukrayna Prezidenti Volodimir Zelenski Milli Təhlükəsizlik və Müdafiə Şurasının pilotsuz uçuş aparatlarının istehsalı və inkişafı üzrə ixtisaslaşan Rusiyanın bir sıra müəssisə və tədqiqat mərkəzlərinə, habelə bu sahə ilə əlaqəli olan şəxslərə qarşı sanksiyaların tətbiqi barədə fərman imzalayıb.
Yeniavaz.com xəbər verir ki, Zelenskinin saytında dərc olunan fərmanda 57 fiziki və 52 hüquqi şəxsin adı qeyd olunub.
Xüsusilə, hüquqi şəxslərin siyahısına aşağıdakılar daxildir: əvvəllər ABŞ sanksiyalarına məruz qalmış “Stratim” dizayn bürosu; “Uraldronzavod” müəssisəsi; “Moreaqrobiotex” elm və təhsil mərkəzi; İnteqrasiya edilmiş İnsansız Həllər Mərkəzi; “Pilotsuz Aviasiya Sistemləri” Şirkəti; “Aeromaks” şirkəti.
Bu siyahıya sərəncamın mətninə əsasən Alma-Ata şəhərində qeydiyyatdan keçmiş “Aspan Arba” şirkəti də daxildir.
Fiziki şəxslərin siyahısına isə əsasən aşağıdakılar daxildir: “Uraldronzavod” müəssisəsinin baş direktoru Vladimir Tkaçuk; Elm və Təhsil Mərkəzinin direktoru Aleksey Çuklin; İnteqrasiya edilmiş Pilotsuz Həllər Mərkəzinin baş direktoru Dmitri Kuzyakin; “Pilotsuz Aviasiya Sistemləri” şirkətinin direktoru Aleksey Varyatçenko.
Bu mövzuda digər xəbərlər:Ukrayna Çin, İran və Özbəkistanda qeydiyyatdan keçmiş şirkətlərə sanksiya tətbiq etdi
09 May 2025 23:19
Zelenski Arestoviçə sanksiya tətbiq etdi
01 May 2025 16:57
Zelenski İvanişviliyə sanksiya tətbiq etdi
05 Dekabr 2024 12:29
Zelenski onlara sanksiya tətbiq etdi
20 İyul 2025 18:39
Zelenski Dmitriyevə sanksiya tətbiq etdi
09 Noyabr 2025 17:59
Baxış sayı:112
Bu xəbər 03 Dekabr 2024 10:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















