Icma.az
close
up
RU
Zelenski qurban verilir: Tramp həm də qisas alırmış... TƏFƏRRÜAT

Zelenski qurban verilir: Tramp həm də qisas alırmış... TƏFƏRRÜAT

Icma.az, Olke.az portalına istinadən məlumatı açıqlayır.

ABŞ prezidenti Donald Trampla Rusiya prezidenti Vladimir Putin arasındakı telefon danışığı belə bir fikri yürütməyə əsas verir ki, Ukrayna münaqişəsinin həlli ilə bağlı konkret “yol xəritəsi” yoxdur, sadəcə Ağ Evin yeni rəhbərliyi seçkiöncəsi verdiyi vədə uyğun olaraq bacardıqca aktiv müharibə fazasını dayandırıb atəşkəsə nail olmaq, digər məsələləri danışıqlar masasında müzakirə etmək istəyir. 

Ukrayna artıq Ukraynasız “siyasi bazarlıq” predmetinə çevrildiyindən ölkənin gələcəyi də qeyri-müəyyən və qaranlıqdır.

Trampın açıqlamalarından o da görünür ki, Ağ Evin yeni rəhbərliyinin Ukraynaya olan münasibətinin kökündə həm də prezident Volodimir Zelenskiyə olan şəxsi münasibəti durur. Burada ABŞ maraqlarından  daha çox şəxsi maraqlar önə çıxır. Bunu Trampın Putinlə telefon danışığından sonra verdiyi açıqlamalarda Zelenskini aşağılayıcı və onun imicinə xələl gətirən ifadələr işlətməsində də görmək olar.

Trampın Ukrayna münaqişəsinin həlli ilə bağlı planın olmaması, Kiyevin danışıqlar prosesində bərabərhüquqlu səviyyədə iştirakı barədə “Onların xalqı ölür və onlar sülhə nail olmalıdırlar”, “Zelenski edilməli olanı edəcək”, “Onun reytinqi yumşaq desək, çox yaxşı deyil”, “Nə vaxtsa seçkilər keçirilməli olacaq" kimi eyhamlı cavabları dediklərimizin aydın sübutudur.

Proseslərin gedişi onu deməyə əsas verir ki, Rusiya-Ukrayna müharibəsinin həlli istiqamətində aparılan danışıqlar prosesində Kiyev ikinci dərəcəli iştirakçı olacaq. Bunun da əsas səbəbi həm Trampın, həm də Putinin Zelenskiyə olan şəxsi münasibətidir. 

Zelenski bu oyunda qurbanlıqdır

Trampla Zelenski arasında münasibətlərin korlanmasının kökü onun birinci prezidentlik dövrünə -  2018-2019-cu illərə təsadüf edir. Belə ki, 2020-ci ildə ABŞ-də keçiriləcək prezident seçkilərində əsas rəqibi olan demokratların namizədi Co Baydenə qarşı kompromatlar əldə edilməsini və bu məqsədlə də vitse-prezident Co Bayden, onun oğlu Hunterə qarşı Ukraynada araşdırma aparılmasını xahiş edib. Lakin Zelenski Trampın bu təklifini rədd edib. Qərb mediasının yazdığına görə, Tramp 2019-cu ildə Zelenskidən hətta səkkiz dəfə Baydenin oğlunun araşdırılmasına kömək etməsini istəyib. Lakin müsbət cavab almayıb. Bu da iki lider arasında münasibətlərin gərginləşməsinə səbəb olur. Nəticədə 25 sentyabr 2019-cu ildə Trampla Zelenski arasında 25 iyul 2019-cu ildə baş tutan telefon danışığında Co Baydenə zərər verə biləcək araşdırma aparılması ilə bağlı danışığın stenoqramı yayılır. 

Tramp bu söhbətdə Co Baydenin Ukraynanın özəl neft-qaz şirkəti “Burisma”nın direktorlar şurasının üzvü olan oğlu Hunterin adını çəkir. ABŞ vitse-prezidenti kimi Co Bayden Ukraynanın baş prokurorunu işdən çıxarmaqla Hunteri Ukraynada korrupsiya araşdırmasından qoruyub. "Bayden təhqiqatı dayandırdığı ilə öyündü, ona görə də bunun üstünə düşə bilsəniz, bu, əla olardı", - Tramp Zelenskiyə deyib. Tramp Hunter Bayden işi ilə bağlı şəxsi vəkili Rudi Ciuliani ilə əlaqə saxlamaq istəyini də ifadə edib. "Mən ondan xahiş edəcəm ki, baş prokurorla birlikdə sizə zəng etsin. Rudi baş verənlərdən çox xəbərdardır və o, çox bacarıqlı oğlandır. Əgər onunla danışa bilsəniz, bu, əla olardı", - Tramp Zelenskiyə deyib.

Bu məsələlər dünya mediasında da geniş yer almışdı.

“The New York Times” yazırdı ki, Trampın vəkili ABŞ-nin keçmiş vitse-prezidentinin Ukraynaya səfərlərinin onun qohumunun biznes maraqları ilə bağlı olub-olmadığını öyrənmək istəyir. 
Nəşr həmçinin Trampla telefon danışığından sonra Zelenskinin mətbuat xidmətinin bəyanatına istinad edərək yazıb ki, Tramp həmsöhbətini Ukraynanın korrupsiyanı araşdırmaqla öz reputasiyasını və ABŞ ilə qarşılıqlı münasibətlərini yaxşılaşdıra biləcəyinə inandırıb.

“The Wall Street Journal” nəşrinin yazdığına görə, Donald Tramp ukraynalı həmkarı Volodimir Zelenski ilə telefon danışığı zamanı dəfələrlə onu amerikalı demokrat siyasətçi Co Baydenin oğlu Hunter Baydenə qarşı istintaqda vəkili Rudi Culiani ilə əməkdaşlığa çağırıb. 

Qeyd edilir ki, amerikalı kəşfiyyatçı Trampla müəyyən “vəd” verdiyi ölkələrdən birinin lideri arasında söhbətdən xəbər tutub. 

“The Wall Street Journal”ın məlumatına görə, təkcə iyul ayında telefon danışığı zamanı Tramp Zelenskini təxminən səkkiz dəfə Culiani ilə əməkdaşlığa çağırıb.

Zelenskinin Trampın təkliflərini rədd etməsi, iki lider arasında ziddiyyətin yaranmasına səbəb olub ki,  nəticədə həmin münasibətlər bu gün özünü açıq şəkildə büruzə verməkdədir.

Proseslərin növbəti mərhələsində prezident Zelenski qurban veriləcək. Danışıqlar əsasən Ağ Ev-Kreml arasında gedəcək. Kreml Zelenski ilə danışıqlarda maraqlı olmadığından onun qeyri-legitim dövlət başçısı hesab edirlər. Bu səbəbdən də Kreml danışıqların əsas mövzularından biri kimi Ukraynada yeni prezident seçkilərinin keçirilməsini şərt kimi ortaya qoyacaq. 

Kremlin bu şərti də Trampın Zelenski ilə vidalaşması üçün bir bəhanə olacaq. Artıq Tramp “Nə vaxtsa seçkilər keçirilməli olacaq", “Onun reytinqi yumşaq desək, çox yaxşı deyil”  fikri ilə Ukraynada yeni seçkilərin keçirilməsinin zəruri olmasının mesajını verib. Zelenski istəməsə də, Trampın dediyi kimi, onun başqa variant qalmayacaq “o edilməli olanı edəcək”. Bununla da Zelenski vəzifəsi ilə vidalaşmalı olacaq. 

İndi əsas məsələ odur ki, Ukraynanın yeni prezidenti kim olacaq? Ukraynanın gələcək taleyi necə olacaq? Ukrayna necə bölünəcək? Açıq qalan bu sualların bir çoxu yaxın bir neçə ayda bəlli olacaq.

Ukraynada yeni prezident seçkilərinin 2025-ci ildə keçirilmə ehtimalı da böyükdür. Tramp Putinlə yaxın aylarda atəşkəsin əldə olunmasına nail olarsa, yeni seçkilərin bu il keçirilməsi tamamilə mümkündür. 

Hesab edirəm ki, Kreml atəşkəsə razıdır. Rusiya Ukraynada nəzərdə tutuduğu əraziləri ələ keçirib və danışıqlar masasında yetərincə manevr imkanlarına malikdir. Sadəcə Rusiya atəşkəs əldə edilənədək   daha bir neçə yaşayış məntəqəsini işğal etməyə çalışacaq. Bu da onun danışıqlarda əlini möhkəmləndirəcək alət olacaq.

Mürtəza
Ölkə.Az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:202
embedMənbə:https://olke.az
archiveBu xəbər 13 Fevral 2025 18:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see296

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see274

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see271

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see258

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see250

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see248

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see239

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see239

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see236

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see221

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see220

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see215

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see213

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see212

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see211

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see206

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see203

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see202

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see199

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri