Icma.az
close
up
RU
Bakının bu rayonunda mənzillər KƏSKİN UCUZLAŞDI

Bakının bu rayonunda mənzillər KƏSKİN UCUZLAŞDI

Yenisabah saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bakının mərkəzi və sıx məskunlaşmış ərazilərindən olan Nəsimi rayonunun mənzil bazarında qiymətlərin ucuzlaşması alıcıların diqqətini çəkib.

“Yeni Sabah” xəbər verir ki, qiymət dinamikasındakı bu dəyişiklikdə bazar tələb-təklif tarazlığının tənzimlənməsi, alıcıların seçim imkanlarının genişlənməsi, eləcə də sahəsi kiçik, köhnə tikili və ya yuxarı-aşağı mərtəbələrdə yerləşən mənzillərin daha münasib məbləğlərə təklif olunması kimi amillər rol oynayır. Eyni zamanda, Nəsimi rayonunun şəhər həyatı baxımından əlverişli şəraiti ərazini daim cəlbedici saxlayır: buradakı mənzillər metro stansiyalarına yaxınlığı, ictimai nəqliyyatın sıx işləməsi, ticarət nöqtələrinin, xidmət obyektlərinin və yaşıl guşələrin əlçatanlığı ilə seçilir.

Hazırda satışda olan elanlara nəzər saldıqda daha münasib qiymət seqmentində bir sıra təkliflərin yer aldığı görünür. Belə ki, “Sahil” metrosu yaxınlığında, 2 mərtəbəli binanın 1-ci mərtəbəsində yerləşən 1 otaqlı, 22 kvadratmetrlik mənzil 82 000 manata, “Nəsimi” metrosu ətrafında 16 mərtəbəli binanın 1-ci mərtəbəsindəki 1 otaqlı, 32 kvadratmetrlik mənzil isə 88 000 manata satışa çıxarılıb. “Memar Əcəmi” metrosu yaxınlığında 5 mərtəbəli binaların 5-ci mərtəbəsində yerləşən həm 1 otaqlı, 36 kvadratmetrlik, həm də 2 otaqlı, 45 kvadratmetrlik mənzillərin qiyməti 114 000 manat təşkil edir. İnternetdən sifariş

Orta qiymət aralığındakı mənzillər də müxtəlif metro stansiyaları ətrafında cəmləşib. “Memar Əcəmi” metrosu yaxınlığında 5 mərtəbəli binanın 4-cü mərtəbəsindəki 2 otaqlı, 40 kvadratmetrlik mənzil 125 000 manata, “Nəsimi” metrosu ətrafında 5 mərtəbəli binanın 1-ci mərtəbəsindəki 2 otaqlı, 48 kvadratmetrlik mənzil isə 128 000 manata alıcılara təqdim olunur. Bundan başqa, “Memar Əcəmi” metrosu yaxınlığında 5 mərtəbəli binaların 3-cü mərtəbəsindəki 2 otaqlı, 38 kvadratmetrlik mənzil 132 000 manata, 4-cü mərtəbədəki 2 otaqlı, 35 kvadratmetrlik mənzil 136 000 manata, 3-cü mərtəbədə yerləşən 2 otaqlı, 50 kvadratmetrlik mənzil isə 159 000 manata satışdadır. “20 Yanvar” metrosu yaxınlığında 5 mərtəbəli binanın 2-ci mərtəbəsindəki 2 otaqlı, 55 kvadratmetrlik mənzil isə 153 000 manata təklif edilir.

Sahəsi nisbətən geniş olan və ya digər mərkəzi stansiyalara yaxın yerləşən mənzillərdə isə qiymətlər bir qədər yüksəkdir. Belə ki, “Memar Əcəmi” metrosu yaxınlığında 5 mərtəbəli binanın 2-ci mərtəbəsindəki 2 otaqlı, 55 kvadratmetrlik mənzil 165 000 manata, 5 mərtəbəli binanın 1-ci mərtəbəsindəki 3 otaqlı, 75 kvadratmetrlik mənzil 175 000 manata, 13 mərtəbəli binanın 13-cü mərtəbəsindəki 2 otaqlı, 54 kvadratmetrlik mənzil isə 178 000 manata satışa çıxarılıb. Eyni zamanda, “28 May” metrosu ətrafında 4 mərtəbəli binanın 4-cü mərtəbəsində yerləşən 2 otaqlı, 60 kvadratmetrlik mənzil 170 000 manata, “8 Noyabr” metrosu yaxınlığında 12 mərtəbəli binanın 4-cü mərtəbəsindəki 2 otaqlı, 55 kvadratmetrlik mənzil isə 200 000 manata alıcı gözləyir.

Nazim Hacıyev


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:87
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 19 Noyabr 2026 11:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xəzər dənizinin Azərbaycan sahillərinin dövlət idarəçiliyi

17 Noyabr 2026 23:52see346

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

17 Noyabr 2026 13:59see333

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

18 Noyabr 2026 01:28see319

2027 ci ildən Bakıya köç daha da artacaq?

17 Noyabr 2026 23:20see312

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

17 Noyabr 2026 14:53see289

Faiq Qarayev beynəlxalq turnirdə iştirak edəcək Azərbaycanın voleybol millisinin üzvləri ilə görüşüb FOTO

17 Noyabr 2026 14:52see276

Dişlər yaddaş kartımızdır?

17 Noyabr 2026 13:42see271

Diş əti qanaması hansı daxili xəstəliklərin əlamətidir?

17 Noyabr 2026 23:18see254

Yuxu ilə böyümə hormonu arasında yeni neyron əlaqəsi aşkar edilib

17 Noyabr 2026 12:44see240

İki zəhərli ilanı təyyarəyə keçirmək istədi

17 Noyabr 2026 23:17see235

Azerbaijan’s macro economy 2025 2026 and future prospects

17 Noyabr 2026 13:48see234

Bu hərəkətlər davam edərsə.. SEPAH generalı Bəhreyn hökümətini HƏDƏLƏDİ

18 Noyabr 2026 02:03see228

Braziliya millisindən darmadağın: Vinisius het trik etdi

18 Noyabr 2026 00:46see220

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see217

45 min dollardan Walmart rəflərinə: Bir qadının qəhvə alternativi biznesi

17 Noyabr 2026 14:53see215

Bossların bossu” vəfat etdi Pablo Eskobarla əməkdaşlıq edib

18 Noyabr 2026 01:52see213

Polad Həşimovun anası xəstəxanadan evə buraxılıb TƏBİB

18 Noyabr 2026 01:24see213

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

18 Noyabr 2026 12:19see209

Nənə tarladan 20 min qiyməti olan qızıl tapıb

18 Noyabr 2026 02:56see206

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri