Zelenski Rusiyanın dərinliklərinə zərb endirilməsi planından DANIŞDI
Icma.az, Modern.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
“Qərb KİV-ləri Ukraynaya Rusiya Federasiyasının dərinliklərinə zərbələr endirməsinə qoyulan qadağanın aradan qaldırıldığını bildirib. Ancaq belə şeyləri ictimaiyyətə açıqlamaq olmaz”.
Modern.az “Unian”a istinadən xəbər verir ki, bunu Ukrayna prezidenti Vladimir Zelenski deyib.
O, qeyd edib ki, bir müddət əvvəl Qərb tərəfdaşlarına təqdim edilən “Qələbə planı”nda digər məsələlərlə yanaşı, Ukrayna ordusunun uzaq mənzilli qabiliyyətinə dair bənd də var. Zelenski qeyd edib ki, bu, planın əsas bəndlərindən biridir.
“Bu gün mediada çoxları deyir ki, biz müvafiq tədbirlər görmək üçün icazə almışıq. Amma zərbələr sözlə alınmır. Belə şeylər açıqlanmır. Raketlər özləri öz sözünü deyəcək. Şübhəsiz…”, - Ukrayna prezidenti əlavə edib.
“Nyu-York Tayms”ın məlumatına görə, ABŞ prezidenti Co Bayden Ukraynaya ATACMS raketləri ilə Rusiya ərazisinə zərbə endirməyə icazə verib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:119
Bu xəbər 18 Noyabr 2024 10:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















