Icma.az
close
up
RU
Zelenski Romada Vens və Rubio ilə görüşüb Nələr müzakirə edilib?

Zelenski Romada Vens və Rubio ilə görüşüb Nələr müzakirə edilib?

Icma.az, Azpolitika.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Ukrayna Prezidenti Volodimir Zelenski, ABŞ-ın vitse-prezidenti Cey Di Vens və dövlət katibi Marko Rubio ilə Romada görüş keçirib. Təxminən 40 dəqiqə davam edən bu görüş, fevral ayında Ağ Evdə baş vermiş fikir ayrılığından sonra tərəflər arasında ilk birbaşa təmas oldu.

Zelenski görüşü “yaxşı” adlandıraraq bildirib ki, tərəflər 16 mayda İstanbulda keçirilmiş Rusiya-Ukrayna danışıqlarını müzakirə ediblər. Ukrayna liderinin sözlərinə görə, Rusiya bu danışıqlara səlahiyyətsiz və aşağı səviyyəli nümayəndə heyəti göndərib, bu isə Moskvanın danışıqlara ciddi yanaşmadığını göstərir.

“Ukraynanın həqiqi diplomatiyaya hazır olduğunu təsdiqlədim və atəşkəsin tezliklə, tam və qeyd-şərtsiz elan edilməsinin vacibliyini vurğuladım”, - deyə Zelenski “Telegram” hesabında qeyd edib.

Zelenskinin sözlərinə görə, Romadakı görüşdə həmçinin əsir mübadiləsinin gələcəyi və Rusiyaya qarşı yeni sanksiyaların tətbiqi məsələləri də müzakirə olunub. Ukrayna Prezidenti vurğulayıb ki, Rusiyaya təzyiqlər müharibəni dayandırmağa hazır olana qədər davam etməlidir.

Daha sonra Zelenski yeni Roma papası XIV Levin ilə ayrıca görüş keçirib.

Zelenski Vatikana minnətdarlığını bildirərək qeyd edib ki, bu qurum Ukrayna ilə Rusiya arasında birbaşa danışıqlar üçün potensial platforma rolunu oynamağa hazır olduğunu bəyan edib.

“AzPolitika.info”

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:155
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 19 May 2025 11:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see440

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see437

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see322

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see290

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see279

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see273

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see269

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see266

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see251

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see235

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see224

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see221

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see221

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see216

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see216

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see211

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see211

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see209

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see192

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri