Zelenski: Pul Ukraynada silah istehsalına yönəldiləcək
Icma.az, Ayna saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
“Ədalətli olan da budur, müharibəni başladan xərci ödəməlidir”
Ukrayna Böyük Britaniyadan kreditin ilk tranşını gələn həftə alacaq. AYNA.AZ xəbər verir ki, bu barədə Ukrayna mətbuatı məlumat yayıb.
Bildirilib ki, Böyük Britaniya və Ukrayna 2,26 milyard funt sterlinq (təxminən 2,84 milyard dollar) məbləğində kreditin verilməsi haqqında saziş imzalayıb. Bu barədə Ukrayna Maliyyə Nazirliyi Prezident Volodimir Zelenski ilə Baş nazir Keir Starmer arasında keçirilən görüşdən qısa müddət sonra məlumat verib.
Nazirlik bildirib ki, kreditin Rusiyanın dondurulmuş aktivlərindən gələcək gəlirdən ödəniləcəyi və onun müdafiə materiallarının alınmasının maliyyələşdirilməsinə yönəldiləcəyi bildirilir.
Britaniyanın bəyanatında qeyd edilir ki, kredit "Ukrayna xalqına sarsılmaz və davamlı dəstəyimizin" əlamətidir.
Zelenski sosial mediada Britaniyanın Baş naziri ilə “vacib və isti” görüşdən, həmçinin həmin görüşdə imzalanan 2,26 milyard funt sterlinqlik kreditdən yazıb.
Əvvəlki hesabatlarda bu vəsaitlərin Ukraynanın müdafiə ehtiyaclarına yönəldiləcəyi qeyd edilsə də, Zelenski daha dəqiq yazıb: “Pul Ukraynada silah istehsalına yönəldiləcək. Ədalətli olan da budur, müharibəni başladan xərci ödəməlidir”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:126
Bu xəbər 02 Mart 2025 12:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















