Tibo Kurtuadan Real azarkeşlərini sevindirəcək xəbər
sport24.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
"Real" qapıçısı Tibo Kurtua ilə müqavilənin müddətini uzadıb. Sport24.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano sosial şəbəkə hesabında paylaşım edib.
Yeni razılaşma 2028-ci ilə qədər qüvvədə olacaq. Əvvəlki sözləmənin müddəti isə 2027-ci ilin yayında başa çatmalı idi.
Müqavilənin uzadılması ilə bağlı rəsmi açıqlamanın tezliklə veriləcəyi gözlənilir. "Real" bu yaxınlarda Arda Gülər və Orelien Tçuameni ilə də yeni müqavilələr bağladığını elan etmişdi.
Qeyd edək ki, Kurtua 2018-ci ilin yayında 35 milyon avro qarşılığında "Çelsi"dən transfer olunub. 32 yaşlı belçikalı qapıçı "Real"da çıxış etdiyi müddətdə 12 titul qazanıb. Bunlara üç La Liqa çempionluğu və iki Çempionlar Liqası kuboku daxildir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:90
Bu xəbər 20 Noyabr 2026 09:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















