Kəlbəcərdə Şəhər Günü belə qeyd edildi Foto
Bizim media saytından alınan məlumata görə, Icma.az bildirir.
Mədəniyyət Nazirliyi və Kəlbəcər rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin təşkilatçılığı ilə noyabrın 25-də Kəlbəcərdə keçirilən Şəhər Günü tədbirləri konsert proqramı ilə davam edib.
Mədəniyyət Nazirliyindən Bizim.Media-ya bildirilib ki, əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Tədbirdə Kəlbəcər rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Bəşir Hacıyev çıxış edərək şəhər sakinlərini və tədbir iştirakçılarını bayram münasibətilə təbrik edib, xoş arzularını çatdırıb. O, Kəlbəcərin zəngin tarixi-mədəni irsindən, işğaldan azad edildikdən sonra rayonda həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işlərindən söz açıb.
Sonra səhnə incəsənət nümayəndələrinin ixtiyarına verilib.
Konsert proqramında Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrının instrumental ansamblı və teatrın solistləri – Xalq artisti Gülyaz Məmmədova, həmçinin Taleh Yəhyayev, Aynur İsgəndərli, Fəxri Kazım-Nicat, Rövşən Qəhrəmanov və Azad Şabanov çıxış ediblər.
Konsertdə Polad Bülbüloğlunun “Azərbaycan”, “Sənə qurban”, Oqtay Kazıminin “Qaytar eşqimi”, Faiq Sücəddinovun “Günah sənin özündədir”, Üzeyir Hacıbəylinin “Çırpınırdı Qara dəniz”, Fikrət Əmirovun “Azərbaycan elləri”, Elza İbrahimovanın “Ey Vətən”, Müslüm Maqomayevin “Azərbaycan”, Tofiq Quliyevin “Qayınana” filmindən popuri və digər nəğmələr səsləndirilib.
Vətənə məhəbbət, milli birlik və Qələbə ruhunu tərənnüm edən musiqi nömrələri tamaşaçılar tərəfindən böyük alqışlarla qarşılanıb.
Konsertdən sonra atəşfəşanlıq olub.









Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:75
Bu xəbər 26 Noyabr 2026 10:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















