Zelenski: Rusiya ABŞ nin təklifləri ilə razı olsa, müvafiq addımlar atılacaq
Apa.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
“Ciddədə aparılan danışıqlar konstruktiv idi. Rusiya onların nəticələrindən imtina edəcəyi halda Vaşinqtonun təsirli addımlar atacağını ehtimal etmək olar”.
APA xəbər verir ki, bunu Ukraynanın Prezidenti Volodimir Zelenski deyib:
“Ümumilikdə ABŞ tərəfi bizim müharibənin tezliklə bitməsinə yönələn sürətli addımlar atmağımızı istəyirdi. Lakin onlar bunu etmədiyimizi gördükdə bizə hərbi dəstəyin davam etdiriləcəyinə dair vəd verdilər. Mən bunu müsbət qiymətləndirirəm. Rusiya da bizim kimi ABŞ-nin təklifləri ilə razı olduğunu nümayiş etdirsə buna müvafiq addımlar atılacaq. Ciddədə aparılan danışlqları ümumiyyətlə konstruktiv adlandırardım. Çünki onun nəticəsində ABŞ ölkəmizə yardımları bərpa etdi. Müzakirələr zamanı Rusiyanın atəşkəsi pozacağı halda bu ölkəyə sanksiyaların tətbiqi də diqqət mərkəzində olub, lakin bu barədə danışmaq hələ tezdir. Bu məsələ ABŞ və Rusiya rəsmiləri arasındakı dialoqdan asılı olacaq”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:81
Bu xəbər 12 Mart 2025 17:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















