Zelenski rus dili ilə bağlı qanun imzaladı
Gununsesi saytına istinadən Icma.az xəbər verir.
Ukrayna Prezidenti Volodimir Zelenski rus dilini ölkədə Regional və ya Azlıqların Dilləri haqqında Avropa Xartiyasının müddəalarının tətbiq olunduğu dillər siyahısından çıxaran qanunu imzalayıb.
Gununsesi.info xəbər verir ki, bu barədə UNIAN agentliyi məlumat yayıb.
“Rus dili Ukraynanın Xartiya müddəalarını tətbiq etdiyi dillər siyahısından çıxarılıb. Bu, ədalətli və qanuni qərardır. Təcavüzkar dövlətin dili yerli xalqların və milli icmaların dillərini dəstəkləmək məqsədilə yaradılmış müdafiə mexanizmlərindən yararlana bilməz”, – deyə Ukrayna Ali Radasının sədri Ruslan Stefançuk bildirib.
Stefançuk vurğulayıb ki, Ukrayna dövlət dilini qoruyur, dil və mədəni müxtəlifliyə hörmətlə yanaşır, eyni zamanda Rusiyanın imperialist təsirini uzun illər istifadə etdiyi imtiyazlardan məhrum edir.
Qanuna əsasən, Ukraynada Xartiyanın müddəaları bundan sonra belarus, bolqar, qaqauz, krımtatar, yunan, alman, polyak, rumın, slovak, macar və çex dillərinə, eləcə də ivrit dilinə tətbiq olunacaq./Oxu.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:164
Bu xəbər 12 İyun 2026 22:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















