Icma.az
close
up
RU
Zelenski razılaşmadı, NATO hərəkətə keçdi KONKRET

Zelenski razılaşmadı, NATO hərəkətə keçdi KONKRET

Icma.az, Konkret.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

NATO-nun Baş katibi Mark Rutte Rusiyanın hər ay Ukraynada 25-35 min arasında əsgər itirdiyini açıqlayıb. Rutte rus xalqına səslənərək, döyüşlərə qoşulacaqları halda təhlükədə olduqlarını bildirib.

NATO baş katibinin dediyi bu rəqəmlər realdırmı? Onun çağırışı ruslarda hansı psixoloji təsirlərə səbəb olacaq? Rutte bu yolla rus ordusunu hədələyir?

KONKRET.az xəbər verir ki, globalinfo.az-a danışan siyasi şərhçi Şəhla Cəlilzadə deyib ki, Rusiya–Ukrayna müharibəsi sadəcə cəbhədə deyil, informasiya məkanında da aparılmaqdadır:

“Bu münaqişə psixoloji təsir vasitələrinin ən intensiv tətbiq olunduğu müharibələrdən biri kimi qiymətləndirilir. Odur ki, bunu hibrid müharibə adlandırmaq olar. Rusiya və Ukrayna bir-birinə psixoloji təsir göstərmək üçün bir-birilərinin itkilərini qabartmağa çalışırlar. Məsələn, Ukrayna tərəfi Rusiyanın hər ay 25-35 min nəfər əsgər itirdiyini yazır.

Rusiya mənbələri isə öz növbəsində Ukraynanın müharibənin başlanmasından indiyədək 1,8 milyon əsgər itirdiyini, o cümlədən 2026-cı ilin əvvəlindən indiyədək 246 mindən çox itki verdiyini yazır. Bu da 6 ay yarımlıq dövr üçün təqribi eyni göstərici, yəni aya 37 min insan itkisi deməkdir. Başqa sözlə, tərəflərin iddiasının doğru, yaxud yanlış olduğunu təsbit etmək mümkün deyil. İstənilən halda müharibənin ağır itkilər hesabına başa gəldiyi yetəri qədər aydındır.

Sadəcə insan amili deyil, eyni zamanda hər iki cəbhədə də ciddi şəkildə infrastruktur itkiləri yaşanmaqdadır. Bu, həm mülki, xüsusilə enerji, həm də hərbi infrastrukturla bağlı itkilərdir. Bununla belə Rusiya maksimalist mövqeyindən imtina etmir. Onun tələblərinin qəbul olunması – Krımın və Donbasın təhvil verilməsi, Ukraynadan Qərbin hərbi təmsilçiliyinə son verilməsi, yəni Ukraynaya Qərb tərəfindən təhlükəsizlik təminatları qismində gələcəkdə hərbi qüvvələrin yerləşdirilməsinə qarşı çıxması və s. bütün bunlar Ukraynanın suveren dövlətçiliyinin sonu demək olardı. Odur ki, Prezident Volodimir Zelenski qəti şəkildə belə bir atəşkəsə razı olmayacağını bəyan edir. Kifayəq qədər çox və ağır itkilər verilsə də, vətən torpağı, onun suveren dövlətçilik maraqları sonadək qorunacaqdır.

Qərbin hərbi-siyasi dəstəyi Zelenskinin mübarizəni davam etdirməsinə hələ ki, imkan verir. Lakin Ukrayna Rusiyanın müharibə imkanlarını məhdudlaşdırmaq üçün enerji infrastrukturunu vurduğu kimi, Rusiya da Ukraynada strateji infrastrukturları, o cümlədən hərbi yardımın daşındığı limanları, hərbi-sənaye müəssisələrini vurur. Odur ki, tükəndirmə savaşının nə zaman başa çatacağı, tərəflərdən hansının birinci mübarizə aparmaqdan yorulacağını söyləmək indiki anda qeyri-mümkündür”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:154
embedMənbə:https://konkret.az
archiveBu xəbər 17 İyul 2026 15:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see444

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see441

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see326

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see294

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see283

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see277

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see273

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see271

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see239

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see226

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see223

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see223

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see218

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see218

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see213

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see213

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see210

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see194

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see181

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri