Zelenski Putinə şərt qoydu
Icma.az, Azpost portalına istinadən məlumat verir.
Ukrayna Prezidenti Vladimir Zelenski bildirib ki, Rusiya lideri Vladimir Putin 60 gün müddətinə tam atəşkəsə razılaşarsa, ölkədə prezident seçkiləri keçirilə bilər.
Bu barədə Ukraynanın “Strana” nəşri Telegram kanalında məlumat yayıb.
“Putin 60 günlük atəşkəsə razılaşarsa, Ukrayna seçki keçirəcək”, – deyə nəşr Zelenskinin sözlərini sitat gətirib.
Zelenski ABC News telekanalına müsahibəsində ABŞ Prezidenti Donald Trampın Ukraynada yeni lider seçilməsi ilə bağlı çağırışına cavab verərkən vurğulayıb ki, prezidentin seçilməsi barədə qərarı Ukrayna cəmiyyəti verməlidir.
“İlk növbədə, Prezident Trampa bütün hörmətimlə bildirmək istəyirəm ki, bu qərarı bizim cəmiyyətimiz, xalqımız verməlidir – hansısa lideri seçmək bizim işimizdir”, – deyə Zelenski bildirib.
Onun sözlərinə görə, Trampın komandasının nümayəndələrinə seçkilərin keçirilməsi üçün Rusiyadan iki aylıq atəşkəs əldə edilməsinin vacib olduğunu izah edib.
“Əgər həqiqətən Ukraynada seçkilərin keçirilməsini istəyirsinizsə, xahiş edirəm, Putinə deyin: bizə iki ay, 60 günlük tam atəşkəs verin, biz də seçkiləri təşkil edək”, – deyə Ukrayna Prezidenti bildirib.
Zelenski qeyd edib ki, səsvermənin təşkili və seçki prosesinin təhlükəsizliyinin təmin olunması üçün döyüşlərdə belə fasiləyə ehtiyac var.
Bu bəyanat Zelenski ilə ABŞ Prezidenti Donald Tramp arasında münasibətlərin yenidən gərginləşdiyi bir vaxtda səslənib. Tramp bir gün əvvəl Ukraynanı dövlət başçısını dəyişməyə çağırmışdı.
Oktyabrın 10-da Ağ Evdə jurnalistlərə danışan Tramp Ukraynaya müharibənin başa çatması barədə razılığa gələ biləcək yeni liderin lazım olduğunu deyib.
“Mən onlara razılaşma əldə edə biləcək yeni lider tapmağı təklif edirəm. Çünki o, çoxsaylı razılaşmalar əldə edə bilərdi, lakin nədənsə bunu heç vaxt etmir”, – deyə ABŞ Prezidenti Zelenskini nəzərdə tutaraq bildirib.
Tramp həmçinin Ukraynanın yeni prezident seçməsinin vaxtının çatdığını vurğulayıb. O, Ukraynanın Rusiyanın neft emalı zavodlarına endirdiyi zərbələri də tənqid edib və bu hücumları ABŞ-da dizel yanacağının qiymətinin artması ilə əlaqələndirib.
Baxış sayı:102
Bu xəbər 11 Oktyabr 2026 18:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















